Oxatan.com » Xəbərlərin siyahısı Sentyabr 2008 İldə

Sentyabr 07

Ustune dinqildat.

Çoxdandır yazmağa tənbəllik edirdim. Görünür “köhnə Oxçu”nun yazılarından sonra qonşudan qalma dala prinsipi ilə məndə də yazmaq istəyi oyandı. Yazımın mövzusu isə yeni açılması nəzərdə tutulan bir saytla bağlıdır. Saytın açılacağı barədə xəbəri oxuyandan sonra sizinlə də paylaşmaq istədim. Həm də bir növ araşdırma aparmaq istədim ki, bəlkə sizlərdən kimdəsə sayt barədə, ideya müəllifləri barədə məlumat ola. Hələki saytda olacaq bölmələr barədə, strukturu və xidmətləri barədə heç bir məlumatım və təsəvvürüm yoxdur. Bildiyim yeganə saytın nəzərdə tutulan URL`dur. Saytın adının YUMROO – www.yumroo.az olması planlaşdırılır. Baxmayaraq ki, saytın ideya müəllifləri kifayət qədər iddialı fikirlər bildiriblər, mənim sayt barədə fikirlərim “sual” işarələrindən ibarətdir. Düzünə qalsa bu yazını yazmağıma da səbəb müəlliflərin iddialı fikirləri oldu. Bildiklərimi sizinlə də bölüşmək üçün oxuduğum xəbəri olduğu kimi Oxatan`da da yerləşdirirəm:

В Азербайджане создается новая глобальная Интернет система.
Уже продолжительное время в стране распространяются слухи о продвижении крупного Интернет проекта. Многие эксперты в области Интернета неоднократно высказывали мысли о возможности создания неких подобий глобальных проектов в Азербайджане, упоминая при этом всемирно известные системы электронных почт, поисковиков и даже популярный youtube (передача изображения посредством Интернета). По полученной первичной информации, в настоящее время идет подготовка к презентации национального Интернет портала.

Как известно, самым сложным моментом в начале деятельности любого ресурса является выбор имени адреса. По предварительным данным, национальный портал будет носить название YUMROO – www.yumroo.az, что напоминает всемирно известную поисковую систему Yahoo!. Кроме понятия окружности, авторы проекта заложили свое понимание в название портала, которым они обещают поделиться во время презентации. Как стало известно, в распоряжение пользователей нового портала будут предоставлены многочисленные услуги, среди которых будет много новшеств. Для отечественного Инернета проект обещает быть весьма значимым и амбициозным, так как планируется полное использование азербайджанского языка, наряду с английскими и русскими и другими версиями сайта.

Конечно же, продвигать национальный портал в рамках одной страны в современных реалиях очень сложно, или же вовсе невозможно. Мы были свидетелями появления таких российских порталов, как mail.ru, rambler.ru, yandex.ru, но следует помнить, что популярность данных порталов проходила по мере распространения Интернета в России. Что касается Азербайджана, национальный портал должен быть настолько интересным, чтобы им начали пользоваться и за пределами страны, стать брендом для всех азербайджанцев. Следующим аспектом увеличения пользователей портала может выступить целевой регион, которым может выступить Южный Кавказ, Восточная Европа или же Центральная Азия.

По мнению авторов, ответы на эти вопросы будут даны в ближайшие дни, и каждый азербайджанец в скором времени сможет гордиться своим национальным порталом. Нам же остается только ждать и надеется на это.


Tags:

Sentyabr 06

Ustune dinqildat.

Sizə indi Kim`dən deyim, Kim`dən danışım ? Bu dəfə hədəfdə Kim.az - regional social network saytıdır. Barcamp Lənkəran - 2008 `də təqdimatı olan sayt Azərbaycanın yeni sosial şəbəkə saytıdır. Saytı Box.az elektron poçt xidməti təqdim edir. İndiyə qədər Azərbaycanda bir neçə belə sayt açıldı. Ancaq əlbəttə Kim.az`ın bəzi üstünlükləri var. Təqdimatda deyildi ki yeni şəbəkə ilk əvvəldən bütün box.az istifadəçilərini tərkibinə qatacaq. İndi box.az`ın təqribi 120.000 istifadəçisi var və bunlar avtomatik Kim.az saytının qeydiyyatlı üzvlərinə çevriləcəklər. Əgər sizin adınız@box.az e-mail ünvanınız varsa həmin loginlə daxil ola bilərsiniz. Sayt daha tam hazır olmayıbdı. Dediklərinə görə Barcamp`da təqdimat üçün hazır ediblər. Ona görə giriş hissəsi olduqca kasıbdır. Daxil olduqda da bəzi funksiyaları tam işləmir. Çatışmamazlıqları cari ayda aradan qaldırıb sonra geniş kütləyə açmaq istəyirlər saytı. Bundan sonra təkcə box.az e-maili ilə deyil, istənilən e-mail ilə üzv olmaq mümkün olacaq. Kim.az şəbəkəsi indi Facebook`un ümumi görünüşü və funksiyaları üstündə qurulur. ( Daha doğrusu köhnə Facebook`un. Çünki Facebook artıq new.facebook.com adresindən yeni dizayn və tərtibatını istifadəçilərə təqdim edir. Buradan daxil olaraq yeni facebook`u istifadə edə bilərsiniz. ) Düşünürəm ki, işə belə başlamaq, işi daha asanlaşdırır və tezləşdirir. Yerində atılmış addımdır. Şəbəkə isə Facebook`un bütün imkanlarına ilk əvvəldən sahib olmayacaq. Qruplar yaratmaq və bunun kimi bir-iki xüsusiyyət hələki nəzərə alınmayıbdı.
Onu da deyim ki, məncə ilk əvvəldən 120.000 istifadəçi adı ilə başlamaq isə yalnışdır. Çünki box.az əksərən yeni internet istifadəçilərinin sevimli mail adresidir. Onlar isə sosial şəbəkə kimi çox funksiyalı və ağır bir saytdan istifadə etmək üçün hələ naşıdırlar. Üstəlik axtardığın adamı kim.az sistemində tapsan belə onun aktiv istifadəçi ya passiv ( sadəcə mail istifadəçisi ) istifadəçi olduğunu araşdırmaq olmayacaq. Yaradıcılar bunun mənfi hal olduğunu nəzərə almalıdırlar. Bəlkə də bunun üçün nəsə fikirləşiblər. Əslində elə çətin bir məsələdə deyil. Sistem yeni fəaliyyətə başlayanda bütün box.az istifadəçilərinə bir e-mail ünvanlayarlar ki, ürəyi istəyən öz profilini Kim.az şəbəkəsində də aktiv etsin. Kim.az da axtarış etdikcə isə tapılan nəticələr arasında hansı profile`ın aktiv, hansının isə deaktiv olduğu qeyd olunsun. Beləcə istifadə daha rahat olar. Yoxsa Kim.az istifadəçi üçün kimə isə cavabsız qalan dostluq təklifi etmək və ya onunla şəbəkə vasitəsilə əlaqə saxlayıb vaxt itirmək kimi mənfi cəhətlər təqdim etmiş olar.
Fikrimcə bütün mənfi və müsbətlikləri ilə Kim.az Azərbaycan internetində box.az kimi bir dəyər olacaq. Bu yaxın və ya uzun müddət ərzində olacağını söyləmək hələ tezdir. Sayt aktiv fəaliyyətə başlayandan sonra incələyib bu haqda yeni yazı yazaram inşa Allah. Ümid edirəm ki, saytın statistikası açıq olar. Kim.az`da online istifadəçiləri görmək şansımız olar. Bu zaman daha dəqiq fikir yürüdə bilərik.
Sonda isə Kim.az`a bol UĞURLAR arzulayıram.

Qeyd: İpucu verərək demək istəyirəm ki, Kim.az`a rəqib ola biləcəyini ümid etdiyimiz social network üzərində işləyirik.

Tags:

Sentyabr 03

Ustune dinqildat.

Google yenidən bütün texnalogiya dünyasının gündəmindədir. Google`un internet səyyahı Chrome bu gün rəsmi olaraq istifadəyə verildi. Bununla da Microsoft və Google arasında olan rəqabətdə yeni bir səhifə açıldı deyərdim. Bu xəbər bütün internet istifadəçiləri tərəfindən maraqla qarşılandı. Hətta rəqibi Microsoft belə səyyahı ilk sınaqdan çıxaranlar arasındadır yəqinki. Google`un rəsmi blogunda Google-un vitse-prezidenti Sundar Pinçay xəbər verib ki, brauzer əvvəl Windows-la işləyəcək, gələcəkdə isə Linux və Mac OS versiyaları ilə də işləyəcəyi planlaşdırılır. Chrome-da yad proqramlar - WebKit Apple və Firefox-un elementləri, eləcə də Google-un xüsusi işləmələri istifadə olunacaq.
Səyyahın ən üstün cəhəti çox sürətli olmasıdır. Hətta Firefox`dan belə sürətlidir. Düzdür səyyah haqqında indi elə də çox söz deyə bilmərəm. Mənfi bir söz demək yersiz olardı, çünki Google`un məhsuludur. Müsbət söz isə ancaq sürəti barədə demək olar. Digər funksiyaları ilə elə də seçilmir. Hətta RSS`i olmamağı təəccübləndirdi də deyərdim. Ancaq kifayət qədər rahat səyyahdır deyərdim. İndi sevimli səyyahım Firefoxu tərk edib əlbəttə Chrome`ə keçmərəm. Çünki bunun üçün kifayət qədər üstünlükləri yoxdur. Amma gələcək versiyaları ola bilsin fikrimi dəyişdi. Bəlkədə 6 ay və ya 1 il sonra Google Chrome`yi ən az Firefox qədər sevərəm.

Tags:

Sentyabr 03

Ustune dinqildat.

Barcamp`ın bir xeyli müsbət cəhətləri olduğu qədər, mənfi cəhətləri də yadda qaldı. İrili xırdalı mənfilikləri yadımda qaldığı qədəri ilə bu yazıda qeyd eliyəcəm. Ola bilsinki tam əhatə etməyəm və ya bəzi mənfiliklərlə mən heç qarşılaşmayam. Odurki əlavə etmək istədiklərinizi şərhlərdə qeyd edərsiniz. Əslində elə qüsurlarla rastlaşdıqda Rəşad Əliyev`ə də yerindəcə narazılığımı bildirirdim tədbir zamanı. Geniş kütlə ilə`də burada bölüşürəm fikirlərimi. Yazının bir qədər geniş olacağını düşündüyüm üçün hamsını əsas səhifədə yerləşdirmədim. Ətraflı oxumalı olacaqsınız.

Tags:

Sentyabr 01

Ustune dinqildat.

Barcamp Azərbaycan sona çatdı. Azərbaycan interneti ilə yaxın əlaqəsi olan hər bir kəs iştirak edirdi desəm yanılmaram. 29-u axşam şadyanalıqla olan açılışı 30-u və 31-i olan konfranslar izlədi. Getməzdən əvvəl planlaşdırmışdımki "online blog"luq edəm konfrans ərzində. Gördüyüm müsbət və mənfilikləri oxucularla yerində bölüşəm. Ancaq gecələdiyimiz yerlərdəki şərait, vaxt məhdudiyyəti bu arzumu reallaşdırmağıma imkan vermədi. Konfransı isə ümumi bir yazıda istənilən kimi əhatə etmək olmadığından bu haqda bir neçə yazı yazmaq qərarına gəldim. Beləcə həm yazıları yubatmamış olaram ( onsuzda istədiyim kimi yaza bilməmişəm birdə yubanmayım ) həm də konkret fikrimi bir yerə cəmləşdirib, bir mövzu haqqında yazaram.
İndiki yazım isə ümumi Barcampın əhatəsidir. Azərbaycanda İT`ə aid ilk böyük belə konfrans oldu. İlk olduğundan təcrübəsizlik özünü göstərdi. Elə ona görə də yazı başlığı mənfi, müsbət barcampdır. Bütün bu mənfi və müsbətlikləri ilə barcamp yeni sezona enerjili başlamağa kömək oldu. Hər kəs üçün uğurlu tanışlıqlar, yaxşı istirahət imkanı yaratdı. Gəlməyənlər, gələ bilməyənlər necə bir tədbirdən məhrum olduqlarını təsəvvür belə edə bilməzlər. Konfransda iştirak edən hər kəs öz vaqonundakı, avtobusundakı, qaldığı məkandakı müsbət təəssüratları danışmaqdan həzz alırdılar ( mən də daxil ).
Barcamp`ın Oxatan`a da həm mənfi həm müsbət təsiri oldu. Müsbət cəhət Oxatan`a olan münasibətləri əyani görmək oldu. Mənfi cəhət isə - artıq anonim blog kateqoriyasından çıxdıq. Ümidvaramki bundan sonra da, yazıların obyektivliyinə şübhə ilə yanaşmazlar ( çünki anonim olmağımızın ən böyük səbəbi bu idi ).
75%lik Barcampın gələn Barcampda 100% olacağına inanıram.
Konfrans zamanı tanıtımı olan yeni saytlar haqqında, bundan başqa, Barcampda olan digər  hadisələr barədə növbəti yazılarda olacaq.

Tags: