Oxatan.com » Xəbərlərin siyahısı Sentyabr 2008 İldə

Sentyabr 26

Ustune dinqildat.

Google`un atdığı, gördüyü hər iş artıq hər bir KİV`də geniş yer almağa başlayır. Gün ərzində dəfələrlə saytı ziyarət edirik, haqqında xəbərlər oxuyuruq. İnternet həyatımızın ayrılmaz vasitəsi olan axtarış saytının 10 yaşı olur. Elə 10 illiyini qeyd etməsini də çox yerdən oxumaq mümkündür ( 1#, 2#, 3#, 4#, 5# ) .
Google 10 illiyinə aid bir səhifədə hazırlayıbdı. Səhifədə fəaliyyətlərindən bəhs olunan bölmə, istifadəçilərin google`dan necə istifaə etdiyindən bəhs olunan bölmə də hazırlayıblar.
Google 10 yaşında ona ən çox köməyi dəyəcək fikir axtarır. Bu proyektin adını isə 10 əsası 100 qoyublar. Ən yaxşı 5 fikir üçün 10 milyon dollar büdcə ayıracaqlar.  Əgər siz də fikrinizi yollamaq üstəsəniz buradan yollayın.  Proyektin əsas səhifəsi, FAQ`ı və kateqoriyaları....
Eşitdiyimə görə, proyektin 10 əsası 100 olaraq adlandırılma səbəblərindən biri də 10 əsası 100ün googol olaraq adlandırılan ədəd olması və googlenin adını buradan götürməsidir ( eşitdiyim bu ehtimal qeyri rəsmi informasiyadır ).

Tags:

Sentyabr 23

Oxtan.com
Bu gün ilk10.az`ın blogunda yeni servisləri haqqında bildiriş gördüm. Servisin adı sayt qiymətləndirilməsidir və beta olaraq fəaliyyətə başlayıb. Xeyirli olsun bu yenilik. Əvvəla servis haqqında bir az məlumat:

Qiymətləndirmə sırf kompüter alqoritminə əsasən, tam şəffaf amillər əsasında aparılacaq. Amillər hələlik aşağıdakılardı:
    * XHTML standartına uyğunluq
    * Saytın həcmi (saytın ilk səhifəsinin həcmi- şəkil, css və javascript fayllar nəzərə alınmır)
    * Cədvəllərin sayı : cədvəllərin az olması üstünlük sayılır
    * Dil standartları.  Dil standartlarına uyğun istifadə qiymətləndirəcək.
    * Yüklənmə sürəti


Sayt qiymətləndirilməsində Oxatan `ı sınaqdan keçirdim. Nəticələrə baxaq.

http://www.oxatan.com ünvanı üçün sayt qiymətləndirilməsi


Parametr Qiymət Şərh
HTML Kod 97 Saytda 3 sayda XHTML standartına uyğunsuzluq(lar) aşkar olunub. Saytın HTML koduna verilən qiymət: 97
Saytın həcmi 93 Saytın ilk səhifəsinin həcmi : 66 Kb . şəkil, css və javascript fayllar nəzərə alınmır . Saytın həcminə verilən qiymət: 93
Cədvəllər 98 Saytda istifadə olunan cədvəllərin sayı : 6. Cədvəllərin sayı minimal saxlanılmalıdır . Saytın cədvəl istifadəsinə verilən qiymət: 98
Dil standartları 10 Saytda Azərbaycan dilində mətn aşkar olunub. Dil standartlarına uyğun istifadə qiymətləndirəcək.
Sayt utf-8 kodlaşmasından istifadə etmir. Bu standartlara uyğun deyil
Yüklənmə sürəti 79 Səhifənin yüklənməsi üçün sərf olunan vaxt 41 ms təşkil edir.

Sayta verilən ümumi qiymət: 75 304;lk10


Təbii ki, bu qiymət nisbi anlayış üzərindən verilir. Standart parametrlər nəzərə alınır. Məsələn dil standartlarına verilən qiymətdə bir qədər uyğunsuzluq var. Oxatan üçün ümumi qiymət 75 oldu. Elə bu ölçmədən sonra dil standartlarındakı uyğunsuzluğu müşahidə etdim. Saytda Azərbaycan dilinə rast gəldikdə əgər saytın charset `i utf-8 deyilsə aşağı bal ilə qiymətləndirir. Ancaq blog `da Azərbaycan şriftləri ilə yaranmış hər hansı bir problem yoxdur. Oxatan `da charset  windows-1251 `ə bərabərdir. Buna da səbəb rus şriftlərinin dəstəklənməsidir. Charset utf-8 `ə bərabər olduqda rus şriftləri dəstəkləmir. Ümidvaramki bu xırdalıqlar da final versiyaya kimi nəzərə alınar.


Tags:

Sentyabr 22

Oxatan.com
Daimi olaraq izlədiyim forumlardan biri olan, mak.az – Online Marketinq Jurnalının Forumuna bir neçə vaxt daxil ola bilmədim. Yazılırdı ki, texniki işlər aparılır. Nəhayət bu gün saytda rəsmi bildiriş yayımladılar. Forum hacklanıbmış.
Mak.az

Sentyabrın 21-i gecə saat 4.30-da mak.az – Online Marketinq Jurnalının Forumu 3 erməni xaker tərəfindən ələ keçirilib. Xakerlər forumdakı bəzi texniki boşluqları əvvəlcədən görüb və planlı şəkildə hərəkət ediblər. Onların üzv olduğu bəzi forumlarda bu barədə elanlar verməsi əməliyyatın planlı şəkildə edildiyini göstərir. Amma forumun bəzi texniki boşluqları olsa da, inkişaf etmiş tərəfləri onların sayta keçməsi və forumu tamamilə ləğv etməsinə əngəl olub. Hazırda sayt öz fəaliyyətini tam mənada davam etdirməkdədir. Forumda isə bərpa işləri davam edir. Texniklər forumdan minimum informasiya itkisi üçün çalışırlar. Xakerlərin forumun adminstrasiyasına müdaxiləsi tam aradan qaldırılıb. Texniki problemlər də forumun təhlükəsizliyi və forumçuların rahatlığının təmini istiqamətində aradan götürülür.
Beləliklə bazar günü gecə saatlarında "işğal olunan" forum yaxında tam gücüylə, hətta bəzi yeniliklərlə işinə başlayacaq. 



Yazını ətraflı olaraq buradan oxuya bilərsiniz.

Mak.az`a keçmiş olsun. İnşa Allah tezliklə forum bərpa olunar. Yeri görsənir.

Sentyabr 19

Oxatan.com
Təxminən 1 aydır Friendfeedin dəyişəcəyi deyilirdi. Hətta interfeysi beta olaraq test edə bilirdik. Bu gün etibarilə beta dizayn, son halını aldı və istifadəyə verildi.
Yeni dizayn əksəriyyət tərəfindən bəyənildi. Ancaq bəyənməyənlər də var. Səbəb isə əvvəl sağda olan yoldaş və otaqlar siyahısı sol tərəfə keçdiyinə görə istifadəçilər bir az yadırğamışdı. Ancaq sonradan öyrəndiyimə görə Friendfeed qrupu bunu çox gözəl bir səbəbə bağladı: Solaxaylar və geniş ekranlara sahib olanlar üçün sağ tərəf olduqca uzaq olur, bunun yerinə sol tərəfə keçirtməyə qərar verdik.
Bu gün dizaynını yeniləyən bir başqa xidmət də Twitter`di. Bir ay əvvəldən Twitter`in dizaynı dəyiəşəcəyi dedi-qoduları gəzirdi.Hətta Twitterin bu anki halını ekran görünüşlərindən görmüşdük. Xatırladığım qədəriylə edilən şərhlər nə qədər çirkin olduğu yönündə idi. Artıq siz də Twitterinizin yeni dizaynını araşdıra bilərsiniz.
Twitter, sağ tərəfi daha səliqəliləşdirərək, orta sahədə kiçik dəyişikliklər edib. Ümumiyyətlə interfeysdə edilən yeniliklər olduqca yerində kimi görünsə də bəzi tipografi və məntiq səhvləri də mövcuddur. Məsələn öz səhifənizdə, sağ tərəfdə ən üstdə fotoşəkilimizə basıb öz səhifəmizə gedə bilirik, ancaq istifadəçi adımıza hər hansı bir keçid verilməyibdi. Bununla yeniləmələri göstərən xxx minutes ago yazıları isə saytın ümumi tipografisine gözə batacaq şəkildə zidd dayanır demək olar.
Twitterdə inkişaf etdirilən bir digər xüsusiyyət isə səhifəmizin temasını dəyişdirmək imkanıdır. Əlavə olunan mövzular və rəngləri daha rahat istifadə ediləcək şəkildə olubdu.

Tags:

Sentyabr 18

Yahoo index səhifəsini dəyişdirmək fikrindədir. Yazdıqlarına görə, klassik bir portal quruluşundan çıxarmağı düşündükləri yeni yahoo.com iki əsas xüsusiyyəti ilə seçiləcəkmiş. Bunlardan biri bütün fərdi əməliyyatlarınızı edə biləcəyiniz bir panel: Yahoo! xidmətləri, GMail daxil bir çox xidmətdən e-mail idarəsi və xüsusi yerli məlumatlar kimi. Digəri isə bizim üçün ən vacib məlumatları verməyi planlaşdırdıqları sahə.
Yeni dizaynlardan birinin ekran görünüşü isə aşağıda gördüyünüz kimidir. Böyük ehtimalla da bu distributiv üzərindən işlər davam edəcək və buna bənzər bir səhifə ilə qarşılaşacağıq. Beta testlərini isə ilkin olaraq .US və .UK istifadəçiləri edəcəklər.
Görək bu yenilik Yahoo`ya yeni qan verə biləcək ya yox...
Oxatan.com

Tags:

Sentyabr 18

Oxatan.comGəzən söz-söhbətlərə görə Google indi də Valve'yi satın almaq istəyir. Ola bilsinki Valve`nin nə olduğunu bilməyən olsun. Sizin üçün qısa bir məlumat verim ki, Valve " Half life" kimi əfsanə bir oyunun yaradıcısıdır. Qısa vaxt əvvəl isə Steam adında bir platforma yaradaraq oyunların online alqı-satqısını yaratmışlar.
Əgər həqiqətəndə Google Valve`ni almaq istəyirsə böyük ehtimalla bu Steam`ə görədir. Çünki Steam bu sahədə lider vəziyyətdədir. Platformada təqribi 440`a qədər oyun var. Aktiv istifadəçiləri isə 15 milyondur. Yəni əgər Google oyun sektoruna daxil olmaq istəyirsə bu ən uyğun seçimdir. Belə nəticəyə gəlmək olarki Google Valve`ni heçdə tanınmış oyunlarına görə yox, online istifadəçilərinin çoxluğuna görə almaq istəyir. Beləcə oyun sektoruna daxil olduqda birbaşa liderlikdən başlayacaq.

Tags:

Sentyabr 17

Oxatan.com
Bizim Barcamp`ın saytında olan bir yazını bölüşmək istədim:

İnternet texnologiyaları reaktiv sürətlə inkişaf etən ölkələrdən biri olan Almaniyada - Berlində oktyabr ayının ortası Web həftəsi elan edilib. Bu həftə ərzində keçiriləcək möhtəşəm tədbirlərin (Web 2.0 Expo Europe, Facebook developer Garage və s. ) cədvəlində yer almış BarCamp Berlin 3 xüsusi çəkisi və kütləviliyi ilə seçilir. Bu tədbirə Almaniyadan və xaricdən 500-ə yaxın iştirakçı qoşulacaq. 

Berlində 3-cü dəfə təşkil olunacaq Barkampda Web 2.0-ın müxtəlif məqamlarına toxunulacaq (”Wikis and Enterprise 2.0″,  ”CouchDB and the Web”), ən yüksək nailiyyətlərdən danışılacaq, eyni zamanda praktik ( məs. “Building Facebook-applications “) eləcə də “başlayanlar” səviyyəsində də müxtəlif təqdimatlar olacaq.  Tədbirin sponsorları arasında Oracle, Symantec, Nokia, Microsoft, Almaniyanın Investititionsbank Berlin bankın və bir çox şirkətlərin, saytların adlarını görmək olar.

Azərbaycan gəcnlərindən və mütəxəssislərindən ibarət bir qrupun BarCamp Berlin 3, eləcə də Veb həftəsinin digər tədbirlərinə qatılması gözlənilir. Qoşulmaq istəyənlər  BarCamp Berlin 3 saytında qeydiyyatdan keçə, sonra isə Azərbaycan tərəfdən koordinasiya üçün  ilgar(ət)barcamp.az e-mailinə yazaraq təşkilatçılarla əlaqə yarada bilərlər.


P.S. Qeyd eliyimki Azərbaycan tərəfinin iştirakı hələki sual altındadır.

Tags:

Sentyabr 17

Oxatan.com
Google Amerikada axtarış saytları arasında 71%-lik pay ilə ilk sıradakı yerini daha da nöhkəmləndirdi. Nəzərinizə çatdırım ki, bu Avqust ayına olan hesabatdır. Keçən ilin eyni ayı ilə müqayisədə br xeyli faiz irəliləyibdi Google axtarış bazarında. Məlumatı Hitwise yayıbdı. Ətraflı tanış olmaq istəsəniz buraya klikləyin.
Siyahıda Google`dan sonrakı sıralama isə belədir.
Axtarış motoru
Avqust 2008
Avqust2007
Google 71.01% 63.98%
Yahoo 18.26% 22.87%
MSN 5.32% 6.53%
Ask.com 3.45% 3.49%

Cədvəldəki siyahıdan da göründüyü kimi digər axtarış sistemləri bazardakı paylarını itirərkən, Google əksinə çoxalır. Üstəlikdə konkret olaraq bir rəqibinin istifadəçilərini özünə çəkmir. Bütün sistemlərin istifadəçiləri azalır. Bazara bu yaxınlarda daxil olmuş Cuil isə səs küylü gəlişinə baxmayaraq elədə böyük uğur qazanmayıb hələki. Önümüzdəki aylarda olan statistika ölçümləri zamanı bəlkə onunda mövqeyi ilə tanış ola bilərik.

Tags:

Sentyabr 11

Oxatan.comBu gün blogdaşlarımızdan biri olan Rita Vəliyevanın blogunda ( http://only4u.azeriblog.com ) oxuduğum bir xəbəri məndə sizinlə bölüşmək istədim...


Azərbaycanın dörd şəhərində ilk fotoköşklər quraşdırılıb.
Yeni köşklərin vasitəsi ilə istənilən şəxs telefon və ya fotoaparatla çəkdiyi şəkilləri köşkdə çap edə biləcək. Bunun üçün həmin şəkli telefonun və ya fotoaparatın hər hansı simsiz modulu, disk və ya yaddaş kartı vasitəsilə fotoköşklərə köçürülməlidir. Köşkün menyusu Azərbaycan, rus və ingilis dilində olacaq. Orada hansı dili istəyirsənsə, seçəcəksən və həmin dildə də proqram açılacaq. Şəkli çıxarmaq istəyən şəxs ona istədiyi dizaynı da verə bilər. Pulu köşkə atandan sonra isə çəkil çıxacaq.

 Bu köşkdən şəklin çıxarılması 16 qəpiyə başa gəlir. Artıq köşkün biri Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Mingəçevirdə quraşdırılıb. Köşklərin birinin qiyməti təqribən 5 min ABŞ dollarıdır. Köşklərin kabinələri xarici ölkədə istehsal edilir, qalan hissələr isə yerli zavodda yığılır.



Onu da qeyd edimki yazını tam olaraq nəzərinizə çatdırmadım. Sondakı abzasın yazının başlığı ilə əlaqəli olub olmaması haqqında şübhəli olduğumdan tam yazmadım. Sondakı abzasda nə isə bilet almaqla bağlı məsələ haqqında məlumat verilmişdi deyəsən. Maraqlananlar xəbəri qaynağından oxuyarlar...

Fotoköşklərlə bağlı isə onu deyə bilərəmki fikrimcə lap çox ehtiyyac görülən bir şey deyildi. Fotolara kompüterdə baxmaq imkanı olduqdan sonra kimsə üçün elə də maraqlı deyilki onu kağız olaraq çıxarsın. Ancaq 3x4 ölçü kimi, sənədlər üçün şəkil çəkən belə köşklər olsa idi daha yaxşı olardı fikrimcə.

Tags:

Sentyabr 09

Ustune dinqildat.

Bu dəfə haqqında yazacağım sayt da Barcamp 2008`də təqdimatı olan saytlar arasında idi. Saytın adresi məqalənin başlığından da görsəndiyi kimi Xeberler.az`dır. Saytda İnformasiya və Kommunikasiya Texnologiyalarına aid xəbərlər yayımlanır. Saytın təsisçisi Osman Gündüz`dür. Saytda əsas məlumatlar xarici bazara aiddir. Buna görə o qədərdə maraqlı görsənmir. Çünki, bu məlumatları onsuzda izlədiyimiz xarici saytlardan əldə edirik. Yerli bazardan olan xəbərlərə demək olarki rast gəlməmişəm. Düşünürəmki bu tip saytda yerli bazarı əhatə edən xəbərlərin olması ona marağı daha da artırardı...
Saytın tərtibatı barədə də xüsusi nəsə demək olmaz. Sadəcə olaraq standart, Azərbaycan internetində görməyə alışdığımız xəbər saytıdır. Hesab edirəmki, əgər xəbərlərin dəyəri yüksəlsə onsuzda saytın tərtibatı arxa planda qalar. Ancaq yenə də daha yaxşı nəsə etmək olardı deyə düşünürəm.

Tags: