DataLife Engine > bAzNet > Uğurlu satış
Uğurlu satışMay 08. avtor: oXchu |
|
Hər zaman alış - satış xəbərlərini xarici internet saytlarından çatdırırıq. Bu dəfəki xəbərimiz isə öz resurslarımız haqqında olacaq. Əvvəlcədən satışı təbrik edirəm. Eşitdiyimə görə Azərbaycanın wap saytlar arasında ən qocamanı və ən papulyarı olan wap.xana.az saytı öz hissələrindən satıbdı. Deyilirki bəs saytın 30 %-i satılıbdı. İlk vaxtlar xana fəaliyyətə başlayanda o zaman üçün rəqibi tel.az saytı idi. Ancaq sonrada tel.az saytı Smsnet.az`a satılmışdı səhv etmirəmsə. Bu satış isə təqribi yadımda qaldığı qədərilə 25 min dollar idi. İndi isə xana 30% hissəsini vaxtı ilə tel.az`ın satıldığı ümumi məbləğdən daha baha satıldığı deyilir. Bu isə kifayət qədər uğurlu satışdır fikrimcə. Əslində mən tel.az`ın o vaxt üçün baha satıldığı qənaətində idim. O vaxtı bir o qədərdə çox ziyarətçisi yox idi. Yəni satıldığı məbləğə dəyər ziyarətçi cəhətdən deyirəm mən. Ancaq indi xana fikrimcə tam öz dəyərinə satılıbdı. Bundan sonrada uğurlar olsun sayta.
|