Sentyabr 01
bAzNet : | - Barcamp + | ( 29-31 avqust 2008 / Lənkəran )
Barcamp Azərbaycan sona çatdı. Azərbaycan interneti ilə yaxın əlaqəsi olan hər bir kəs iştirak edirdi desəm yanılmaram. 29-u axşam şadyanalıqla olan açılışı 30-u və 31-i olan konfranslar izlədi. Getməzdən əvvəl planlaşdırmışdımki "online blog"luq edəm konfrans ərzində. Gördüyüm müsbət və mənfilikləri oxucularla yerində bölüşəm. Ancaq gecələdiyimiz yerlərdəki şərait, vaxt məhdudiyyəti bu arzumu reallaşdırmağıma imkan vermədi. Konfransı isə ümumi bir yazıda istənilən kimi əhatə etmək olmadığından bu haqda bir neçə yazı yazmaq qərarına gəldim. Beləcə həm yazıları yubatmamış olaram (
onsuzda istədiyim kimi yaza bilməmişəm birdə yubanmayım ) həm də konkret fikrimi bir yerə cəmləşdirib, bir mövzu haqqında yazaram.
İndiki yazım isə ümumi Barcampın əhatəsidir. Azərbaycanda İT`ə aid ilk böyük belə konfrans oldu. İlk olduğundan təcrübəsizlik özünü göstərdi. Elə ona görə də yazı başlığı mənfi, müsbət barcampdır. Bütün bu mənfi və müsbətlikləri ilə barcamp yeni sezona enerjili başlamağa kömək oldu. Hər kəs üçün uğurlu tanışlıqlar, yaxşı istirahət imkanı yaratdı. Gəlməyənlər, gələ bilməyənlər necə bir tədbirdən məhrum olduqlarını təsəvvür belə edə bilməzlər. Konfransda iştirak edən hər kəs öz vaqonundakı, avtobusundakı, qaldığı məkandakı müsbət təəssüratları danışmaqdan həzz alırdılar ( mən də daxil ).
Barcamp`ın Oxatan`a da həm mənfi həm müsbət təsiri oldu. Müsbət cəhət Oxatan`a olan münasibətləri əyani görmək oldu. Mənfi cəhət isə - artıq anonim blog kateqoriyasından çıxdıq. Ümidvaramki bundan sonra da, yazıların obyektivliyinə şübhə ilə yanaşmazlar ( çünki anonim olmağımızın ən böyük səbəbi bu idi ).
75%lik Barcampın gələn Barcampda 100% olacağına inanıram.
Konfrans zamanı tanıtımı olan yeni saytlar haqqında, bundan başqa, Barcampda olan digər hadisələr barədə növbəti yazılarda olacaq.

Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

|
Oxu atan: 