Oxatan.com » bAzNet » Mak.az forumu hacklanıb

Sentyabr 22

bAzNet : Mak.az forumu hacklanıb

Oxatan.com
Daimi olaraq izlədiyim forumlardan biri olan, mak.az – Online Marketinq Jurnalının Forumuna bir neçə vaxt daxil ola bilmədim. Yazılırdı ki, texniki işlər aparılır. Nəhayət bu gün saytda rəsmi bildiriş yayımladılar. Forum hacklanıbmış.
Mak.az

Sentyabrın 21-i gecə saat 4.30-da mak.az – Online Marketinq Jurnalının Forumu 3 erməni xaker tərəfindən ələ keçirilib. Xakerlər forumdakı bəzi texniki boşluqları əvvəlcədən görüb və planlı şəkildə hərəkət ediblər. Onların üzv olduğu bəzi forumlarda bu barədə elanlar verməsi əməliyyatın planlı şəkildə edildiyini göstərir. Amma forumun bəzi texniki boşluqları olsa da, inkişaf etmiş tərəfləri onların sayta keçməsi və forumu tamamilə ləğv etməsinə əngəl olub. Hazırda sayt öz fəaliyyətini tam mənada davam etdirməkdədir. Forumda isə bərpa işləri davam edir. Texniklər forumdan minimum informasiya itkisi üçün çalışırlar. Xakerlərin forumun adminstrasiyasına müdaxiləsi tam aradan qaldırılıb. Texniki problemlər də forumun təhlükəsizliyi və forumçuların rahatlığının təmini istiqamətində aradan götürülür.
Beləliklə bazar günü gecə saatlarında "işğal olunan" forum yaxında tam gücüylə, hətta bəzi yeniliklərlə işinə başlayacaq. 



Yazını ətraflı olaraq buradan oxuya bilərsiniz.

Mak.az`a keçmiş olsun. İnşa Allah tezliklə forum bərpa olunar. Yeri görsənir.


Subscribe      Qaynaq - Oxatan.

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Rəqəmsal incəsənət
  • Kağızdan istifadə olunmayan ev
  • Blog sistemi
  • Nəyimiz var?...
  • Planetimizin ən populyar əməliyyat sistemləri
  • #1 yazdı: Emin




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Qəribədir,
    Cache-də baxıram, forumun versiyası 2 il əvvəlki olandır (İPB, 2.1.6)
    Bu forumu hələ indi dağıdıblar?
    sitat gətir    

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Emin,

    Ola bilsinki saytın o qədər də geniş kütlə tərəfindən yox sadəcə məhdud qrup tərəfindən tanınmasından irəli gəlib. Mak.az Azərbaycan dilində olduğuna görə də əcnəbilər tərəfdən elə də tanınmaz...
    sitat gətir    

    #3 yazdı: wapxana




    Qrup: İstifadəçi
    Qeydiyyat: 9.09.2008
    Azerbaycan xalqi yixilmir hech vaxt,
    odur ki bu problemi tez bir zamanda hell edib fealiyyete bashlayacaghiq.
    sitat gətir    

    #4 yazdı: mak




    Qrup: Qonaq
    Qeydiyyat: --
    melumati yerleshdirdiynize gore cox sag olun. Adamin bashina gerek hadise gelsin sonra agillansin. Biz neche vaxtdir deyirik ki, forumu update edek edek edek, ele yaddan cixir qalir kenarda. Indi bu hadiseden sonra bir az agillandiq ;) yaxin gunlerde berpa olunacaq inshallah
    sitat gətir    

    #5 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: mak
    yaxin gunlerde berpa olunacaq inshallah


    Bərpa olunar inşa Allah. Bildiyimə görə məlumat itgisi minimum olacaq. Nə zamana iş yekunlaşacaq?
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: