DataLife Engine > Mənə nə? > Kompüter kibordları tualetdən də çirklidirlər
Kompüter kibordları tualetdən də çirklidirlərMay 11. avtor: oxatan |
Aparılmış tədqiqat kompyuter kibordlarında milyonlarla bakteriyanın olduğunu müəyyən edib.
(
red. kibord - keyboard - klaviatura
)Bunlar mədə ağrıları və soyuqdəymənin mümkünlüyünü xeyli artırır. Britaniya İstehlak Təşkilatı tərəfindən aparılan tədqiqat bəzi kibordlarda bakteriyaların sayının, tualet oturacağından çox olduğunu göstərib. Londonlu mikrobioloqlar deyirlər ki, ofis işçiləri kompyuterdən şərikli istifadə edərək, bir-birini yoluxdura bilərlər. Kibordların mütəmadi şəkildə spirtli salfetkalarla silinməsi bakteriyanın sayını xeyli azalda bilər. 2004-cü ildə Arizona Universitetinin apardığı tədqiqat ofis avadanlığında, ələxüsus telefon, kibord və siçanlarda mikrobların tualetlərdən 400 dəfə çox olduğunu aşkar etmişdi. |