Oxatan.com > CızmaQara, bAzNet > Firefox 3 Ginnessin rekordlar kitabına düşüb
Firefox 3 Ginnessin rekordlar kitabına düşübİyul 08. Разместил: Shaig M |
|
Mozilla Firefox brauzeri 24 saat ərzində 8 milyon 2 530 dəfə yüklənilib.
Mozilla Firefox 3 bruzeri, buraxılmasından sonra sutka ərzində proqramın yükləmə sayına görə dünya rekordunu müəyyən edib. Bu brauzer 24 saat ərzində 8 002 530 dəfə yüklənilib. Bu göstərici Ginnessin rekordlar kitabında qeyd olunub. Ginnessin rekordlar kitabını təmsil edənlər, yükləmə miqdarını iki üsulla sayıblar. Birincisi, onlar Mozilla-nın statistikasından məlumat alıblar. İkincisi isə, yükləmələrin qeyd olunduğu serverlərdən götürülən məlumatları əsas tutublar. Son məlumata görə, Mozilla Firefox 3 brauzeri 28 milyon dəfə yüklənilib. Mozilla Firefox brauzerinin əvvəlki versiyası çıxışından sonra birinci sutka ərzində cəmi 1.6 milyon dəfə yüklənilmişdi. Mozilla Firefox 3 üzərində çalışmalar 2006-cı ilin sonunda başlanılıb və brauzerin koduna 15 mindən çox dəyişiklik edilib. Ötən versiya ilə müqaisədə təzə versiya onlarla yeni funksiyaya malikdir. |