Oxatan.com > bAzNet > ilk10.com Web Directory
ilk10.com Web DirectoryAvqust 10. Разместил: Shaig M |
|
Bu dəfə haqqında yazacağım sayt
ilk10-dur. Bu ilk10.az sayğac sistemi deyil, ilk10.com saytıdır. Düzdür əvvəllər elə ilk10.az`ın ilkin ünvanı ilk10.com olmuşdu. Uzun müddət bu adda fəaliyyət göstərmişdi. Ancaq sonradan sayt milli - .Az domainə keçdi. Bir müddət ilk10.com saytı fəaliyyətsiz qalsada artıq yenidən fəaliyyətdədir. Bu dəfə domain Elimizonline`ın tərkibində fəaliyyətdədir. Sayt isə kataloq olaraq fəaliyyətinə davam etdirir. Yalnış xatırlamıramsa bu kataloq əvvəl elimiz.com saytının tərkibində idi. İndi artıq müstəqil saytdır. Beta olaraq işə başlayan saytın güman ki, yenilikləri qabaqdadır. Mən bu məlumatı yazdığım zaman saytın 22 bölməsində 32 sayt qeydiyyatdan keçmişdi. Hər bölmənin adı kataloqda 3 dildə qeyd olunub.
Bu kataloqda saytı qeydiyyatdan keçirtdikdən sonra Kataloqda qeydiyyat zamanı saytın RSS URL`unu istəməsi isə məndə belə fikir formalaşdırırki gələcəkdə kataloqda saytlardan contentdə oxuna bilər. Bəlkə də Hər saytın xüsusi səhifəsi ola bilər. Burada sayt haqqında məlumatlar eyni zamanda saytın RSS ilə oxudulmuş contentləri. Hətta blograzzi kimi də formalaşdırmaq olar. Ümid edirəmki təsisçilər tərəfindən gələcək planlar barədə sirr olmayan məlumatlar verilər. |