Oxatan.com » bAzNet » Gürcüstanda müharibə və internet.

Avqust 09

bAzNet : Gürcüstanda müharibə və internet.

Ustune dinqildat.

Bildiyimiz kimi Gürcüstanda hərbi əməliyyatlar başlayıbdı. Hətta yayılan məlumatlara görə Gürcüstan Silahlı Qüvvələri Tsxinvaliyə bütün perimetrlər üzrə nəzarət edir. Hər halda KİV`də müharibə haqqında xeyli məlumat əldə etmisiniz. Gürcüstanda başlayan müharibə bu internetə də təsirsiz ötüşməyibdi. Bu haqda olan məlumatlar barədə yazmaq istədim. Əvvəla günorta saatlarında yayılan məlumata görə Ermənistan internetsiz qalmışdı. Səbəb isə Gürcüstan ərazisindən keçən fibrooptik xəttin zədələnməsi idi. Ola bilsinki hərbi müdaxilələr nəticəsində olmuşdu.
Bayaq isə Anspress`də oxuduğum başqa xəbərdə isə gördümki "Google.Map internet saytından Gürcüstan, Ermənistan və Azərbaycanın xəritəsi çıxarılıb".

Saytda bu üç ölkənin xəritəsi əvəzinə ağ sahə əks olunub.
Google.Map internet saytından Gürcüstan, Ermənistan və Azərbaycanın xəritəsi çıxarılıb. Məlumatı «Komsomolskaya pravda-Ukraina» qəzeti yayıb. Məlumatda deyilir ki, bu, Rusiya qoşunlarının kəşfiyyat aparmasını əngəlləmək üçün edilib. Saytda bu üç ölkənin xəritəsi əvəzinə ağ sahə əks olunub.

Rusiya təyyarələri Ermənistan ərazisindən havaya qalxaraq, Gürcüstanın hərbi strateji obyektlərini bombalayırlar. Google Map`dan həqiqətəndə rahatlıqla bir sıra obyektləri rahat görmək olur. Ancaq başa düşdük ki, Gürcüstan ərazisini ağ rəngə boyayıblar. Burada olan bombalanmağa namizəd yerlər görsənməsin. Digər tərəfdən nəzərə alsaqki Rusiya təyyarələri Ermənistan ərazisindən havaya qalxır, buna görə də Ermənistanın ərazisini ağa boyayıblarki Gürcüstanda öz növbəsində xəritədən yararlana bilməsin. Ancaq Azərbaycan`ın məsələyə nə dəxli var o mənə qaranlıq qaldı. Məntiqi ardıcıllığa görə Rusiya əraziləri ağ rəngə boyanmalı idi. Çünki Ermənistandan qalxan təyyarələr onlara məxsusdur. Gürcülər bəlkədə ( buna ehtimal etmirəmki cürət etsinlər ) Rusiyada olan hansısa hərbi obyekti bombalamaq istəyə bilərlər. Ancaq Azərbaycan nə canlı qüvvə ilə, nə silahla, nə də ərazisini hüsum üçün açmaqla müharibədə iştirak etmir. Bəs niyə bizim ölkədə ağarıb Google Map`də bu mənə aydın olmadı...


Subscribe      Qaynaq - Oxatan.

Tags: internet war muharibe müharibə

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Day.az`a hücum
  • Aznet "haydan gəlib, huya gedir?" (və ya "Hardan gəlib, h ...
  • “Microsoft”un Azərbaycandakı nümayəndəliyinə ...
  • Facebook sosial şəbəkəsi azərbaycan dilinə t& ...
  • Runet məktublarının 90%-i spamdır
  • #1 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    Google maps-da Azərbaycanın Gürcüstanın və Ermənistanın xəritələri heç olmayıb da ki, onları çıxarsınlar. Yalnız peykdən çəkilmiş şəkillər var idi hansı ki, yerindəcə durub və heç hara çıxarılıb olunmayıb. Orda istənilən obyektə asanlıqla baxmaq olar, təbii ki, bu şəkillərin miqyasından asılı olaraq. Kənd və şəhərlərin şəkilləri isə, əsasən yüksək miqyaslı şəkillərdir. Adi xəritəyə baxıb bu cür şəkillərdə asanlıqla istənilən şəhərin və ya kəndin peykdən çəkilmiş şəklini tapmaq olar.


    --------------------
    sitat gətir    

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    düzü mən xəritəyə yox yalnızca peyk şəkillərinə baxmışdım. Bundan əvvəl xəritəmizin olub olmaması haqqında dəqiq bir bilgim yox idi. sadəcə gördüyüm xəbər ətrafında şərh elədim
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: