Oxatan.com » bAzNet » Rek - lam - lar ....

May 09

bAzNet : Rek - lam - lar ....

Ustune dinqildat.

Sizə kimdən deyim, nədən danışım, biri var imiş biri yox imiş internet reklam var imiş.
Bu internet reklam deyilən zad Aznetdə elə gah varmış, gah yoxmuş kimi bir təəssürat yaradır. Hazırda internet reklamın “barını” əsasən AzRunet yeyir. Bu yaxınlarda bu AzNet termini üzərində baş sındırdıqlarını eşitdim. Sən demə forumların birində əməlli başlı bu barədə baş sındırıblar. Amma AzNetin yalnız Azərbaycandilli resurslardan ibarət saytlar icması olduğunu hesab etsək (əslində bu AzNet məsələsi qurdaladıqca uzanan bir məsələ olduğundan mən mətləbdən uzaqlaşmamaq üçün çox qurdalamadım) onda bu reklam məsələsi AzNet üçün əsl problemdir. Amma AzRunetin təmsilçiləri azdan-çoxdan pul qazana bilirlər. İnternet reklam haqqında yazmaq qərarına gəlməyimə səbəb bu yaxınlarda əlimə keçən statistika oldu. Bu statistikada dünya internetində 2007-ci ildə “reklam tortu”nun həcmi əks olunmuşdu. Reklam bazarının keçən il ümumi dövriyyəsi təxminən 149 mlrd. Dollar olub. Səhv eləmirəmsə bu rəqəm indiyə kimi əldə olunan ən böyük göstəricidir. Bilirik ki, “reklam – biznesin hərəkət mexanizmi” kimi qəbul olunub və bu məntiqlə hərəkət edən şirkətlər öz istehlakçılarının diqqətini daim üzərinə çəkmək istəyirlər. Nəzərə alsaq ki, internet reklamında hər bir istehlakçının fərdi xüsusiyyətləri nəzərə alınmaqla – onun maraq dairəsi, xobbiləri, peşəsi və s. ona uyğun reklam strategiyası seçmək mümkün olduğundan sahibkar bütün istehlakçı kütləsi üçün xərcləməli olduğu reklam məsrəflərini konkret, potensial istehlakçı kütləsinə yönəltmək imkanı əldə edir və bu sahibkar üçün nəticəni daha ucuz və effektli edir onda başa düşmək olar ki, internet reklam son illər niyə diqqət mərkəzinə çevrilib.
Bir şeyi də nəzərinizə çatdırım ki, 2007-ci ilin göstəricilərini 2006-cı illə müqayisə etsək görərik ki, gəlirlər 0.2% artım göstərərək 297 mln dollar daha çox gəlir gətirib. Üstəlik 2007-ci ildə reklam xərclərini 0.1% azaldan reklam kompaniyaları nəticəni biraz da arzuolunan ediblər. Bütün bu məlumatları isə TNS media intelligence analitikləri veriblər.
Əlimizdəən gələn qədər çatdırmağa çalışdığımız satınalınma xəbərləri də məhz reklam bazarında daha çox paya sahib olmaq üçün şirkətlərin mübarizəsini əks etdirir. İnternetdə hələ də reklamın lideri Google`dur. Google Adsense əcnəbilər üçün əvəzedilməz nemətdir. Bir dəfə səhv eləmirəmsə bizim blogran öz yazılarından birində bizim vebustaları məzəmmət edib demişdir ki, “burada sizin reklam” yazıları əvəzinə niyə Google Adsense istifadə etmirlər. Amma demək istəyirəm ki, Google Adsense`dən istifadə üçün gərək “təmiz” olasan. Bu mənəvi təmizlik filan deyil haa =) . Yəni saytda “ATdıx materiallar” (mp3, proqram, soft və s.) olmamalıdır. Bizdə sə bu atdıx materiallar olmayan sayta sayt demirlər. Odur ki, bu reklam məsələsi hələ uzun müddət biraz ağrılı məsələ olaraq qalacaq AzNet üçün.
Bu elə mövzudur ki, istənilən qədər yazıb şikayətlənmək olar. Amma bu dəfə statistic baxımdan yanaşmaq istədim. Bəlkə nə vaxtsa yenidən bu mövzuda yazdım.. Hələliksə yazdım ürəyimi boşaltdım.


Subscribe      Qaynaq - Oxatan.

Tags: reklam, internet, google, adsense, statistika, statictic

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Aznetin “püfff” nöqtələri.
  • Fox Google ilə bağladığı reklam müqavilə ...
  • ABŞ-dakı maliyyə böhranına baxmayaraq "Google"-u ...
  • Blog sistemi
  • Yahoo, Microsoft-dan başqa hamını heyrətləndirib
  • #1 yazdı: Həsənəlizadə Ramin




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Maraqlıdır. Əslində daha ətraflı yazsanız daha maraqlı olar. AzNet termini haqqında da fikirlərinizi ətraflı yazsanız yaxşı olardı. Şəxsən mənim üçün fikrinizi bilmək çox maraqlıdır.
    sitat gətir    

    #2 yazdı: oxatan




    Qrup: Admin
    Qeydiyyat: 2.02.2008
    Sitat: Həsənəlizadə Ramin
    ətraflı yazsanız daha maraqlı olar

    Biraz araşdırma aparıb Azırbaycanda internet reklamla məşğul olan sistemlər (məsələn AdSahil) filan haqqında da yazmaq olar. Amma oxatan`ın yenilənmə periodundan da aydın olur ki, bir-neçə gündür nə mənim nədə Oxchu`nun vaxtı imkan vermir ki, ətraflı araşdırmalar aparaq. Lakin, qeyd elediyim kimi, güman ki bu mövzuya yenə qayıdacağam(ğıq).
    sitat gətir    

    #3 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    İnşallah! Gözləyəcəm.


    --------------------
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: