Oxatan.com » bAzNet » Google Chrome

Sentyabr 03

bAzNet : Google Chrome

Ustune dinqildat.

Google yenidən bütün texnalogiya dünyasının gündəmindədir. Google`un internet səyyahı Chrome bu gün rəsmi olaraq istifadəyə verildi. Bununla da Microsoft və Google arasında olan rəqabətdə yeni bir səhifə açıldı deyərdim. Bu xəbər bütün internet istifadəçiləri tərəfindən maraqla qarşılandı. Hətta rəqibi Microsoft belə səyyahı ilk sınaqdan çıxaranlar arasındadır yəqinki. Google`un rəsmi blogunda Google-un vitse-prezidenti Sundar Pinçay xəbər verib ki, brauzer əvvəl Windows-la işləyəcək, gələcəkdə isə Linux və Mac OS versiyaları ilə də işləyəcəyi planlaşdırılır. Chrome-da yad proqramlar - WebKit Apple və Firefox-un elementləri, eləcə də Google-un xüsusi işləmələri istifadə olunacaq.
Səyyahın ən üstün cəhəti çox sürətli olmasıdır. Hətta Firefox`dan belə sürətlidir. Düzdür səyyah haqqında indi elə də çox söz deyə bilmərəm. Mənfi bir söz demək yersiz olardı, çünki Google`un məhsuludur. Müsbət söz isə ancaq sürəti barədə demək olar. Digər funksiyaları ilə elə də seçilmir. Hətta RSS`i olmamağı təəccübləndirdi də deyərdim. Ancaq kifayət qədər rahat səyyahdır deyərdim. İndi sevimli səyyahım Firefoxu tərk edib əlbəttə Chrome`ə keçmərəm. Çünki bunun üçün kifayət qədər üstünlükləri yoxdur. Amma gələcək versiyaları ola bilsin fikrimi dəyişdi. Bəlkədə 6 ay və ya 1 il sonra Google Chrome`yi ən az Firefox qədər sevərəm.


Subscribe      Qaynaq - Oxatan.

Tags: google chrome

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Microsoft Office web`də
  • Fox Google ilə bağladığı reklam müqavilə ...
  • ABŞ-dakı maliyyə böhranına baxmayaraq "Google"-u ...
  • Google skype`ı da istəyir.
  • Mozilla Ginnesin rekordlar kitabına düşmək niyyəti ...
  • #1 yazdı: AzeriFire




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Təşəkkür, xəbərə görə. 450kb dan çox şey gözləmək olmaz onsuzda. FireFox u isə atıb başqasına keçmək isə "günahdır" =) İndi yoxlayacam mən də, görüm nə olan şeydir.

    Uppps. 450kb lıq setup yalnız live installer imiş.İndi internetdən dartır. Düzü mən bu cür installerlərin məqsədini anlamıram. Nəyə görə belə edirlər. Elə birbaşa setup versə nə olar? Yox , əgər kompüterimi diaqnostika edib, serverə göndərir və ƏS dilinə uyğun setup yükləyirsə, kompüterimi yoxladığı barədə məlumat niyə göstərmir?

    Super. Bir brouzer kimi super sürətlidir, saytları da sürətli açır. FireFox-a əsl rəqib gəlir meydana. Hardasa Apple Safari-yə bənzətdim nədənsə.
    sitat gətir    

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: AzeriFire
    Elə birbaşa setup versə nə olar?


    yəqin install`ı mərhələ - mərhələ etməkdir məqsəd . təbii ki başqa səbəbləri olar yəqin. hər halda Google belə məsləhət görür.

    Sitat: AzeriFire
    Super. Bir brouzer kimi super sürətlidir, saytları da sürətli açır. FireFox-a əsl rəqib gəlir meydana.


    məndə Firefox üçün rəqib ola biləcəyi düşüncəsindəyəm. fikrimcə bu ən çox İ.E. nin baş ağrısına çevriləcək.
    sitat gətir    

    #3 yazdı: pero




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Chrome Operani keçdi =))
    eceb oldu operaya:P

    menbeni göstermeyi unutdum:
    http://getclicky.com/global-marketshare-statistics
    sitat gətir    

    #4 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: pero
    hrome Operani keçdi =))


    yəqinki bundan sonra əsas rəqabət Chrome ilə Firefox arasında olar. I.E. də Windows`un hesabına ayaqda qalır onsuzda...

    Chrome ən çox yəqinki I.E.nin bazar payından alacaq, nəyinki Firefoxun
    sitat gətir    

    #5 yazdı: Quqquş




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Qəşey şeyə oxşayır...
    sitat gətir    

    #6 yazdı: AzeriFire




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Deyirəm axı, Safariyə oxşayır. Engine eynidir, Webkit . Nizamlama yerində, Google üçün analistik məlumat göndər seçimini bağlayın, yoxsa internetdən çox istifadə edir, sürət düşür.

    AppleWebKit/525.13 (KHTML, like Gecko)
    sitat gətir    

    #7 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Chrome`dən istifadə etdikcə bəzi əksikləri ilə qarşılaşıram artıq. Məslən bu səyyahdan blogu yeniləyə bilmirəm....
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: