DataLife Engine > Mənə nə? > Arvadını internetdə satan kişi
Arvadını internetdə satan kişiMay 16. avtor: oxatan |
|
Bu haqda bu "gün səhər" qəzetdə oxudum: 34 yaşlı ingilis Pol Osborn həyat yoldaşı Şeronu xəyanətdə ittiham edərək onu evdən qovub. O, Şeronun elektron poçtunu yoxlayarkən onun öz iş yoldaşına yazdığı məktubları tapıb. Bu xanım məktublarında həmkarını sevdiyini iddia edirmiş. Ona görə də Pol 14 ildir birlikdə yaşadığı və iki uşağının anası olan qadını qovmaq qərarına gəlib. Amma Bakinhemşir qraflığında yaşayan qısqanc ərin ürəyi bununla soyumayıb. O, öz arvadını İnternetdə hərraca qoyub. “Yalançı və ərinə xəyanət edən qadına kim daha çox pul təklif edə bilər” sualını İnternetə yerləşdirən Pol az qala milyonçu olubmuş. Çünki onun arvadına 500 min funt (milyon dollara yaxın) məbləğ təklif edən varmış. Lakin Şeron işləri korlayıb. O, ərinə xəyanət etmədiyini bildirib və həyat yoldaşını bu hərəkətinə görə məhkəməyə verib.
|