Oxatan.com » bAzNet » Twitter və Friendfeed yeni dizaynlarına keçdi

Sentyabr 19

bAzNet : Twitter və Friendfeed yeni dizaynlarına keçdi

Oxatan.com
Təxminən 1 aydır Friendfeedin dəyişəcəyi deyilirdi. Hətta interfeysi beta olaraq test edə bilirdik. Bu gün etibarilə beta dizayn, son halını aldı və istifadəyə verildi.
Yeni dizayn əksəriyyət tərəfindən bəyənildi. Ancaq bəyənməyənlər də var. Səbəb isə əvvəl sağda olan yoldaş və otaqlar siyahısı sol tərəfə keçdiyinə görə istifadəçilər bir az yadırğamışdı. Ancaq sonradan öyrəndiyimə görə Friendfeed qrupu bunu çox gözəl bir səbəbə bağladı: Solaxaylar və geniş ekranlara sahib olanlar üçün sağ tərəf olduqca uzaq olur, bunun yerinə sol tərəfə keçirtməyə qərar verdik.
Bu gün dizaynını yeniləyən bir başqa xidmət də Twitter`di. Bir ay əvvəldən Twitter`in dizaynı dəyiəşəcəyi dedi-qoduları gəzirdi.Hətta Twitterin bu anki halını ekran görünüşlərindən görmüşdük. Xatırladığım qədəriylə edilən şərhlər nə qədər çirkin olduğu yönündə idi. Artıq siz də Twitterinizin yeni dizaynını araşdıra bilərsiniz.
Twitter, sağ tərəfi daha səliqəliləşdirərək, orta sahədə kiçik dəyişikliklər edib. Ümumiyyətlə interfeysdə edilən yeniliklər olduqca yerində kimi görünsə də bəzi tipografi və məntiq səhvləri də mövcuddur. Məsələn öz səhifənizdə, sağ tərəfdə ən üstdə fotoşəkilimizə basıb öz səhifəmizə gedə bilirik, ancaq istifadəçi adımıza hər hansı bir keçid verilməyibdi. Bununla yeniləmələri göstərən xxx minutes ago yazıları isə saytın ümumi tipografisine gözə batacaq şəkildə zidd dayanır demək olar.
Twitterdə inkişaf etdirilən bir digər xüsusiyyət isə səhifəmizin temasını dəyişdirmək imkanıdır. Əlavə olunan mövzular və rəngləri daha rahat istifadə ediləcək şəkildə olubdu.


Subscribe      Qaynaq - Oxatan.

Tags: Twitter Friendfeed

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • MySpace sosial şəbəkəsi dizaynı dəyişib
  • Azadlıq radiosu
  • ilk10.az sayğac sistemi yeniləndi
  • Nə var nə yox #1
  • İlk10 düyməcik.





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: