Avqust 10
bAzNet : ilk10.com Web Directory
Bu dəfə haqqında yazacağım sayt
ilk10-dur. Bu ilk10.az sayğac sistemi deyil, ilk10.com saytıdır. Düzdür əvvəllər elə ilk10.az`ın ilkin ünvanı ilk10.com olmuşdu. Uzun müddət bu adda fəaliyyət göstərmişdi. Ancaq sonradan sayt milli - .Az domainə keçdi. Bir müddət ilk10.com saytı fəaliyyətsiz qalsada artıq yenidən fəaliyyətdədir. Bu dəfə domain Elimizonline`ın tərkibində fəaliyyətdədir. Sayt isə kataloq olaraq fəaliyyətinə davam etdirir. Yalnış xatırlamıramsa bu kataloq əvvəl elimiz.com saytının tərkibində idi. İndi artıq müstəqil saytdır. Beta olaraq işə başlayan saytın güman ki, yenilikləri qabaqdadır. Mən bu məlumatı yazdığım zaman saytın 22 bölməsində 32 sayt qeydiyyatdan keçmişdi. Hər bölmənin adı kataloqda 3 dildə qeyd olunub.
Bu kataloqda saytı qeydiyyatdan keçirtdikdən sonra
belə bir düyməciyi saytda yerləşdirmək lazımdır. Bundan sonra qeydiyyat olunmuş sayt kataloqa düşə bilər. Ancaq bu məsələyə bir balaca iradım olacaq. Bu tip kodu əksər sayt sahibləri öz saytlarında yerləşdirmək istəməyəcəklər. Çünki demək olarki bir funksiyası yoxdur. Məsələn əgər bu düyməciyə klikləyərək ilk10.com`a keçid olanda , keçid vermiş saytın papulyarlığı artsa idi və o əsas səhifəyə düşsə idi yada bu statistika ölçsə idi hər kəs etiraz etmədən yerləşdirərdi. Ancaq indi bunu bir çoxları yerləşdirmək istəməyəcəklər. Səbəb isə sadədir. Onlar fikirləşəcək ki, bu havayı reklamdır. Fikrimcə bu düyməciyin bir fəaliyyəti olsa daha yaxşı olardı. Hesab edirəmki buda daha saytın beta versiyada olması ilə əlaqədardır və yaxın zamanda bir yenilik olacaq.
Kataloqda qeydiyyat zamanı saytın RSS URL`unu istəməsi isə məndə belə fikir formalaşdırırki gələcəkdə kataloqda saytlardan contentdə oxuna bilər. Bəlkə də Hər saytın xüsusi səhifəsi ola bilər. Burada sayt haqqında məlumatlar eyni zamanda saytın RSS ilə oxudulmuş contentləri. Hətta blograzzi kimi də formalaşdırmaq olar. Ümid edirəmki təsisçilər tərəfindən gələcək planlar barədə sirr olmayan məlumatlar verilər.
Bu kataloqda saytı qeydiyyatdan keçirtdikdən sonra
Kataloqda qeydiyyat zamanı saytın RSS URL`unu istəməsi isə məndə belə fikir formalaşdırırki gələcəkdə kataloqda saytlardan contentdə oxuna bilər. Bəlkə də Hər saytın xüsusi səhifəsi ola bilər. Burada sayt haqqında məlumatlar eyni zamanda saytın RSS ilə oxudulmuş contentləri. Hətta blograzzi kimi də formalaşdırmaq olar. Ümid edirəmki təsisçilər tərəfindən gələcək planlar barədə sirr olmayan məlumatlar verilər.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.


|
Oxu atan: 