Oxatan.com » bAzNet » İT Sosial şəbəkə açıblar

İyul 01

bAzNet : İT Sosial şəbəkə açıblar

Ustune dinqildat.

Yenidən kompüter arxasında oturub yazmaq imkanına sahib olmaq təsəvvür etdiyimdən daha yaxşı bir hiss imiş. Bütün oxucuların bura mənim şəxsi həyatımdakı problemləri oxumağa gəlmədiyini çox yaxşı bilirəm, odur ki, əgər yazmağa başlamışamsa gərək nəsə yeni bir xəbər verim. Düzü budəfəki xəbərim elədə təəcübləndirici bir yenilik barəsində deyil. Sadəcə yeni açılmış bir sosail şəbəkə barəsində məlumat verəcəm. Bu sosial şəbəkənin "aznet"lə də o qədər əlaqəsi yoxdur, sadəcə bu yaxınlarda əlimə keçən birr press relizdir. Daha konkret desəm "Cisco"nun Azərbaycandakı flialının yaydığı bir məlumat. Birinci əldən məlumatı daha aydın anlamaq mümkündür fikrimcə. Maraqlıdırsa oxuyun... Fikrimcə isə bu sizə o vaxt maraqlı olar ki, siz ingilis dilindən baş çıxara bilirsinizsə. Belədə siz təcrübə paylaşa bilərsiniz.

CISCO SOSİAL TƏDRİS ŞƏBƏKƏSİNİ YARATMIŞDIR

Azərbaycandan və digər ölkələrdən olan İT-mütəxəssislər üçün

Dünyanın istənilən nöqtəsində peşəkar texniki mütəxəssislərin hazırlanmasını sürətləndirmək üçün hazır olduğunu daim nümayiş etdirən Cisco şirkəti tədris şəbəkəsini - Cisco Learning Network (www.cisco.com/go/learnnetspace)– yaratmışdır. Şəbəkəyə dünyanın istənilən ölksindən olan müxətəssislər, o cümlədən də Azərbaycandan qoşula bilərlər.
Həm təcrübəli peşəkarlar, həm də informasiya texnologiyaları sahəsində çalışmaq niyyətində olan yeni mütəxəssislər üçün nəzərdə tutulmuş sözügedən şəbəkə müxtəlif ölkələri təmsil edən şəbəkə mütəxəssislərinə bir-biriləri ilə ünsiyyət qurmağa, sənəd mübadiləsi aparmağa və müxtəlif məsələ və fikirləri öz peşəkar mühitlərində müzakirə etməyə imkan verən Web 2.0 birliyinin formalaşması üçün bir mərkəzə çevriləcək.
Tədris şəbəkəsinin yaradılması ilə eyni zamanda Cisco şirkəti mütəxəssislərin “associate” dərəcəsindəki sertifikatlaşma proqramını da təkmilləşdirdi. Hal-hazırda bu dərəcəli mütəxəssislər üç ayrı kateqoriyalar üzrə sertifikat alacaqlar: CCNA Security (təhlükəsizlik), CCNA Voice (səs rabitəsi) və CCNA Wireless (simsiz texnologiyalar). Sözügedən sertifikatlaşmalar CCNA (Cisco Certified Network Associate) tədris proqramını genişləndirəcək və mütəxəssislərə müasir yüksək texnologiyalı şəbəkələrin əsasını təşkil edən konvergent həllər ilə uğurla işləmək imkanını verəcək.
Cisco Learning Network adi sosial şəbəkənin bütün cəhətlərinə malikdir. Şəbəkə çərçivəsində mütəxəssislərə onları maraqlandıran məsələləri müzakirə etməyə və şəbəkələrin layihələşdirilməsi, tətbiqi və istismarı sahəsində çalışan aparıcı ekspertlər ilə birbaşa əlaqə yaratmağa imkan verən bloqlar, vikilər və forumlar mövcuddur. Nəticə etibarılə, kadrların tədrisi sahəsində Cisco şirkətinin apardığı fəaliyyəti dəstəkləyən və şirkətə texniki mütəxəssislərlə etibarlı əks əlaqəni təqdim edən mütəxəssislər birliyi yaranmaqdadır. Bu düzgün qiymətləndirmə və korporativ strategiyanın təkmilləşdirilməsi üçün çox vacibdir.
Sənədlərin mübadiləsi funksiyası Cisco-nun tədris şəbəkəsini məhsul, konfiqurasiya və diaqnostika üzrə peşəkar sənədləşmənin vahid mənbəyinə çevirməlidir. Bundan əlavə, sözügedən şəbəkə vasitəsilə istifadəçilər ən mürəkkəb şəbəkə problemlərini həll edə biləcək ən yaxşı mütəxəssislər ilə əlaqə yaratmaq imkanını əldə edəcəklər. Peşəkar şəbəkə birliyi inkişaf etdikcə, o, İT-mütəxəssislərin məhsuldarlığını artıracaq və onlara şəbəkədə olan problem və nasazlıqları daha tez aradan qaldırmağa yardım edən mühüm bir resursa çevriləcək.


Subscribe      Qaynaq - Oxatan.

Tags: cisco sosial şəbəkə community İT

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • "BarKamp Azərbaycan 2008"- qeyri-Konfransına qeydiyyat baş ...
  • Barcamp Azərbaycan
  • Barcamp`a 1 həftə qaldı.
  • Ümumdünya internet-fəəlakətin qarşıs ...
  • Yandex Yahoo şirkətinə məxsus olacaq?





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: