Oxatan.com » Xəbərlərin siyahısı Aprel 2008 İldə

Aprel 03

Ustune dinqildat.

Bu gün "Netty 2008" milli internet mükafatının press relizi yayımlanıbdı. İstədimki bunu siz oxuyucularlada bölüşəm. Nəsə bu mükafatlandırma ötən illərdən elə imic formalaşdırıbdıki məndə, nə desələr nə yazsalar elə bilki adama batır. Sözləri və açıqlamaları olduqca qeyri ciddi gəlir. Görək bu il necə olacaq. Nəsə heç cürə yüksək səviyyəyə nə bilim böyük inkişafa ümidim yoxdur. Təşkilatçıların açıqlamalarıda adama qeyri səmimi və doğrudan uzaq kimi gəlir. İndi açıqlamaları sizinlədə bölüşüm. Bəlkə dediklərimi beləcə daha rahat başa salmaq olmar. Press reliz üçün ətraflı oxuyaq:

Tags:

Aprel 03

Ustune dinqildat.

Bu və ya başqa dərəcədə kompüterlərə ziyan vuran viruslarının ümumi sayı 2008-ci ilin sonuna 20 milyonadək artacaq. 2007-ci ilin göstəriciləri ilə müqaisədə ziyankar proqramların sayı 10 dəfə çox olacaq. Bundan əlavə ilin sonuna elektron poçt qutularına daha çox spam gələcək. Artıq indidən, məktubların ümumi sayının 80%-ni spam təşkil edir.
“Kasperski laboratoriyası”dan bildiriblər ki, 2008-ci ilin yekunlarına əsasən kompüter virus növlərinin miqdarı 10 dəfə artacaq. Qeyd edək ki, 2006-cı ilin məlumatları ilə müqaisədə, 2007-ci ildə virusların sayı 4 dəfə cox olub. 2007-ci ildə internetdə 2.2 milyon yeni virus peyda olub. Bu virusların ümumi həcmi 354 GB təşkil edib.
Analitiklərin 2008-ci ildə kompüter viruslarının nənki çoxalacağını, hətda onlarla mübarizənin daha da mürəkkəbləşəcəyini proqnozlaşdırırlar. Kompüteri belə viruslarla yoluxdurmaq asan, mübarizə etmək isə olduqca çətin olacaq.

Tags:

Aprel 02

Ustune dinqildat.

Ötən yazılarımızdan birində e-mailin memarının spam haqqındakı sözlərinə yer vermişdik. İndi də bir az spam haqqında.
Martın 31-də internet-istifadəçilər üçün xoşagəlməz spamın 15 yaşı tamam oldu. Ciddi desək, spam özü elə təxminən internetlə eyni vaxtda yaranıb. Lakin  "spam" termini məhz 15 il bundan öncə istifadə edilməyə başlanılıb.
Araşdırma şirkətlərinin hesablamalarına görə poçt trafikinin 80% -dən 95%-dək məhz şübhəli əmtəənin, sayt və xidmətlərin reklamını əks etdirən zibil elektron məktublar təşkil edir.
Əvvəllər  "spam" termini, çatlara, forum və elektron lövhələrə reklam xarakterli məktubların kütləvi ötürmələrini ifadə etmək üçün istifadə olunurdu. Lakin 90-cı illərin ortalarında spamın elektron ünvanlara axını başladı.
Spamhouse ( spam evi) online-xidmətin informasiya təhlükəsizliyi şöbəsinin baş mütəxəssisi Riçard Koks deyir: - “Bu gün spamın elektron poçt şəbəkələrində artımı, eyni zamanda istifadəçilər üçün riskin artımı deməkdir. Spamın mövcudluğu elektron poçtdan etibarlı kommunikasiya aləti kimi istifadəni şübhə alrına alır.”
Spamhouse verdiyi məlumatlara əsasən, spamın əksəriyyəti ABŞ, Çin və Russiyadan yayılır. Xidmətdə həmçinin deyilir ki, spamın kökünü qısa müdət ərzində kəsmək olar. Lakin buna hökumətin lazımi dəstəyi vacibdir.
Statistikaya görə, dünyada 80% spama 2000 adam cavabdehdir. Mübarizəni çətinləşdirən səbəb spamerlərin spamı yayarkən öz kompüterlərindən istifadə etməməsidir.

Tags:

Aprel 01

Oxatan

31 martdan etibarən Yahoo həvəskarları yeni bir xidmətdən daha istifadə etmə imkanı qazanıblar. Bu xidmətin ərsəyə gəlməsinə son zamanlar aparılmış araşdırma nəticələri səbəb olub. Hesablamalardan belə məlum olub ki, real həyatda olduğu kimi virtual dünyada da xanımlar online mağazalardan daha çox istifadə edirlər. Buradan da aydın olur ki, reklam bazarı daha çox qadınlara yönələcək. Belə bir araşdırmadan öz lehinə istifadə etməyə qərar verən Yahoo yeni xdməti olan Shine`ı istifadəyə verib. Sayt barədə onu deyə bilərəm ki, lazımınca sadədir və bir növ bloqları xatırladır. Amma saytın yazıçı kütləsi olduqca geniş və daim yenilənən bir kontentə sahib olacağının söylənməsi sayta olan marağın yüksək həddə olacağından xəbər verir. Saytın bölmələri arasında qadınların iş həyatı, ailə həyatı, uşaqların tərbiyəsi, cinsi əlaqə və buna bənzər mövzuları əhatə edəcək başlıqlar yer alacaq.

Tags:

Aprel 01

Ustune dinqildat.

Yaponiya beyin institutunun yaydığı məlumata görə, əcdadlarımızla müqayisədə yeni nəsil insanların vizual informasiyanın emalı imkanları getdikcə mədudlaşmaqdadır. İnsanların əksəriyyətinin bütün günü kompüter arxasında keçirdiklərindən real həqiqətləri fotoqrafiyalar və ən pisi videolarda gördüklərindən onların görmə sinirləri informasiyanı ekranda qurulan görüntü ayarları çərçivəsində emal etməyə uyğunlaşır.

Əksər istifadəçilərin ekran video görüntü ayarları 1280õ102 ölçüsündədir. Nəticə olaraq beyin şəkilləri məhz bu olçü olaraq emal etməyə başlayır. Egər belə bir insan təbiətə çixaraq real həyata baxarsa, beyini çətinlik çəkir. (davamı ətraflıda)

Tags:

Aprel 01

Ustune dinqildat.

Yəqin hamınız uşaq və buz şerin xatırlayırsız, orda uşaq buza deyirdi ki, "yaz gələr artar qəmin....". İndi onun sözü olmasın bu yaz gələndən sonra biraz problemlərlə bağlı olaraq Oxatan blogun bütün ağırlığı bizim bu Oxchu qardaşın üzərinə düşmüşdü. Bir qədər olar ki, oxumaqla kifayətləndiyim internetdə vaxt tapan kimi məndə əlimə klaviyatura alıb 1-2 kəlmə yazmaq istədim. "Manıs"lar demişkən görüşünüzə əliboş gəlməmişəm ( şəkildəndə də görünür =) ). Təzə məlumatlarım var. İki xəbər və bir bildirişim olacaq. Başlayaq ən pisindən....
Gözünüz aydın hər şeyin bahalaşdığı bir vaxtda artıq domain qiymətləri də bahalaşacaq. 2008-ci ilin martın 27-də məlum olub ki, .com və .net, domen məkanlarının administratoru, tanınmış VeriSign şirkəti, sözügedən məkan daxilində domen qeydiyyatı qiymətlərinin qaldıracaq. Bu, ICANN ilə razılaşma əsasında baş verəcək. (yazı uzun alındı əziyyət deyilsə hamısını ətraflıdan oxuyun)

Tags: