May 09
Oxu atan: oxatan | Baxılıb: 169 | Bölmə: bAzNet

Sizə kimdən deyim, nədən danışım, biri var imiş biri yox imiş internet reklam var imiş.
Bu internet reklam deyilən zad Aznetdə elə gah varmış, gah yoxmuş kimi
bir təəssürat yaradır. Hazırda internet reklamın “barını” əsasən
AzRunet yeyir. Bu yaxınlarda bu AzNet termini üzərində baş
sındırdıqlarını
eşitdim. Sən demə
forumların birində
əməlli başlı bu barədə baş sındırıblar. Amma AzNetin yalnız
Azərbaycandilli resurslardan ibarət saytlar icması olduğunu hesab etsək
(əslində bu AzNet məsələsi qurdaladıqca uzanan bir məsələ olduğundan
mən mətləbdən uzaqlaşmamaq üçün çox qurdalamadım) onda bu reklam
məsələsi AzNet üçün əsl problemdir. (biraz uzun-uzadı oldu,
ətraflıdan oxuyun)
Tags: reklam, internet, google, adsense, statistika, statictic
Ətraflı
May 08
Oxu atan: oXchu | Baxılıb: 152 | Bölmə: bAzNet

Hər zaman alış - satış xəbərlərini xarici internet saytlarından çatdırırıq. Bu dəfəki xəbərimiz isə öz resurslarımız haqqında olacaq. Əvvəlcədən satışı təbrik edirəm.
Eşitdiyimə görə Azərbaycanın wap saytlar arasında ən qocamanı və ən papulyarı olan
wap.xana.az saytı öz hissələrindən satıbdı. Deyilirki bəs saytın 30 %-i satılıbdı. İlk vaxtlar xana fəaliyyətə başlayanda o zaman üçün rəqibi
tel.az saytı idi. Ancaq sonrada tel.az saytı Smsnet.az`a satılmışdı səhv etmirəmsə. Bu satış isə təqribi yadımda qaldığı qədərilə 25 min dollar idi. İndi isə xana 30% hissəsini vaxtı ilə tel.az`ın satıldığı ümumi məbləğdən daha baha satıldığı deyilir. Bu isə kifayət qədər uğurlu satışdır fikrimcə. Əslində mən tel.az`ın o vaxt üçün baha satıldığı qənaətində idim. O vaxtı bir o qədərdə çox ziyarətçisi yox idi. Yəni satıldığı məbləğə dəyər ziyarətçi cəhətdən deyirəm mən. Ancaq indi xana fikrimcə tam öz dəyərinə satılıbdı. Bundan sonrada uğurlar olsun sayta.
Tags: wap xana tel az
Ətraflı
May 08
Oxu atan: oXchu | Baxılıb: 102 | Bölmə: bAzNet

İnternetdə gördüyüm növbəti yeni proyekt isə film həvəskarları üçün sevindirici olacaq. Analoqları xarici internet məkanlarında çox olmasına baxmayaraq bizim internet məkanında xüsusilə də Azərbaycan dilində yox idi. Söhbət filmlər haqqında olan saytdan gedir. Bu boşluğu müəyyən qədər doldura biləcək sayt isə
Kinozal.az saytıdır. Saytda həm son kino xəbərləri verilir, həm çəkilmiş son filmlərdən məlumatlar yer alır. Ölkədəki kino sənayemizin də elə internet sənayesi kimi zəif inkişafını nəzərə alsaq saytı qənaətbəxş hesab etmək olar. Bizdə axı həftə sonları hansı kinoteatrda hansı filmin olacağı, bunlara bilet almaq imkanları təşkil etmək müşkül məsələdir. Olan - qopan bir normal fəaliyyət göstərən kinoteatrımız varki sadaladıqlarımız saytda olsa belə çox az məlumat ala biləcəyik. Ancaq film həvəskarları üçün yenədə bir xeyli məlumatı çatdırmağa çalışıblar. Mənim xoşladığım əsas isə həmin gün TV`də veriləcək filmlər barədə yazmaqlarıdır. Qısaca olaraq saytdan kino ilə maraqlananlar xeyli məlumat əldə edəcəklər.
Tags: kino cinema kinozal .az
Ətraflı
May 08
Oxu atan: oXchu | Baxılıb: 165 | Bölmə: bAzNet

Bu
Netty`nində ona xeyri olur milli resurslarımızdan tanımadıqlarımızı tanıyırıq, bilmədiyimiz saytları görürük. Növbəti marağıma səbəb olan saytlardan biri
Namazvaxti.info saytı oldu. Saytda Azərbaycanın bölgələrinin hər birindəki Namaz vaxtlarını öyrənmək olur.Müsbət cəhəti də yalnız Bakı üçün deyil bütün regionlar üçün təqvimin olmasıdır. Bu cür servisləri əsasən paytaxt saatına görə və ya böyük şəhərlərə görə tərtib edirlər. Burada isə bütün digər rayonlarda əhatə olunur. Sadəcə listdən maraqlandığınız və ya yaşadığınız şəhəri seçmək kifayətdir. Saytdakı ytarixlərdən belə görsənirki ötən ilin noyabr ayında qurulubdu. Netty`nin sayəsində gecdə olsa yararlı saytdan xəbərdar olduq.
Tags: Namaz vaxt islam teqvim təqvim
Ətraflı
May 08
Oxu atan: oXchu | Baxılıb: 95 | Bölmə: bAzNet

Müxtəlif mütəxəssislərin rəyi əsasında Silicon Alley nəşri, dünyanın ən
bahalı 25 startapının siyahısını hazırlayıb. Russiyanın “Yandex”
axtarış sistemi siyahıda 6-cı yerdə qərarlaşıb. Silicon Alley Insider
analitiklərinin hesablamalarına görə, onun dəyəri 3 milyard dollar
təşkil edib.
Siyahıda birinci yeri Facebook sosial şəbəkəsi tutub. O, 9 milyard
dollara dəyərləndirilib. Xatırladaq ki, Microsoft əvvələr Facebook
şəbəkəsini 15 milyard dollara dəyərləndirib. Siyahıya həmçinin
internet-maqazin Ozon ($450 mln.), Wikipedia ($7 mlrd.), online-hərrac
Craigslist ($5 mlrd.), Mozilla ($4 mlrd.) və LinkedIn ($1,3 mlrd.)
düşüblər.
|
Silicon Alley Insider: - 25 ən bahalı startap |
|
Sıralama |
Şirkət |
Ölkə |
Dəyəri |
| 1. |
Facebook |
ABŞ |
$9 mlrd. |
| 2. |
Wikipedia |
ABŞ |
$7 mlrd. |
| 3. |
Craigslist |
ABŞ |
$5 mlrd. |
| 4. |
Betfair |
Böyük Britaniya |
$5 mlrd. |
| 5. |
Mozilla Corp |
ABŞ |
$4 mlrd. |
| 6. |
Yandex |
Russiya |
$3 mlrd. |
| 7. |
Webkinz |
ABŞ |
$2 mlrd. |
| 8. |
LinkedIn |
ABŞ |
$1,3 mlrd. |
| 9. |
Habbo |
Finlandiya |
$1,25 mlrd. |
| 10. |
Oanda |
Kanada |
$1,2 mlrd. |
| 11. |
Linden Lab |
ABŞ |
$1,1 mlrd. |
| 12. |
Kayak |
ABŞ |
$1 mlrd. |
| 13. |
QlikTech |
ABŞ |
$850 mil. |
| 14. |
Ning |
ABŞ |
$560 mil. |
| 15. |
Slide |
ABŞ |
$550 mil. |
| 16. |
TheLadders |
ABŞ |
$500 mil. |
| 17. |
Stardoll |
İsveç |
$450 mil. |
| 18. |
Ozon |
Russiya |
$450 mil. |
| 19. |
Thumbplay |
ABŞ |
$400 mil. |
| 20. |
Glam Media |
ABŞ |
$400 mil. |
| 21. |
Rock You |
ABŞ |
$325 mil. |
| 22. |
Tudou |
Çin |
$300 mil. |
| 23. |
Efficient Frontier |
ABŞ |
$275 mil. |
| 24. |
Zazzle |
ABŞ |
$250 mil. |
| 25. |
Spot Runner |
ABŞ |
$250 mil. |
Tags: yandex pul dollar
Ətraflı
May 08
Oxu atan: oXchu | Baxılıb: 98 | Bölmə: bAzNet, TaxNo

2008-ci ilin aprel ayının sonlarında Microsoft Internet Explorer
brauzerinin bazardakı payı 76 faizindən bir az çox təşkil edib. Safari
və Firefox brauzerlərin payı isə, müvafiq olaraq 5.51 və 16.96 faiz
olub. Bu məlumatlar Market Share şirkətinin araşdırmalarında qeyd
olunub.
Bir ay bundan əvvəl Internet Explorer brauzerinin bazardakı payı
74.8 faiz olub. Apple və Mozilla şirkətlərinə məxsus brauzerlərin
bazardakı payı isə müvafiq olaraq 5.82 və 17.83 faiz təşkil edib. Opera
brauzerinin populyarlığı isə mart ayı ilə müqaisədə aprel ayında 0.69
faizdən 0.65 faizədək azalıb.
2007-ci ilin oktyabr ayından bu günədək, Microsoft-da məxsus brauzerin
bazardakı payı ilk dəfə olaraq artıb. Həmin vaxt Internet Explorer
brauzeri bazarın 78.36 faizini tutub. Ondan sonra sözügedən brauzerin
populyarlığı azalmağa başlayıb və mart ayında 74.8 faiz təşkil edib.
Bunula belə 2007-ci ilin iyun ayında Internet Explorer-in bazardakı
payı 79.29 faiz olub.
Öncə brauzerlər bazarının təhlili Xiti şirkəti tərəfindən
olunurdu. Təhlildə deyilirdi ki, Firefox brauzerinə Avropa
internet-istifadəçilərinin 29 faizi, Internet Explorer brauzerinə isə
65 faizi üstünlük verib.
Tags: explorer firefox safari
Ətraflı
May 08
Oxu atan: oXchu | Baxılıb: 67 | Bölmə: bAzNet

Tanınmış YouTube video-xidməti öz portalında etdiyi yeniliklər haqda
anons verib. Görülən işlərdən sonra, əvvələr məhdud sayda
istifadəçilərə açıq olan bəzi funksiyalar, indi hamı üçün əlçatan olub.
Bir müddət öncə sözü gedən xidmətin, istifadəçilərin qeydiyyatı
funksiyalarınnı daha da sadələşdirməsilə bağlı etdiyi dəyişikliklər
barədə xəbər verilmişdi. Lakin bu yenilikləri əldə etmək üçün, xidmətin
yeni elementlərinin aktivəlşməsi prosedurunu keçmək lazım idi.
İndi isə dəyişikliklər bütün istifadəçi-qeydiyyat sisteminə aid olacaq.
Xüsusən də elektron poçt vasitəsilə istifadəçi tərəfindən video
görüntüyə edilən şərhin bildirilməsi funksiyası da yenidən mümkün
olacaq.
Tags: youtube
Ətraflı