Oxatan.com » bAzNet » Google özünə rəqib yetişdirib

İyul 30

bAzNet : Google özünə rəqib yetişdirib

Ustune dinqildat.

Rabita.az saytında oxudumki yaxın günlərdə bir axtarış sistemi aha açılıbdı.

Ümumdünya internet şəbəkəsində daha bir axtarış sistemi artıb. İyulun 28-dən, Google şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılmış,  Cuil adlanan axtarış sistemi işə başlayıb. Yaradıcılar əmin edirlər ki, yeni axtarış sistemi 120 milyarddan ibarət ən böyük indeksləşdirilmiş resurslar bazasına malikdir. Ekspertlər, yeni layihənin bazar liderlərini sıxışdırma şanslarını bədbinliklə qiymətləndirirlər.

Yeni Cuil.com axtarış sistemi, Google şirkətinin bir qrup keşmiş əməkdaşları – Tom Kostello, onun həyat yoldaşı Anna Peterson, Rassel Paurer və Lui Monye tərəfindən yaradılıb. Sözügedən axtarış sisteminin indeksində 120 millyard səhifə mövcuddur. Bu da Cuil təsisçilərinin qiymətləndirməsinə görə, Google bazasından üç dəfə çoxdur.

Yeni axtarış sisteminin xüsusiyyətləri arasında, onu rəqiblərindən fərqləndirən dizayn və tematik kateqoriyalar üzrə axtarışın olmasıdır.

Cuil yaradıcıları öz layihələri üçün yatırım qoymaq istəyənləri artıq tapıblar. Hazırda onlar, təzə yaradılmış şirkətlərinə 33 milyonluq yatırım cəlb edə biliblər. Şirkət, axtarış nəticəsində kontekst reklamının yerləşdirməsi hesabına qazanc əldə etmək niyyətindədir.

Cuil yaradıcıları, axtarış sistemi tərəfindən indeksləşdirilmiş səhifələrin miqdarına əhəmiyyət verirlər. Onlar ciddi olaraq saytlar bazasını artırmaq niyyətindədirlər. Hazıda “Yandeksin” bazası 4.5 milyard (bunlardan 1 milyardı əcnəbi dillərdədi), Gogo-nun (Mail.ru portalına məxsusdur) bazası isə 3.3 milyard səhifədən ibarətdir.

Mail.ru portalının vitse-prezidenti və eyni zamanda marketinq üzrə direktoru xanım Anna Artamonova hesab edir ki, bazarda hansısa bir mövqe tutmaq üçün, Culi təsisçilərinə xeyli vaxt və maliyyə vəsaitləri lazım olacaq.


Ancaq bir az axtarış eləyəndən sonra baxdımki bu google`un əlinə su da tökməyə yaramaz. Hər iki sistemdə də Oxatan.com axtardım. Google da axtaranda 3310 nəticə tapıldı. Cuil`də axtaranda isə cəmi 190. Hər halda nə dərəcədə bazarda yer tutacağı sual altındadır. İndi axtarış bazarında Google, Yahoo, Live, Aol müvafiq ardıcıllıqla yer tuturlar. Görək Cuil bu sırlamaya daxil ola biləcəkmi...


Subscribe      Qaynaq - Oxatan.

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Microsoft Yahoo! axtarışına 1 milyard dollar təklif edi ...
  • Google axtarış bazarındakı yerini möhkəml< ...
  • Google Yahoo üstündəki üstünlüyünü ...
  • Yahoo! Microsoft-la əməkdaşlığa hazırdı
  • Nokia və google iş birliyi
  • #1 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    Salam! Mən də bu axtarış sistemində öz bloqumu axtardım, yalnız qeydiyatda olduğum sayqac sistemlərini tapdı. Məncə də hələ xeyli vaxt lazımdır ki Google-yə çatsın. Sayt əlavə etmək üçün səhifəsi də yoxdur ki, "mən də varam" deyə xəbər edək.((( Amma dizaynı xoşuma gəldi.


    --------------------
    sitat gətir    

    #2 yazdı: TXB




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Dizayni zordu, ozu ise zaydi, yandex bundan cox tapir

    --------------------
    AzNet in ilk axtaris sistemi: axtar.txbaz.net
    sitat gətir    

    #3 yazdı: Fərhad




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Heç dizaynı da yoxdur. Bu nədir? Web 2.0 olmağı axtarış sistemi üçün nə qədər əlverişlidir bilmirəm amma oyuncağa oxşayır.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: