Oxatan.com > bAzNet > Day.az`a hücum
Day.az`a hücumAvqust 11. Разместил: Shaig M |
|
Bildiyimiz kimi, Gürcüstanda gedən müharibə internetə də təsirsiz ötüşməyibdi. Gürcüstanın bəzi güc strukturlarının internet saytlarına o cümlədən aparıcı xəbər saytlarına daxil olmaq olmur. Buna səbəb Rusların Gürcüstana hərbi müharibəsi ilə yanaşı elektron müharibə də aparmasıdır. Hətta Azərbaycanın ən böyük xəbər saytı olan day.az`a da hücumlar olur. Səbəb isə day.az`da Gürcüstandan olan xüsusi xəbərlər kateqoriyasında mütəmadi olaraq Rusların hücumu barədə xəbərlər verilməsidir. Buna görə də day.az`a Rusiya hacker`ləri tərəfindən DDOS hücumları olur. Bu isə saytın fəaliyyətini yavaşladır. Elə mən bu sətirləri yazanda da day.az`a daxil olduqda, keçidlərə sıxanda gah səhifəyə daxil olmaq mümkün olurdu, gah olmurdu.
Bundan başqa oxuduğum blogda başqa bir məlumatlada qarşılaşdımki hücumlara məruz qalan sayt təkcə day.az deyilmiş. Bu iki rus dilli xəbər saytlarında da daxil olmaqda problemlər yaşanır. Adı çəkilən ilk sayta tamamilə daxil olmaq mümkün deyil. İkinciyə daxil olduqda isə "Welcome to nginx!" yazısı ilə qarşılaşdım. P.S. Hesab edirəmki bütün bu baş verənlərdən belə nəticə çıxarmaq olarki, Azrəbaycanla Ermənistan arasında ola biləcək müharibə zamanıda bütün bunlar təkrarlana bilər. Həm siyasi həm də elektron müharibə. Elə məhz bu halda Rusiya da yenə müharibəyə qarışar. |