Oxatan.com » bAzNet » Google PageRank

İyul 30

bAzNet : Google PageRank

Ustune dinqildat.

Bu yaxınlarda Google PageRank`ləri yenilədi. Bizim blogda 0-dan 3-ə qalxdı PageRank`ı. Ən azından 6 olar inşa Allah.
6 demişkən Aznetdə PR`ı 6 olan çox az domain var idi. Mən bir tək day.az və azerbaijan.az`ı bilirdim. Ancaq bu dəyişiklikdən sonra siyahımız bir az artdı. Bir xeyli domain 5 PR bəziləri də 6 PR oldu. Məndə istədimki birlikdə 6 və 5 PR olan domainləri sadalayaq. Əvvəla mən başlayım sonrada yada düşən və tapılanları şərhlərdə qeyd elərik.

PageRank`ı 6 olan domainlər:

www.day.az
azerbaijan.az
ilk10.az
trend.az
apa.az

PageRank`ı 5 olanlar ( bunlar daha çoxdur ):

aztv.az
itv.az
1news.az
lidertv.com
boss.az
turbo.az
box.az
bakililar.az ( bu domainin 6 olmaması məni təəccübləndirir )
xazar.com
wap.xana.az
open.az
mix.az
joy.az
musavat.com
ayna.az
525.az
baki.info
kataloq.net


Əlavə olaraqda kim 5 və ya 6 PR olan domain bilsə şərhlərdə qeyd eləsin. Mən də yenisi ilə rastlaşsam yazacam. Ancaq bu PR hesablamasında diqqətli olmaqda lazımdır. Bəzən subdomainlər domaindən daha çox PR`a sahib olur. Məsələn xana.az PR`ı 2 dir ancaq wap.xana.az`ın PR`ı 5-dir


Subscribe      Qaynaq - Oxatan.

Tags: google PR page rank domain subdomain

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • ".Com" dan artıq bezmisiniz?
  • Uğurlu satış
  • 65 min dollarlıq blog
  • ilk10.com Web Directory
  • Nəyimiz var?...
  • #1 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    PageRank-ınızın 3-ə qalxmağı münasibəti ilə sizi təbrik edirəm! Allah qoysa 6-7 olar! Mənim bloqumun PageRank-ı da 0-dan 3-ə qalxıb (yəni məni təbrik edin winked ))) ilk10.az doğrudan 6-dır? Halaldır!


    --------------------
    sitat gətir    

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Təbrik üçün təşəkkürlər. Məndə sizi təbrik edirəm, həmçinin PR`ınızın daha da yüksəlməsini arzu edirəm.
    Hə ilk10 da əvvəl ilk10.az/ru 6 idi. indi isə elə domainin özü 6 olubdu. Mən ancaq yuxarıda sadaladığım yüksək PR`lı domainləri bilirəm. Əgər bloglardan 5-6 PR`ı olan varsa bilmək istərdim.
    sitat gətir    

    #3 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    Azerinter.net saytının PageRank-ı 5-dir.


    --------------------
    sitat gətir    

    #4 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Maşallah, çox domainlərimiz yüksək PR`a qalxıblar
    sitat gətir    

    #5 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    Raufray bloqunun da PageRank-ı 5-dir.


    --------------------
    sitat gətir    

    #6 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Mbask sığorta şirkətinin saytıda 5 PR`a sahibdir
    sitat gətir    

    #7 yazdı: Rəşad Əliyev




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Page Rank-ı 7 olan saytlar
    www.president.az

    PageRank-ı 6 olan saytlar
    www.azerbaijan.az

    PageRank-ı 5 olan saytlar
    www.barcamp.az
    www.agf.az
    sitat gətir    

    #8 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    wooow həqiqətən də president.az 7 PR`a sahib imiş. aazerbaijan.az`ı yuxarıda məqalədə qeyd eləmişdim. ancaq barcamp`ı yeni açıldığını fikirləşib düzü yoxlamamışdım heç . fikirləşməzdim qısa zamanda bu qədər yüksək PR`a yiyələnə .
    sitat gətir    

    #9 yazdı: KoLGe




    Qrup: Qonaq
    Qeydiyyat: --
    PR hesablamasında sonuncu dəfə edilən dəyişiklikdən sonra nəsə gözdən yamanca düşməyə başladı PR. Çünki elə saytların PR yüksəldi və elə saytların PR-ı düşdü ki, insanlarda PR-nın artıq düzgün işləmədiyivi kimi fikirlər oyanmağa başladı.

    Mən PR yüksəldikcə əldə etdiyim fayda Google-da getdikcə ön sıralarda çıxmağımdır. Qrafika.az domainim də artıq 4-dür. Maarifləndirici bir sayt olduğunu düşünsək və PR 4 olması çox ürəkaçandır :D

    PR yüksəlməsi üçün SEO tətbiqi mütləqdir. Saytınızı elə formaya salmalısız ki, robotlar saytınızı rahatlıqla gəzsin dolaşsın. Heç yerdə olmayan, özünüzə məxsus tərkib olmalıdır, istifadəçi olmalıdır, sizdən daha yüksəsk PR-a sahib saytlarla dost link olmalıdır. Bütün bu sadaladıqlarım osla daha tez yüksələr PR-nız.


    P.S. Oxçunu bir neçə dəfə izləmişəm maraqlı tərkibi var. BU cür saytlar öndə olmalıdır ;) Faydalılığına görə dost link payşalımı edə bilərik. info@qrafika.az ünvanına yazın razı olsanız.

    Hörmətlə. Uğurlar.
    sitat gətir    

    #10 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    KoLGe,
    əslində PR`ın nə qədər doğru və ya yalnış işləməsindən asılı olmayaraq hər kəsə onun yüksək olması lazımdır. düzdür bəzən narazılıqlar çox olur amma yenə də axtarış üçün gərəklidir.

    P.S. Blogla bağlı fikirləriniz üçündə chox sağ olun. link paylaşımı təklifi uchun də təşəkkur. ancaq Oxatan`ın blog xarakterinə görə link paylaşımı nəzərdə tutulmayıbdır. ona gorə belə bir bölməmiz yoxdur.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: