Oxatan.com » bAzNet » Planetimizin ən populyar əməliyyat sistemləri

İyul 10

bAzNet : Planetimizin ən populyar əməliyyat sistemləri

Ustune dinqildat.

Təhqiqatlar aparan Net Applications şirkəti maraqlı məlumatlar təqdim edib. Sən demə, hamı tərəfindən yaxşı tanınan Windows Vista əməliyyat sistemi, bütün dünya kompüterlərinin 16.14 faizində qurlaşdırılıb.
Bu göstərici yeni istifadəyə verilmiş əməliyyat sistemi üçün heç də pis deyil. Lakin bu rəqəm, sözügedən əməliyyat sisteminin yayılması üçün şirkətin göstərdiyi səylər qarşısında müqaisə edilməz dərəcədə azdır. Özünüz müqaisə edin – liderliyi hamı tərəfindən sevilmiş, planetimizin 71.2% kompüterlərini əsarəti altında saxlayan Windows XP əməliyyat sistemi edir.
Çoxlarının unutduğu, 2.11% kompüterin əməliyyat sistemi olan Windows 2000 hələdə mövcudluğunu davam etdirir. Softver nəhəngi ilə apardığı mübarizəyə baxmayaraq, Linux əməliyyat sistemi sevənlərin sayı 1 faizə çatmır. Onların miqdarı çox sadə – 0.88% rəqəmi ilə kifayətlənir. Gözlənilməz olsa da, lakin faktdır ki – Aplle tərəfindən hazırlanan əməliyyat sistemlərinin populyarlığı artmaqda davam edir. İndi bu göstərici ümumi bazarın 7.94 faizini təşkil edir.


Subscribe      Qaynaq - RİTN MHM.

Tags: linux windows apple Net Applications

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Windows XP-nin ömrü 2 il uzadıldı
  • Nokia Windows Mobile´dan istifadə etməyəcək
  • 2008-ci ilin sonuna kompüter viruslarının sayı 20 milyo ...
  • Nokia və google iş birliyi
  • İnternet Explorerin populyarlığı 6 ay ərzində ...





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: