Oxatan.com » bAzNet » ilk10.az `dan "Sayt qiymətləndirmə" servisi

Sentyabr 23

bAzNet : ilk10.az `dan "Sayt qiymətləndirmə" servisi

Oxtan.com
Bu gün ilk10.az`ın blogunda yeni servisləri haqqında bildiriş gördüm. Servisin adı sayt qiymətləndirilməsidir və beta olaraq fəaliyyətə başlayıb. Xeyirli olsun bu yenilik. Əvvəla servis haqqında bir az məlumat:

Qiymətləndirmə sırf kompüter alqoritminə əsasən, tam şəffaf amillər əsasında aparılacaq. Amillər hələlik aşağıdakılardı:
    * XHTML standartına uyğunluq
    * Saytın həcmi (saytın ilk səhifəsinin həcmi- şəkil, css və javascript fayllar nəzərə alınmır)
    * Cədvəllərin sayı : cədvəllərin az olması üstünlük sayılır
    * Dil standartları.  Dil standartlarına uyğun istifadə qiymətləndirəcək.
    * Yüklənmə sürəti


Sayt qiymətləndirilməsində Oxatan `ı sınaqdan keçirdim. Nəticələrə baxaq.

http://www.oxatan.com ünvanı üçün sayt qiymətləndirilməsi


Parametr Qiymət Şərh
HTML Kod 97 Saytda 3 sayda XHTML standartına uyğunsuzluq(lar) aşkar olunub. Saytın HTML koduna verilən qiymət: 97
Saytın həcmi 93 Saytın ilk səhifəsinin həcmi : 66 Kb . şəkil, css və javascript fayllar nəzərə alınmır . Saytın həcminə verilən qiymət: 93
Cədvəllər 98 Saytda istifadə olunan cədvəllərin sayı : 6. Cədvəllərin sayı minimal saxlanılmalıdır . Saytın cədvəl istifadəsinə verilən qiymət: 98
Dil standartları 10 Saytda Azərbaycan dilində mətn aşkar olunub. Dil standartlarına uyğun istifadə qiymətləndirəcək.
Sayt utf-8 kodlaşmasından istifadə etmir. Bu standartlara uyğun deyil
Yüklənmə sürəti 79 Səhifənin yüklənməsi üçün sərf olunan vaxt 41 ms təşkil edir.

Sayta verilən ümumi qiymət: 75 304;lk10


Təbii ki, bu qiymət nisbi anlayış üzərindən verilir. Standart parametrlər nəzərə alınır. Məsələn dil standartlarına verilən qiymətdə bir qədər uyğunsuzluq var. Oxatan üçün ümumi qiymət 75 oldu. Elə bu ölçmədən sonra dil standartlarındakı uyğunsuzluğu müşahidə etdim. Saytda Azərbaycan dilinə rast gəldikdə əgər saytın charset `i utf-8 deyilsə aşağı bal ilə qiymətləndirir. Ancaq blog `da Azərbaycan şriftləri ilə yaranmış hər hansı bir problem yoxdur. Oxatan `da charset  windows-1251 `ə bərabərdir. Buna da səbəb rus şriftlərinin dəstəklənməsidir. Charset utf-8 `ə bərabər olduqda rus şriftləri dəstəkləmir. Ümidvaramki bu xırdalıqlar da final versiyaya kimi nəzərə alınar.


Subscribe      Qaynaq - Oxatan.

Tags: ilk10 .az

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Xəbəriniz var?!
  • Yahoo! Microsoft-la əməkdaşlığa hazırdı
  • ilk10.az sayğac sistemi yeniləndi
  • Microsoft Office web`də
  • Google özünə rəqib yetişdirib
  • #1 yazdı: Emin




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Salam,

    Azərbaycan dili üçün standart utf-8 dir, hal bu ki, istənilən kodlaşdırmada istənilən dildən istifadə etmək olar - bunun həlli & # 601 ; formatlı yazıdır. Lakin bu duzgün deyil, çünki utf-8 formatında məsələn "ə" hərfi üçün iki-baytlı simvol istifadə okunursa, qeyri-utf-8 kodlaşmada 2 bayt əvəzinə 6 bayt isitfadə olunacaq, bu da nəticə etibarı ilə sizin saytınızın həcmini (mətn hissəsini) azı 2 dəfə artırır.

    O ki qaldı, rus dilinə, siz yanılırsız, rus dili utf-8 də normal dəstəklənir. Budur ki, Azərbaycan dili üçün utf-8 istifadə olunmaması standarta uyğunsuzluq kimi nəzərə alınması haqqlıdır :)
    sitat gətir    

    #2 yazdı: Ədəbiyyat müəllimi




    Qrup: Qonaq
    Qeydiyyat: --
    "haqlıdır" sözü iki yox, bir "q" ilə yazılır. Gündəliyini bəri elə. winked
    sitat gətir    

    #3 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Emin,
    bu həcm barədə mübahisə etmirəm :-). təbii ki, xeyri var, haqlısınız

    bu rus dili utf`də dəstəkləyir, ancaq ajax`da bəzi problemlər yaranır.


    Sitat: Ədəbiyyat müəllimi
    "haqlıdır" sözü iki yox, bir "q" ilə yazılır


    əşi mövzuyla nə əlaqəsi. tez-tez yazanda o qədər mexaniki səhv etmək olurki...
    sitat gətir    

    #4 yazdı: Emin




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Sitat: Shaig M
    bu rus dili utf`də dəstəkləyir, ancaq ajax`da bəzi problemlər yaranır.


    Heç bir həll oluna bilməyən problem yoxdur. AJAX və utf-8 də olan minlərcə rus dilli sayt var.

    sitat gətir    

    #5 yazdı: AzeriFire




    Qrup: Qonaq
    Qeydiyyat: --
    http://www.ilk10.az/qiymetlendir.php?url=http%3A%2F%2Fwww.mobiland.az&Submit=OK

    Sayta verilən ümumi qiymət: 80


    Nə yaxşı :)
    sitat gətir    

    #6 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: AzeriFire
    Sayta verilən ümumi qiymət: 80


    əslində dəyəri azaldan saytın yüklənmə sürətidir. mən yoxlayanda ilk dəfə yüklənmə sürəti 0 oldu, buna görə nəzərə alınmadı, ümumi qiymət isə 98 oldu.
    sitat gətir    

    #7 yazdı: AzeriFire




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Saytın ilk səhifəsi açılanda bazaya 7 sorğu gedir ən azı hardasa. Bunu azaltmaq lazımdır, çalışacam.

    Yeri gəlmişkən, mobiland.az saytının açılmasından 2 ay keçməsinə baxmayaraq PR artıq 4 oldu. Sıfırdan birbaşa dördə qalxdı, bu isə mənim üçün sevindirici haldır.SEO da öz işinin öhdəsindən layiqlə gəldi.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: