Oxatan.com > CızmaQara, bAzNet > Porno saytları mediaya artıq tez-tez çıxmağa başlayır
Porno saytları mediaya artıq tez-tez çıxmağa başlayırİyul 09. Разместил: Shaig M |
|
Son zamanlarda porno sektoru haqqında xüsusilədə uşaq pornosu haqqında çox danışılır. Əslində çox gec danışmağa başlayıblar. AzNetdə sıx rast gəlinməsədə amma Azərbaycanın wap saytlarının əksəriyyətində 18+ və ya xxx club və ya nə bilim buna bənzər bölmələri görmək çox adi hal alıbdı. Reytinq`i qaldırmağın çox asan yolunu seçən sayt sahibləri istəklərinədə nail olurlar. Bu mövzuya bundan əvvəl bir ox atmışdıq. Elə ona görə də bu dəfə sözümü çox uzatmayacam. Əvvəla ötən yazımıza baxmaq fikrimizi çatdırmağa kifayət elər. Sonrada indiki yazımızın səbəbini deyim ki, xəbər saytlarından birində qarşıma çıxan bir yazını sizin də nəzərinizə çatdırmaq istəyirəm.
Ölkədə idarə olunan porno saytların sayı 1000-ə çatıb. "Gənc Liderlər" Uşaq Təşkilatının İdarə Heyətinin növbəti toplantısı keçirilib. İclasda çıxış edən təşkilatın sədri Fərid Şahbazlı Azərbaycan gənclərinin və uşaqların mənəviyyatının ciddi təhlükə altında olduğunu diqqətə çatdırıb. Bildirib ki, təşkilatın apardığı araşdırmalar zamanı son bir ildə ölkəmizdə idarə olunan porno saytların sayı 1000-ə çatıb. Son vaxtlar bu cür saytların "vap" internet proqramı vasitəsilə mobil telefonlara da yol açmasını daha ciddi problem sayan Fərid Şahbazlı bütün bunları nəzərə alaraq bu cür saytların heç bir maneəsiz fəaliyyətinə virtual məkanda sərbəstliyin olması kimi bəhanələrlə son verilməməsini qətiyyətlə pisləyib. Təşkilat sədri nazirlikdən uşaq pornoqrafiyasını, zorakı porno görüntüləri yayımlayan saytları ləğv etməyi tələb edib. |