Oxatan.com > bAzNet > Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur
Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunurİyul 14. Разместил: Shaig M |
|
Mincom.gov.az `dan belə bir məlumat əldə etdimki dünyanın ən papulyar sosial şəbəkələrindən olan Facebook Azərbaycan dilinə tərcümə olunur. Əvvəla xəbəri oxuyun:
Facebook – ümumdünya sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur. Bu bərədə məlumat verən, könüllü tərcüməçilərdən biri Turxan Kərimov qeyd edib ki, hazırda bütün saytın tərcümə işləri başa çatmaq üzrədir. Şəbəkənin azərbaycan dilinə tərcüməsi nəticəsində saytda, ingilis dilini bilməyən azərbaycanlı istifadəçilərinin sayı artacaq, 1news yazır. Qeyd edək ki, hazırda Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb. 2004-cü ildən fəaliyyət göstərən Facebook sosial şəbəkəsi uzun zaman MySpace-dən sonra qlobal şəbəkədə istifadəçi sayına ikinci yerdə olub. Lakin cari ilin aprel ayında hər iki resursun istifadəçi sayı bərabər, yəni 115 milyon istifadəçi təşkil edib. Ancaq niyəsə xəbər mənə bir az qeyri ciddi təsiri bağışladı. Əvvəla şəbəkənin rus dilli versiyası çox yaxın zamandırki hazır olubdu. Yəni Rusiya kimi, rus dili kimi böyük auditoriyanı belə gec nəzər alan Facebook, Azərbaycan dilini çətin bu tezliklə nəzərə ala. Xəbərdən də görsənirki bunu istifadəçilər tərcümə eləyib yollayacaqlarki saytda yerləşdirsinlər. Ancaq inanılası deyilki Facebook kimi bir şirkət dili redaktə etmədən, mütəxəsislərə göstərmədən saytda yerləşdirsin. Mən də inanmıramki, Azərbaycan dili üzrə onlarda mütəxəsis ola. Yəni yəqinki Facebook`u yaxın zamanlarda Azərbaycan dilində görməyəcəyik. |