Oxatan.com > Mənə nə?, bAzNet > Evsiz adam milyoner adı altında tanışlıq saytında 100 min dollar əldə edib
Evsiz adam milyoner adı altında tanışlıq saytında 100 min dollar əldə edibİyun 08. Ðàçìåñòèë: Shaig M |
|
Associated Press agentliyinin verdiyi məlumata əsasən, amerikalı evsiz adam özünü milyaner kimi təqdim edərək, 13 qadından 100 min dollara yaxın pul götürüb.
Çərşənbə günü 50 yaşlı Pol Krüger, dələduzluq və oğurluq faktında günahkar bilinərək məhkəmə qarşısında durub. Belə ki, Krüger gələcək qurbanlarını millionairematch.com milyonerlərlə tanışlıq saytında tapırmış. İnternetə evsiz adam özünün noutbuku vasitəsi ilə daxil olurmuş. Bu fırıldaqçı qadınlara özünü, “Qremmi” mükafatı laureatı və mediamaqnat kimi təqdim edərək, onlardan CD və DVD buraxılması üçün yeni layihənin işə düşməsi məqsədilə maliyyənin lazım olduğu bildirmişdir. Düzgünlüyünü sübüta yetirmək üçün Krüger gələcək səhmdarlına özünün mövcud olmayan biznesinin gəlirləri haqda hesabatı göstərirmiş. Aldanılmış qadınlar “mediamaqnata”, onun keçmiş həyat yoldaşının ünvanına qəbzlər gödərmişdilər. Keçmiş həyat yoldaşının cinayətkarla əlbir olması haqda məlumat yoxdur. Polis Krügeri həbs edərkən, onun cibində cəmi 1 dollar 28 sent pul var imiş. Əldə etdiyi pulları evsiz adam əyləncəli oyunlara xərcləyib. |