Oxatan.com > bAzNet > Mozilla Ginnesin rekordlar kitabına düşmək niyyətindədir

Mozilla Ginnesin rekordlar kitabına düşmək niyyətindədir


May 30. Разместил: Shaig M
Açıq brauzer istehsalçısı Firefox Mozilla Corporation şirkəti Ginnesin rekordlar kitabına düşmək niyyətindədir. Firefox 3 versiyası işıq üzü gördükdən dərhal sonra, ilk 24 saat ərzində istifadəçilər tərəfindən yüklənilməsini müəyyən etmək üçün şirkətin Kaliforniyadakı ofisinə komitənin nümayəndələri gələcəklər. Bu günə rekordlar kitabında “Yükləmənin sürəti və miqdarı” adlı kateqoriya mövcud deyil, lakin iyun relizindən sonra əlavə oluna bilər.
Mozillada deyirlər ki, relizdən sonra ilk sutkalar ərzində yükləmənin miqdarı 1.6 milyon təşkil etməlidir, ancaq bu rəqəm 5 milyonadək arta bilər. Xatırladaq ki, açıq brauzerin final relizi 2008-ci ilin iyun ayının ortalarına planlaşdırılıb. Bu günə brauzerin sonuncu versiyası Firefox 3 Release Candidate 1 (RC1) sayılır. Bundan əlavə Mozilla korporasiyasında deyirlər ki, ilk gündə 175 milyon nəfər Spread Firefox saytında Firefox 3 məhsulunu əldə etmək istədiklərini bildiriblər.