Oxatan.com » TaxNo » Kirlənəndə xəbər verən klaviatura

İyul 20

TaxNo : Kirlənəndə xəbər verən klaviatura

Ustune dinqildat.

 London universitetinin xəstəxanasında çalışan alimlər kirləndiyi zaman xəbərdarlıq edən klaviaturaların hazırlanması ideyası ilə çıxış ediblər. Mikrobioloq doktor Peter Vilson klaviaturanın yaradılmasında müstəsna rola malikdir. Çünki onun apardığı araşdırma nəticəsində bəlli olub ki, bir klaviaturadakı mikrobların sayı unitazdakı mikrobların sayından 5 dəfə çoxdur. Bir ofisdə istifadə edilən bilgisayarın klaviaturasından alınan örnəklər götürən Vilson bildirib ki, ofis işçilərinin xəstələnməsinin və ya mədə iltihabı ilə qarşılaşmasının əsas səbəbi klaviaturalardır. Rəhbərliyi altında çalışan həkimlərin və tibb bacılarının müayinədən əvvəl əllərini yumaları üçün xəbərdar etdiyini söyləyən mikrobioloq tibbi personala infeksiyaların klaviaturalardan keçdiyini düşünür. Belə infeksiyalar əllərdən bədənin digər hissələrinə keçir. Buna görə də tibb işçilərindən klaviaturalara toxunduqdan sonra mütləq əllərini yumaq tələb edilir. Mikrobioloqların araşdırmaları 12 saatdan bir təmizlənməyən yeni model klaviaturalarda bakteriya səviyyəsinin "P" (3,14) olduğunu göstərib. İnfeksiyaların yayılmasında klaviaturanın düymələri daha çox rol oynayır. Yeni klaviaturada isə düymələrin altında gizlədilmiş sensorlar var. Amerika şirkəti "Advanced Power Components" tərəfindən istehsal edilən klaviaturada bir-birinə birləşdirilmiş və 3 - 12 saatdan bir xəbərdarlıq siqnalı verən işıqlı xəbərdaredici sistem mövcuddur. Klaviaturanın üstü bakteriyaların inkişafının qarşısını almaq üçün xüsusi hipoallergenik materiallar ilə örtülüb.


Subscribe      Qaynaq - Həftə içi qəzeti.

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Kompüter kibordları tualetdən də çirklidirlər
  • Uşaq satılır: 1 avroya
  • Facebook öz şəbəkəsinin rus dilli versiyasın& ...
  • Google özünə rəqib yetişdirib
  • İT Sosial şəbəkə açıblar
  • #1 yazdı: LagLagi




    Qrup: İstifadəçi
    Qeydiyyat: 16.07.2008
    Buna ehtiyac yoxdu . heftede bir defe normal silinse hec bir prablem olmaz.

    kulublardaki klaviaturalarin ne gundedi onda : ))))))
    sitat gətir    

    #2 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    Məncə də ehtiyac yoxdur. Hazırda artıq daha müasir, düyməsiz klaviatura layihələri var hansı ki, daha maraqlı və gigiyena cəhtindən də daha təmizdirlər.)) Məsələn Artemiy Lebedev Studiyası tərəfindən hazırlanmış konsept.


    --------------------
    sitat gətir    

    #3 yazdı: TXB




    Qrup: Qonaq
    Qeydiyyat: --
    ehtiyac yoxdur. fellow

    --------------------------

    AzNet in ilk axtaris sistemi: axtar.txbaz.net[/s]
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: