Oxatan.com » bAzNet » Təhlükəli saytlar...

İyun 08

bAzNet : Təhlükəli saytlar...

Ustune dinqildat.

Yeni(dən) fəaliyyətə başlamış bloglarımızdan birində ( maklayaq.blogspot.com ) internet saytlarındakı təhlükəsizlik məsələsinə aid bir yazı oxudum və Oxatan istifadəçiləri ilədə paylaşmaq istəyirəm.
Dünyanın qabaqda gələn təhlükəsizlik firmalarından McAfee tərəfindən edilən araşdırmaya görə, internetdə "surf" etmək istəyənlər üçün Hong Konga aid və ".hk" ilə bitən saytlar "ən təhlükəli saytlar" olaraq təyin olundu.
Araşdırmaya görə ".hk" ilə bitən bütün saytların yüzdə 19,15i "istifadəçilər üçün risk faktoru" daşıyır. Çinə aid ".cn" ilə bitən saytların isə yüzdə 11,76-sıı istifadəçilərin fərdi məlumatlarına ya da kompüterlərinə zərər verə biləcək xüsusiyyətdədir.
Çini yüzdə 7,72 ilə Filipin izləyir. Finlandiyənin ".fi" ilə bitən saytları yüzdə 0,05 ilə "ən etibarlı" sahə olarkən onu yüzdə 0,13 nisbət ilə ".jp" ilə bitən Yaponiyaya aid saytlar izləyir. Yaponiyanın ardından 0,15 nisbətlə Norveç gəlir.
McAfee, inkişaf etdirdiyi "SiteAdvisor" texnologiyası ilə 265 ölkədən müxtəlif uzadılmalara sahib təxminən 10 milyon ədəd sıx trafikə sahib saytı araşdırır.
Araşdırmada saytların "adware", "spyware", "virus", "spam", "pop-ups" (avtomatik açılan səhifələr), skaner səhvlərini istifadə etmə ya da digər təhlükəli olaraq xarakterizə edilən saytlara istiqamətləndirilməsini dərəcələndirilir.
McAfeenin araşdırmasına görə keçdiyimiz il cib telefonu melodiyası, ekran qoruyucu kimi ödənişsiz proqram verən saytların böyük hissəsində, proqramların içərisinə gizlənmiş müxtəlif "trojan atları" və viruslar təsbit edildi.


Subscribe      Qaynaq - Maklayaq.

Tags: sayt virus trojan

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • 2008-ci ilin sonuna kompüter viruslarının sayı 20 milyo ...
  • Google ilə goolag
  • Porno saytları mediaya artıq tez-tez çıxmağa ba ...
  • İnternet təhlükəsizliyi üçün ən b&# ...
  • Spamın 15 yaşı tamam oldu
  • #1 yazdı: Rəşad Əliyev




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Salam, sizinle hech cur elaqe saxlaya bilmirem, isterdim ki Azerbaycanin aktiv blogeri kimi siz de bu konfrans-da ishtirak edesiz.

    http://www.aliev.info/aliev-blog-notes-21.06.2008-36.html
    sitat gətir    

    #2 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: Rəşad Əliyev
    sizinle hech cur elaqe saxlaya bilmirem


    Salam,
    ümumiyyətlə bu ay ərzində passivlik nümayiş etdirdik. ( imtahan sezonu ilə əlaqədar olaraq )
    İnşa Allah qeyd edilən konfranslada maraqlanıb uyğun şəraitin yaranacağı təqdirdə iştirak etmək istərdik...
    sitat gətir    

    #3 yazdı: Rəşad Əliyev




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Salam,
    chox sevindim, Inshallah Imtahani ughurla basha vurarsan.
    ve men chox isterdim ki Azerbaycanda en aktiv logger kimi sen de BarCamp-da ishtirak edesen.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: