Oxatan.com » bAzNet » İnternet Explorerin populyarlığı 6 ay ərzində ilk dəfə artıb

May 08

bAzNet, TaxNo : İnternet Explorerin populyarlığı 6 ay ərzində ilk dəfə artıb

Ustune dinqildat.

2008-ci ilin aprel ayının sonlarında Microsoft Internet Explorer brauzerinin bazardakı payı 76 faizindən bir az çox təşkil edib. Safari və Firefox brauzerlərin payı isə, müvafiq olaraq 5.51 və 16.96 faiz olub. Bu məlumatlar Market Share şirkətinin araşdırmalarında qeyd olunub.

Bir ay bundan əvvəl Internet Explorer brauzerinin bazardakı payı 74.8 faiz olub. Apple və Mozilla şirkətlərinə məxsus brauzerlərin bazardakı payı isə müvafiq olaraq 5.82 və 17.83 faiz təşkil edib. Opera brauzerinin populyarlığı isə mart ayı ilə müqaisədə aprel ayında 0.69 faizdən 0.65 faizədək azalıb. 2007-ci ilin oktyabr ayından bu günədək, Microsoft-da məxsus brauzerin bazardakı payı ilk dəfə olaraq artıb. Həmin vaxt Internet Explorer brauzeri bazarın 78.36 faizini tutub. Ondan sonra sözügedən brauzerin populyarlığı azalmağa başlayıb və mart ayında 74.8 faiz təşkil edib. Bunula belə 2007-ci ilin iyun ayında Internet Explorer-in bazardakı payı 79.29 faiz olub.

Öncə brauzerlər bazarının təhlili Xiti şirkəti tərəfindən olunurdu. Təhlildə deyilirdi ki, Firefox brauzerinə Avropa internet-istifadəçilərinin 29 faizi, Internet Explorer brauzerinə isə 65 faizi üstünlük verib.


Subscribe      Qaynaq - RİTN MHM.

Tags: explorer firefox safari

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Firefox 3 Ginnessin rekordlar kitabına düşüb
  • Mozilla Ginnesin rekordlar kitabına düşmək niyyəti ...
  • ABŞ-dakı maliyyə böhranına baxmayaraq "Google"-u ...
  • Runet məktublarının 90%-i spamdır
  • Planetimizin ən populyar əməliyyat sistemləri





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: