İyun 02
bAzNet : Turş-məzə lüğət
Bu turşməzə bizim dilimizdəki qarşılığıdır. Türk qardaşlarımız buna
ekşi deyirlər. Üstəlik bunun lüğətini də düz-qoş ediblər, olub ekşi sözlük. Bu gün webxana`ya baxanda öz aramızdı deyə bir link gördüm. Clickləyib baxanda isə tanış bir protatiplə qarşılaşdım. Bu həmin o türk qardaşlarımızın ekşi sözlüyünə bənzər bizim yerli turş-məzə lüğətimiz imiş. Uğur olsun deyək. Saytın domaini Fanat.az olaraq gördüm. Bu adın nəmənə bir əlaqəsi olduğu haqqında isə bir fikir yeridə bilməyəcəm. Elə mənədə maraqlıdırki bu fanatlığın, lüğətlə nə əlaqəsi var? Əsas bunu öyrənmək istərdim. Ancaq tərtibat olaraq demək olarki tamamilə bənzədiblər və uğurlu alınıbdı. Yeni olduqlarına görə çox sözün turş qarşılığını tapmaq çətindir, bu problemidə zaman həll edər yəqinki...
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.




