May 31
Oxu atan: oXchu | Baxılıb: 80 | Bölmə: bAzNet

Bu gün
Google`dan istifadə edəndə maraqlı bir yenilik gördüm. Adət etdiyimiz həmişə gördüyümüz favicon (
Böyük G hərfi - aşağı və yuxarıda yaşıl rəng, solda göy, sağda isə qırmızı rəng ) artıq dəyişilib. Yazının şəklindən də göründüyü kimi address bar da göy rəngli kiçik g hərfi var. Bu dəyişikliyin səbəbi haqqında daha bir şey eşitməmişəm. Ancaq bir qədər qabarıq olduğu və WEB 2.0 standartına yaxın olduğu görünür. Bundan Google`da böyük dəyişiklik olacağını söyləmək də olar. Bəlkə Google`da yeni Web texnalogiyasına keçəcək, bəlkə də bu sadə bir dəyişiklikdir və sadəcə favicon dəyişməklə qalacaq demək çətindir. Ancaq belə böyük kompaniyalarda xırda dəyişikliklər adətən olmur. Ehtimal etmək olarki Google`dan yenilik olacaq. Hər halda irəliləyən günlər bunu göstərəcək. Mən isə yeni nəsə eşidib bildiyim anda sizinlədə bölüşəcəm.
Tags: google web 2.0 favion .ico
Ətraflı
May 30
Oxu atan: oXchu | Baxılıb: 60 | Bölmə: bAzNet

Açıq brauzer istehsalçısı Firefox Mozilla Corporation şirkəti Ginnesin rekordlar kitabına düşmək niyyətindədir. Firefox 3 versiyası işıq üzü gördükdən dərhal sonra, ilk 24 saat ərzində istifadəçilər tərəfindən yüklənilməsini müəyyən etmək üçün şirkətin Kaliforniyadakı ofisinə komitənin nümayəndələri gələcəklər. Bu günə rekordlar kitabında “Yükləmənin sürəti və miqdarı” adlı kateqoriya mövcud deyil, lakin iyun relizindən sonra əlavə oluna bilər.
Mozillada deyirlər ki, relizdən sonra ilk sutkalar ərzində yükləmənin miqdarı 1.6 milyon təşkil etməlidir, ancaq bu rəqəm 5 milyonadək arta bilər. Xatırladaq ki, açıq brauzerin final relizi 2008-ci ilin iyun ayının ortalarına planlaşdırılıb. Bu günə brauzerin sonuncu versiyası Firefox 3 Release Candidate 1 (RC1) sayılır. Bundan əlavə Mozilla korporasiyasında deyirlər ki, ilk gündə 175 milyon nəfər Spread Firefox saytında Firefox 3 məhsulunu əldə etmək istədiklərini bildiriblər.
Tags: firefox mozilla browser
Ətraflı
May 30
Oxu atan: oXchu | Baxılıb: 50 | Bölmə: bAzNet

Yahoo! şirkətinin baş direktoru Cerri Yanqın, D: All Things Digital konfransında etdiyi bəyanata əsasən, BBC News xəbər verir ki, Yahoo! Microsoft korporasiyası ilə mümkün olan partnyorluq sazişi haqda müzakirələri davam etdirir. Yanq rəhbərlik etdiyi şirkətlə Microsoft arasında əməkdaşlıq barədə danışıqların olmasını təsdiq edib və bu dəfə söhbətin korporasiya tərəfindən Yahoo! axtarış sisteminin alınması haqda getmədiyini vurğulayaraq dəqiqləşdirib.
Həmçinin Yahoo! şirkətinin baş direktoru qeyd edib ki, korporasiyası tərəfindən şirkətin alınmasına prinsipial olaraq etiraz etmədikləri halda Microsoft bu təklifini geri götürüb. Olunan təklifdə yalnız qiymət qane etməyib.
Xatırladaq ki, Yahoo! axtarış sistemini əldə etmək niyyətində olan Microsoft korporasiyası, 2008-ci il yanvarın 31-də 44.6 milyarda dollar təklif edib. Bu rəqəm öz növbəsində həmin vaxt Yahoo!-nun bazar qiymətindən 62% çox idi. Lakin bir neçə ay sürən danışıqlar nəticəsində tərəflər razılığa gəlmədiklər və bu saziş baş tutmadı.
Tags: yahoo google microsoft milyard milyon
Ətraflı
May 27
Oxu atan: oXchu | Baxılıb: 79 | Bölmə: Mənə nə?, bAzNet

Almaniyanın Unteralqau şəhərindən olan gənc cütlük "eBay" hərracına 8 aylıq körpələrini satışa çıxarıblar. Start qiyməti isə 1 avro təyin edilib. Hərracın səhifəsini ziyarət edənlər hiddətlənərək dərhal polisə xəbər veriblər. Onları daha çox isə lotun təsviri şoka salıb: "Mənim üçün həddən artıq səs-küylü problemə çevrilən tamamilə yeni uşaq təklif edirəm. Kişi cinsindəndir. Boyu 70 santimetrdir. Müştəri nəqliyyat xərclərini öz üzərinə götürməlidir. Qeyri-ciddi təkliflərlə narahat etməyin". Elan "eBay"ın səhifəsindən 2,5 saatdan sonra silinib. Daha bir neçə saatdan sonra isə Almaniya polisi 23 yaşlı ana və həyat yoldaşını həbs edib. Onlar uşaq alveri ilə məşğul olmaqda ittiham edilirlər. İstintaq zamanı qadın hər şeyin bir zarafat olduğunu bildirib. Lakin asayiş keşikçiləri tam fərqli fikirdədirlər. Şənbə günü körpə gənclərlə iş üzrə yerli komitənin iki əməkdaşının müşayiəti ilə uşaq xəstəxanasına göndərilib. Tezliklə ata və ananın valideynlik hüquqlarından məhrum olunması haqqında məsələnin gündəmə gəlməsi istisna olunmur. Bu arada isə qadının "eBay"da kifayət qədər etibarlı müştərilərdən olduğu önə çəkilir. O, dəfələrlə hərracda iştirak edib və müxtəlif lotlara sahıb çıxıb.
Tags: ebay
Ətraflı
May 22
Oxu atan: oXchu | Baxılıb: 97 | Bölmə: bAzNet

Bir müddət əvvəl istifadəçilərimizdən birinin şərhlərdə yazdığından belə bir xəbər tutduqki
day.az`ı
mail.ru statistika sistemindən qaydaları pozduğuna görə kənarlaşdırıblar. Bu xəbəri
webxanadan oxuduq Aznet olaraq. Bu day.az ın imici üçün çox mənfi hal idi. Həm reklamverənləri bu qədər çox olan saytın statistika ölçənin fırıldaqlıqla çoxaltması ilk əvvə ona maddi ziyan vura bilərdi. Elə buna görə də məsələyə dərhal rəsmi açıqlama gəldi. Sən demə bu day.az`ın fırıldağı deyilmi. Sitat: им объясняю. что на их счетчике на Дей.Аз-е не видно цифр и нет
никакой логики для нас накручивать счетчик… ведь он закрыт и цифр не
видно…
Они говорят, что у вас на главной странице идет рефреш через каждые
15 минут, и это нарушение пункта 11 их правил… я им говорю. что РБК
каждые две минуты делает это… почему ничего не делаете им? Они говорят
- отвечайте за себя..
Мстят за нашу кампанию против Агента.Мейл.ру где они написали Нагорный Карабах, как армянскую территорию…
Day.az rəhbərliyinin bütün rəsmi açıqlamalarını oxuya və sual verə bilməyiniz üçün isə
mak.az`ın forumunu ziyarət etməli olacaqsınız.
Mövzumuza qayıtsaq isə sən deməi "qara qızın dərdi varmış". Əsas səbəb qayda pozuntusu filan deyil. Məhz bundan sonra trend`də eyni halı müşahidə etmək olardı. Onların reytinqdən kənarlaşdırılma səbəbi isə Rus dilində olmaması idi. Bu da cəfəngiyyatdır. Trend Azərbaycan dilindən çox rus dilində xəbər verir. Məsələni daha aydın başa düşmək üşün, mail.ru nu whois etmək kifayət edir. Qeydiyyatçı e-maili gabrelyan@corp.mail.ru . Mənim bildiyimdə bu erməni familyasıdır. Artıq yazmağıma isə gərək yoxdur deyə düşünürəm.
Tags: day .az mail. ru trend
Ətraflı
May 21
Oxu atan: oXchu | Baxılıb: 84 | Bölmə: bAzNet

Nəhayət Aznetin milli mənasız müsabiqəsi Netty başa çatdı. Qaliblər isə bunlardır.
1. Dövlət saytı: AR Vergilər Nazirliyi http://www.taxes.gov.az/
2. Korporativ sayt: Bank Respublika www.bankrespublika.az/
3. Təhsil və elm : КАТАРАКТЕ.НЕТ Layihəsi http://katarakte.net/
4. Mədəniyyət və incəsənət: Azərbaycanın Ədəbi portalı www.lit.az
5. İnformasiya və xəbərlər : “Novosti-Azərbaycan” İnformasiya Agentliyi http://novosti.az/
6. Servsi-sayt: JobSearch layihəsi www.jobsearch.az
7. Əyləncə: OPEN.AZ layihəsi http://open.az/
8. İdman: Bədii gimnastika Federasiyası www.agf.az
9. Azərbaycan: Üzeyir Hacıbəyovun virtual muzeyi http://museum.musigi-dunya.az/
10. Fərdi səhifə: Adalet Shukurov www.adaletshukurov.com
11. Cəmiyyət: Cənubi Qafqazda gənclərin reproduktiv sağlamlığı (RHIYC) www.4uth.az
12. Ana dili: Azərbaycanın kitabları www.azerikitab.az
13. Ən yaxşı dizayn: Azərbaycan xalçalarının salonu www.sheyxsefi.az
14. “Milli informasiya texnologiyalarının inkişafında olan əməyinə görə” fəxri nominasiya premiyasına Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziinin müavini Elmir Vəlizadə layiq görülmüşdür.
Bu nəticələr haqqında da nəsə demək istəmirəm. Eşitdiyimə görə Azərbaycanda internet deyəndə ağıla ilk gələn insanlardan biri Osman Gündüz mükafatlandırmada iştirak etməyibdi. Bunu demək elə yarışın səviyyəsi barədə düşüncə yaradır insanda.
Tags: netty
Ətraflı
May 16
Oxu atan: oxatan | Baxılıb: 89 | Bölmə: CızmaQara

Direct Marketing Association agentliyinin araşdırmasında deyilir ki, reklam kampaniyasında
Web 2.0 alətlərindən istifadə olunması, brendi daha da məhşurlaşdırır və onun satışını artırır.
DMA təhlilçilərinin sözlərinə görə, Web 2.0 aləti, özlərinin nisbi yeniliklərinə baxmayaraq çox vaxt reklamçılar tərəfindən istifadə olunur.
Sorğuda iştirak etmiş marketoloqların 84%-i Web 2.0 alətindən brendin tanınması üçün, 83%-i isə satışı yaxşılaşdırmaq üçün istifadə etdiklərini bildiriblər. Təhqiqat zamanı
DMA mütəxəssisləri, birbaşa marketinqlə məşğul olan 160 marketoloqun fikrini örgəniblər.
Tags: internet marketing
Ətraflı
May 16
Oxu atan: oxatan | Baxılıb: 99 | Bölmə: Mənə nə?

Bu haqda bu "
gün səhər" qəzetdə oxudum: 34 yaşlı ingilis Pol Osborn həyat yoldaşı Şeronu xəyanətdə ittiham edərək onu evdən qovub. O, Şeronun elektron poçtunu yoxlayarkən onun öz iş yoldaşına yazdığı məktubları tapıb. Bu xanım məktublarında həmkarını sevdiyini iddia edirmiş. Ona görə də Pol 14 ildir birlikdə yaşadığı və iki uşağının anası olan qadını qovmaq qərarına gəlib. Amma Bakinhemşir qraflığında yaşayan qısqanc ərin ürəyi bununla soyumayıb. O, öz arvadını İnternetdə hərraca qoyub. “Yalançı və ərinə xəyanət edən qadına kim daha çox pul təklif edə bilər” sualını İnternetə yerləşdirən Pol az qala milyonçu olubmuş. Çünki onun arvadına 500 min funt (milyon dollara yaxın) məbləğ təklif edən varmış. Lakin Şeron işləri korlayıb. O, ərinə xəyanət etmədiyini bildirib və həyat yoldaşını bu hərəkətinə görə məhkəməyə verib.
Tags: er arvad xeyanet satqın satış internet
Ətraflı
May 14
Oxu atan: oXchu | Baxılıb: 75 | Bölmə: bAzNet

Facebook sosial şəbəkəsini, şirkətin baş texniki direktoru Adam Di Anjelo (Adam D’Angelo) tərk edəcək.
Bu barədə məlumatlı mənbəyə istinad edən VentureBeat nəşri xəbər verir. VentureBeat məlumatına əsasən, Di Anjelo şirkəti “onun vərdiş və maraqlarının, tutduğu vəzifədən irəli gələn səlahiyyətləri ilə uyğunlaşmaması” səbəbindən tərk etmək fikrinə düşüb.
Adam Di Anjelo Facebook-da 2004-cü ilin iyun ayından çalışır. Həmçinin o, sosial şəbəkənin yaradıcısı Mark Zakerberqin (Mark Zuckerberg) keçmiş sinif yoldaşıdır.
Tags: facebook direktor
Ətraflı
May 11
Oxu atan: oxatan | Baxılıb: 91 | Bölmə: Mənə nə?

Aparılmış tədqiqat kompyuter kibordlarında milyonlarla bakteriyanın olduğunu
müəyyən edib.
(
red. kibord - keyboard - klaviatura
)
Bunlar mədə ağrıları və soyuqdəymənin mümkünlüyünü xeyli artırır.
Britaniya İstehlak Təşkilatı tərəfindən aparılan tədqiqat bəzi kibordlarda bakteriyaların sayının, tualet oturacağından çox olduğunu göstərib.
Londonlu mikrobioloqlar deyirlər ki, ofis işçiləri kompyuterdən şərikli istifadə edərək, bir-birini yoluxdura bilərlər.
Kibordların mütəmadi şəkildə spirtli salfetkalarla silinməsi bakteriyanın sayını xeyli azalda bilər.
2004-cü ildə Arizona Universitetinin apardığı tədqiqat ofis avadanlığında, ələxüsus telefon, kibord və siçanlarda mikrobların tualetlərdən 400 dəfə çox olduğunu aşkar etmişdi.
Tags: computer kompüter kibord keyboard
Ətraflı