Oxatan.com > bAzNet > Azadlıq radiosu

Azadlıq radiosu


Avqust 05. Разместил: Shaig M
Ölkənin ən aparıcı radio dalğalarından olan "Azadlıq radiosu" internet saytının dizaynını dəyişib. Deyərdimki yeganə radiodurki internetin gücünü belə nəzərə alır. İnternet saytı üzərindən mütəmadi olaraq səsli, görüntülü və yazılı xəbərlər yayımlayırlar. Bir müddət olarki forumlarında bu barədə müzakirə edirdilər. Nəhayət dəyişiblər saytın dizaynını. Bu yay mövsümündə ikinci böyük saytdırki yeniləşmə edibdi. İlk olaraq APA informasiya agentliyi saytını və logosunu dəyişmişdi. Azadlıq radiosu logosunu dəyişmədi. Ancaq saytlarıda nəsə şablonu xatırlatdı mənə. Sanki sərbəstlik yoxdur. Fikrimcə əvvəlki də pis deyildi. İndiki dizayn Joomla filan kimi scriptlərin şablonlarını xatırladır. Ancaq ümidvaramki yeniləşmə xeyirli olsun.
Radionun internet ünvanları www.azadliq.org www.azadliqradiosu.az - dır.