Oxatan.com » bAzNet » Day.az`a hücum

Avqust 11

bAzNet : Day.az`a hücum

Ustune dinqildat.

Bildiyimiz kimi, Gürcüstanda gedən müharibə internetə də təsirsiz ötüşməyibdi. Gürcüstanın bəzi güc strukturlarının internet saytlarına o cümlədən aparıcı xəbər saytlarına daxil olmaq olmur. Buna səbəb Rusların Gürcüstana hərbi müharibəsi ilə yanaşı elektron müharibə də aparmasıdır. Hətta Azərbaycanın ən böyük xəbər saytı olan day.az`a da hücumlar olur. Səbəb isə day.az`da Gürcüstandan olan xüsusi xəbərlər kateqoriyasında mütəmadi olaraq Rusların hücumu barədə xəbərlər verilməsidir. Buna görə də day.az`a Rusiya hacker`ləri tərəfindən DDOS hücumları olur. Bu isə saytın fəaliyyətini yavaşladır. Elə mən bu sətirləri yazanda da day.az`a daxil olduqda, keçidlərə sıxanda gah səhifəyə daxil olmaq mümkün olurdu, gah olmurdu.
Bundan başqa oxuduğum blogda başqa bir məlumatlada qarşılaşdımki hücumlara məruz qalan sayt təkcə day.az deyilmiş.

Novosti.az

Newsazerbaijan.ru


Bu iki rus dilli xəbər saytlarında da daxil olmaqda problemlər yaşanır. Adı çəkilən ilk sayta tamamilə daxil olmaq mümkün deyil. İkinciyə daxil olduqda isə "Welcome to nginx!" yazısı ilə qarşılaşdım.

P.S. Hesab edirəmki bütün bu baş verənlərdən belə nəticə çıxarmaq olarki, Azrəbaycanla Ermənistan arasında ola biləcək müharibə zamanıda bütün bunlar təkrarlana bilər. Həm siyasi həm də elektron müharibə. Elə məhz bu halda Rusiya da yenə müharibəyə qarışar.



Subscribe      Qaynaq - Oxatan.

Tags: day .az hacker ddos

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Gürcüstanda müharibə və internet.
  • Wap.xana.az - wap 2
  • Orta statistik internet istifadəçisinin sevimli saytların ...
  • ".Com" dan artıq bezmisiniz?
  • Statistika sistemlərimiz
  • #1 yazdı: Анна




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Интересный пост smile
    sitat gətir    

    #2 yazdı: Emin




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Əmin edə bilərəm ki, bu, hücum deyil

    Sadəcə rusiya internet istifadəçiləri, rus KİVlərin birtərəfli şərhlərindən bezib, daha obyektiv məlumat axtarırlar,

    Regionda, qaynar nöqtəyə ən yaxın olan bizik, ona görə Azərbaycan saytlarına daha çox müraciətlər var.

    Məsələn, allahın mətbuat.info su dünən bir neçə min istifadəçi əldə etmiş olum (normalda 700-ü keçmir). Apa isə azı 7000 unikar ip qəbul edib.

    Düzdür, serverlər yüklənib, amma buna hücum demək olmaz, cünki hücumun qarşısını almaq olar, amma artmış oxucu sayının qarşısını çətin
    sitat gətir    

    #3 yazdı: aflatunus




    Qrup: Qonaq
    Qeydiyyat: --
    he.. xeberçiler dimişken: "pis xeber, yaxşı xeberdir"
    elbette, day.az her meseleden pr material kimi istifade elemeye çalışır, benzer mesele mail.ru counteri ile olmuşdu.
    sitat gətir    

    #4 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Emin
    Əmin edə bilərəm ki, bu, hücum deyil


    əslində bu cür aspektdən yanaşanda tamamilə düz fikirdi. əyani şahidliyim də varki jurnalistika sahəsində işləyənlər saytlarda olan nasazlıqları rahatca "hacker hücumu" adlanırmaq xoşlarına gəlir. sadəcə fikirləşirəmki hər halda day.az`da bunu eləməz. bəlkədə fikirləşməliyəmki elə məhz day.az bunu eliyə bilər. =). üstəlik nəzərə alınsaki Gürcüstanda fəaliyyət göstərən saytlarda da nasazlıqlar var və xəbəri sırf isti mənbədən almaq olmur. digər tərəfdən üçüncü ölkə kimi Azərbaycan saytından oxumaq daha məqsədə uyğundur.

    ancaq novosti.az`a hələdə daxil ola bilmədim....


    sitat gətir    

    #5 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    Salam Oxçu! Novosti.az və Newsazerbaijan.ru eyni saytın müxtəlif domenləridir. Bloqda yazımı yazanda mən bunu bilmirdim, indi gördüm ki iki domenin ikisində də eyni səhifə açılır. Ayın 11-ə aid saytın arxivində belə bir xəbər var:

    Уважаемые читатели!
    На сайте проводятся плановые профилактические работы.
    Приносим извинения. Доступ к сайту будет возобновлен в ближайшее время.

    Dear Readers,
    We apologize but work is currently being carried out on the site. Access will soon be restored.

    Mən elə başa düşdüm ki, bu sayt Rusiyanın RİA NOVOSTİ məlumat agentliyinə məxsusdur. Hər halda onu hack etməzlər, çaşıb etsələr də təbii ki, bu barədə məlumat verilməyəcək.

    Bloqumda tələsik yoxlanılmamış məlumatı yerləşdirdiyim üçün üzr istəyirəm.

    Lakin Azərbaycan saytlarına hakerlər tərəfindən hücumlar olubmuş. Bu barədə anspress də xəbər vermişdi ki, ansress.com saytına haker hücumlarının qarşısı alınıb.


    --------------------
    sitat gətir    

    #6 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    hə ANS saytından əlavə TV`də də məlumat vermişdi. Özüdə qarmaqarışıq verirlər xəbəri...
    sitat gətir    

    #7 yazdı: Anar Agayarov




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Bizimkiler hele de basha dushe bilmirler ki, hacker terefinden fealiyyeti dayandirlimasi hech de sayta bashucaligi getirmir eksine alcaldir. Amma buna baxmayaraq hackerlerden PR vasitesi kimi istifade edirler.

    Day.az bildirir ki, ona DDOS hucumu olub.
    DDOS hucumu serverin muraciete cavab vermesini engelleyir.
    Feget day.az'in bash sehifesinde sabit metn elani var idi. demeli server muraciete cavab vere bilir ki, biz bu metni gore bilirik.

    "Dayaz" (yazlidigi kimi oxuyun) bununla oz seviyyesini numayish etdirdi. shuvenlik eden bozbash mugenniler kimi.
    sitat gətir    

    #8 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Anar Agayarov,
    iş orasındadırki PR kimi istifadə edirlər və buda istədikləri nəticəni verir. diqqəti özlərinə yönəldirlər.
    sitat gətir    

    #9 yazdı: Emin




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Day.az bildirir ki, ona DDOS hucumu olub.
    DDOS hucumu serverin muraciete cavab vermesini engelleyir.


    Düz buyurursunuz, eyni anda eyni serverdə olan digər saytlar normal açılırdı,
    Bu necə DDOs-dur ki yalnız xəbər saytına yönəlir??
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: