Oxatan.com > bAzNet, TaxNo > Google Valve`ni də almaq istəyir?
Google Valve`ni də almaq istəyir?Sentyabr 18. Разместил: Shaig M |
Gəzən söz-söhbətlərə görə Google indi də Valve'yi satın almaq istəyir. Ola bilsinki Valve`nin nə olduğunu bilməyən olsun. Sizin üçün qısa bir məlumat verim ki, Valve "
Half life" kimi əfsanə bir oyunun yaradıcısıdır. Qısa vaxt əvvəl isə Steam adında bir platforma yaradaraq oyunların online alqı-satqısını yaratmışlar.Əgər həqiqətəndə Google Valve`ni almaq istəyirsə böyük ehtimalla bu Steam`ə görədir. Çünki Steam bu sahədə lider vəziyyətdədir. Platformada təqribi 440`a qədər oyun var. Aktiv istifadəçiləri isə 15 milyondur. Yəni əgər Google oyun sektoruna daxil olmaq istəyirsə bu ən uyğun seçimdir. Belə nəticəyə gəlmək olarki Google Valve`ni heçdə tanınmış oyunlarına görə yox, online istifadəçilərinin çoxluğuna görə almaq istəyir. Beləcə oyun sektoruna daxil olduqda birbaşa liderlikdən başlayacaq. |