DataLife Engine > CızmaQara > Web 2.0, brendin satış və tanınmasını artırır

Web 2.0, brendin satış və tanınmasını artırır


May 16. avtor: oxatan
Direct Marketing Association agentliyinin araşdırmasında deyilir ki, reklam kampaniyasında Web 2.0 alətlərindən istifadə olunması, brendi daha da məhşurlaşdırır və onun satışını artırır.
DMA təhlilçilərinin sözlərinə görə, Web 2.0 aləti, özlərinin nisbi yeniliklərinə baxmayaraq çox vaxt reklamçılar tərəfindən istifadə olunur.
Sorğuda iştirak etmiş marketoloqların 84%-i Web 2.0 alətindən brendin tanınması üçün, 83%-i isə satışı yaxşılaşdırmaq üçün istifadə etdiklərini bildiriblər. Təhqiqat zamanı DMA mütəxəssisləri, birbaşa marketinqlə məşğul olan 160 marketoloqun fikrini örgəniblər.