DataLife Engine > bAzNet > Filmlərdən nələr var?
Filmlərdən nələr var?May 08. avtor: oXchu |
|
İnternetdə gördüyüm növbəti yeni proyekt isə film həvəskarları üçün sevindirici olacaq. Analoqları xarici internet məkanlarında çox olmasına baxmayaraq bizim internet məkanında xüsusilə də Azərbaycan dilində yox idi. Söhbət filmlər haqqında olan saytdan gedir. Bu boşluğu müəyyən qədər doldura biləcək sayt isə Kinozal.az saytıdır. Saytda həm son kino xəbərləri verilir, həm çəkilmiş son filmlərdən məlumatlar yer alır. Ölkədəki kino sənayemizin də elə internet sənayesi kimi zəif inkişafını nəzərə alsaq saytı qənaətbəxş hesab etmək olar. Bizdə axı həftə sonları hansı kinoteatrda hansı filmin olacağı, bunlara bilet almaq imkanları təşkil etmək müşkül məsələdir. Olan - qopan bir normal fəaliyyət göstərən kinoteatrımız varki sadaladıqlarımız saytda olsa belə çox az məlumat ala biləcəyik. Ancaq film həvəskarları üçün yenədə bir xeyli məlumatı çatdırmağa çalışıblar. Mənim xoşladığım əsas isə həmin gün TV`də veriləcək filmlər barədə yazmaqlarıdır. Qısaca olaraq saytdan kino ilə maraqlananlar xeyli məlumat əldə edəcəklər.
|