Oxatan.com > bAzNet > Google`un yeni favicon`u
Google`un yeni favicon`uMay 31. Разместил: Shaig M |
Bu gün Google`dan istifadə edəndə maraqlı bir yenilik gördüm. Adət etdiyimiz həmişə gördüyümüz favicon (
Böyük G hərfi - aşağı və yuxarıda yaşıl rəng, solda göy, sağda isə qırmızı rəng ) artıq dəyişilib. Yazının şəklindən də göründüyü kimi address bar da göy rəngli kiçik g hərfi var. Bu dəyişikliyin səbəbi haqqında daha bir şey eşitməmişəm. Ancaq bir qədər qabarıq olduğu və WEB 2.0 standartına yaxın olduğu görünür. Bundan Google`da böyük dəyişiklik olacağını söyləmək də olar. Bəlkə Google`da yeni Web texnalogiyasına keçəcək, bəlkə də bu sadə bir dəyişiklikdir və sadəcə favicon dəyişməklə qalacaq demək çətindir. Ancaq belə böyük kompaniyalarda xırda dəyişikliklər adətən olmur. Ehtimal etmək olarki Google`dan yenilik olacaq. Hər halda irəliləyən günlər bunu göstərəcək. Mən isə yeni nəsə eşidib bildiyim anda sizinlədə bölüşəcəm. |