Aprel 13
Bu günlərdə internet marketinq bloglarının birində
interneti dəyişən 10 gənc haqqında yazı dərc olunmuşdu (
niyə olunub yox
olunmuşdu yazmışam? çünki müəllif sonra tapıb ki, layihələrdən birinin
təsisçisinin adını səhv yazıb.. ona görə bu dəfə 9 ilə tanış olun. Biri
də harda olsa gəlib çıxar). İstədim həmin yazını məndə Oxatanda
yerləşdirim. Düzdür onların işlərini hamınız yəqin ki, tanıyırsınız.
Amma şəxsən mən bu yazıya qədər onları üzdən tanımırdım. Əslində Aznet
üçündə belə bir siyahı tərtib etmək olar. Bəzi problemləri çıxsaq...
amma həmin adamların şəkillərin tapmaq çətin olacaq. (
bu barədə
fikirləşib "ox"lu bir yazı yazmaq lazımdır). Siyahı
ətraflıda
Aprel 12
Qısa-qısa...
Bu dəfə bir-iki qısa məlumatı yazmaq istədim. Birincisi müəllif hüquqları ilə bağlı olan məsələdir. Aznet`də də daim bu məsələ ilə bağlı problemlər yaşanır. Bizdə hələki bu parlamentdə müzakirə mövzusu deyil. Amma Avropa parlamenti (MEP) son toplantısında bu məsələyə də toxunub. Bütün üzvlərin iştirakı ilə olan yığıncaqda səsə qoyulan internetdə fayl-paylaşım sistemlərinin müəllif hüquqlarını pozub pozmaması ilə bağlı olub. Səsvermədə fayl paylaşımı müəllif hüquqları pozuntusudurmu, fikrinə
314 səs əlyehinə və 297 səs leyhinə olmaq üzrə münasibət bildiriblər.
Birdə Google haqqında gəzən şaiyələr var. Deyilənə görə Google Second Life kimi bir virtual aləm yaratmağı planlaşdırır. Bu işdə onlar Arizona universiteti ilə birlikdə işləyəcəklər. Düzü hələ bu məlumatın doğruluğu sual altındadır amma məncə fərz eləmək olar ki, əgər google nəsə buna oxşar bir iş görsə hərhalda Second Life`dan daha əhatəli olar. Deyilənə görə yaradılması nəzərdə tutulan "virtual dünyada" google indiki servislərinə də yer verəcək. Düzü hələ başa düşmək çətindir ki, bu virtual dünya bir növ online oyun olacaq, yoxsa sosial şəbəkəyə bənzər bir şey olacaq yoxsa hamısı biryerdə qarışıq birşey olacaq odur ki, gözləməli olacağıq.

Aprel 10
Telefon kataloqları
Bu dəfə qarşıma çıxan telefon kataloqlarını sizə tanıtmaq istərdim. Bu
kataloqlar mobil telefonlar haqqında olanlardır. Saytlardan birini e-mailimə gələn reklamdan görmüşəm, digərini isə xəbər
saytlarından birində görmüşəm. Mən elədə telefon həvəskarı deyiləm,
ancaq ölkəmizin mobil telefon istifadəsində hər adam başına düşən mobil
telefon göstəricisinə görə dünyada öndə getdiyini nəzərə alsaq faydalı
saytlar demək olar. Xeyli istifadəçi cəlb eliyə bilərlər. Bu iki saytın
əsas olaraq oxşarlıqlarına baxmayaraq bir sıra fərqli yönləri də var.
Əvvəl başlayaq Fokstelekomdan.
Kataloqda mobil telefonlar kateqoriyalar üzrə yerləşdirilib.
Qeydiyyatdan keçib öz istəyinizə və büdcənizə uyğun telefonları
axtarırsınız. Göstəriciləri ilə tanış olursunuz və telefonu sifariş
edirsiniz. Qeydiyyatdan keçəndən sonra imkanlarınızın nə dərəcədə
artacağı barədə bir söz deyə bilmərəm, bunu yoxlamadım. Ancaq
maraqlananlar bu imkandan da faydalana bilərlər. Burada telefonlar
yalnız yeniləridir. Siz telefonla bərabər nömrədə seçə bilərsiniz
kataloqdan. Ancaq yalnız bir mobil operatorun nömrələridir. Firma haqqında ətraflı yerindən oxuya bilərsiniz. Sayt üç dildə fəaliyyət göstərir, əsas kontent dili isə rus dilidir.
Növbəti sayt isə Azmob.info`dur. Bunun dogərindən fərqli cəhəti isə kontenti istifadəçilərin yaratmasıdır. Bir növ mobil telefonların həm kataloqu həmdə, istifadəçilərin elanlarını yerləşdirdiyi səhifə. Burada həm yeni, həm istifadə olunmuş telefonlar əldə etmək mümkündür. Qeydiyyat olduqdan sonra artıq siz telefonun markasına, modelinə uyğun olaraq öz elanınızı yerləşdirə bilər və ya sizə lazım olan telefonu axtarıb əldə edə bilərsiniz. Fikrimcə həm elan yerləşdirmək xarakterli olmağı, üstəlikdə yeni telefonlarla birgə işlənmiş telefon əldə etmək ( və ya satmaq ) imkanı olmağı saytın üstünlüyü saymaq olar. Sayt haqqında ətraflı yerindən oxuya bilərsiniz. Sayt iki dildə fəaliyyət göstərir, kontent dili isə yəqinki istifadəçi seçimindən asılı olaraq müxtəlif ola bilər.
Fikirləşdimki, fərqli kontentlərə malik saytlar haqqında eşitmək, hər gün açılan eyni tipli saytlar haqqında eşitməkdən daha faydalı olar.
P.S. ola bilərki saytlar xeyli müddətdirki fəaliyyətdədirlər ancaq yazımın əvvəlində də bildirdiyim kimi, mobil telefonlara az marağımın olmasından daha əvvəl bu haqda araşdırmamışam. Sadəcə qarşıma yeni çıxdıqları üçün onlar haqqında bir - iki kəlmə yazmaq istədim.

Aprel 08
Aznet "haydan gəlib, huya gedir?" (və ya "Hardan gəlib, hara gedir?")
Oxatan olaraq oxuduğunuz kimi daim şikayətlənirik. Bizim kimi “qəlbi qaralara” həmişə deyinəcək bir səbəb olur. İndi də istədim biraz statistik rəqəmlərlə və rəsmi məlumatlarla “ox atam”. Düzü mən həmişə ağıllı olmasam da kənardan ağıllı görsənmək istəmişəm ona görə də indi sizdə belə bir təəssürat yaratmaq üçün Azneti iqtisadi aspektdən araşdırmaq istədim. Görəsən niyə hələdə istənilən inkişafı əldə etmək mümkün olmur.
Əvvəla onu qeyd edim ki, hiss etməsəniz də indi Azərbaycanın iqtisadiyyatında prioritet inkişaf sahəsi məhz İKT yəni informasiya kommunikasiya texnologiyalarıdır. Üstəlik proitet sahə olaraq 2003-cü ildən elan olunub. Bəs niyə hələ də gözlə görünən inkişaf hiss olunmur? İqtisadçılar demişkən bunun obyektiv və subyektiv səbəbləri var. (davamını ətraflıdan oxuyun)

Windows XP-nin ömrü 2 il uzadıldı
Yadınızdadırsa bir müddət əvvəl XP`nin satışları və istifadəsinın 2007nin sonunda dayanacağını xəbər vermişdik, və buna qarşı bir çox istifadəçinin etirazını sizlərə çatdırmışdıq. Deyəsən etirazlar nəticəsini verib. Bu tənqid məsələsi deyəsən təkcə Azərbaycanda işə yaramır.
Microsoft korporasiyası Windows ÕÐ əməliyyat sisteminin ömrünü daha iki il artırılması barədə qərar qəbul edib. Alınan qərarı Microsoft şirkəti, Asus Eee PC, Intel Classmate PC və OLPC kimi qurğuların böyük şöhrətə malik olması ilə izah edir. Lakin adları çəkilən qurğuların hamısı sərt disk və ya kiçik həcmli və asta prosessorlu daşıyıcılarla təchiz olunub. Onların əməliyyat yaddaşının həcmidə də böyük deyil. Sözügedən səbəblər kompüterlərə Windows Vista əməliyyat sisteminin qurulmasına imkan vermir.
Buna görə Microsoft şirkəti, xeyli gəlir əldə edə biləcəyi bazarın böyük həcmini nəzərə alaraq onu itirməmək qərarına gəlir. Korporasiya bəyan edib ki, OEM versiyasında Windows XP-nin 2010-cu ilin ortalarınadək satılacaq, və ancaq ultrauçuz notebook-lara qurulacaq.
İlkin olaraq Microsoft şirkəti, Windows XP əməliyyat sistemi tədarükünün bu ilin yanvar ayından etibarən dayandıracağı niyyətində olub. Lakin XP əməliyyat sisteminə yüksək tələbatın olmasını nəzərə alınaraq, onun satış tarixinin 30 iyun 2008-ci ilə dək uzadılması qərarı alınıb.

Aprel 07
Tələbə saytı
Yeni bir sayt açılıb, hansı ki, kontenti tamamilə tələbələrə yönələcək. Yəqin hamınız bilirsiniz ki, TQDK-nın son qərarından sonra artıq tələbələr könüllü sürətdə olmasalar da internetdən istifadəni öyrənməli olacaqlar. Göürünür belə bir saytın yaranmasının da indiyə təsadüf etməsi, təsadüfən olmayıb. Saytın ünvanı Telebe.az`dır. Bu sayt barədə MediaForum-da gördüm. Sayt haqqında yazılmışdı ki,
Düzü mən özüm ətraflı araşdıra bilmədim saytı, amma gəzinəndə aydın oldu ki, sayt bir növ "tələbə xəbərlərindən" ibarətdir.
Yeni informasiya resursunda bir sıra mövzular barədə məlumatlar yerləşdiriləcək: Azərbaycanda və dünyada tələbə həyatında baş verən ən son hadisələr, ölkədə və xaricdə keçiriləcək seminarlar, treninqlər barədə əvvəlcədən məlumat, xarici ölkə səfirliklərinin təşkil etdikləri tələbə mübadilələri, xaricdə təhsil və iş imkanları barədə ən dolğun və operativ məlumatlar, Təhsil Nazirliyi və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının qərarları, qanun layihələri və gələcək planları barədə məlumatlar.
Düzü mən özüm ətraflı araşdıra bilmədim saytı, amma gəzinəndə aydın oldu ki, sayt bir növ "tələbə xəbərlərindən" ibarətdir.
Aprel 06
Aznetin “püfff” nöqtələri #2 .
Artıq bir dəfə bu barədə Oxatan`da yazmışdım. Ona görə Aznetin “püff” nöqtəsi deyəndə nəyi nəzərdə tutduğumu birdə açıqlamağı artıq hesab edirəm. Düzü o vaxt bu yazının
belə həvəslə oxunacağını düşünməmişdim. Görəndəki marağa səbəb oldu
fikirləşdim ki, bəlkə ikinci hissəni də yazsam pis olmaz (
artıq
reytinq heçkimə meneə törətmir...). Keçən dəfəki kimi yenə deyirəm
hansı məqamla razılaşmasanız öz münasibətinizi bildirib məni bu səhv
düşüncə tərzindən yayındıra və ya əlavələr edə bilərsiniz.... Odur ki, yazını
ətraflı oxuyun..
Aprel 05
Tələffüz lüğəti
Saytımızın istifadəçilərindən birinin bizə haqqında məlumat verdiyi Forvo haqqında söhbət açacağıq. Başlıqdanda göründüyü kimi saytı tələffüz lüğəti adlandırmaq olar. Yazılmış sözlərin tələffüz formalarını buradan tapmaq olar. Sayt çox yenidir. Qeydiyyatı mart ayında olub. Buna baxmayaraq artıq 177 dildə söz tapmaq olar. Mən baxdığım anda saytda 3166 söz və bunların 3186 səsləndirilməsi mövcud idi. Səsləndirmələrin sayının sözlərdən çox olduğuna diqqət yetirsək, hər hansı sözə bir dənədən daha artıq tələffüz qaydası əlavə etmək olduğunu hesab etmək olar. Azərbaycan dilində isə hələki 43 söz var. Bu da sayt haqqında bizi xəbərdar edən istifadəçinin əlavə etdiyi sözlərdir. Sayt beta versiyada fəaliyyət göstərir. Qısa zamanda bu qədər çox sözün yığılması isə saytın müxtəlif istiqamətlərdədə inkişaf etməsinə və papulyarlığının daha da artmasına zəmin yaradır. İrəliləyən aylarda birlikdə bunun şahidi olacağıq.
Aprel 05
Google skype`ı da istəyir.
Mətbuatda gəzən xəbərlərə görə Google, eBay'a daxil olan telefon sistemi skype'ı da almaq istəyir. Artıq Google şirkəti öz niyyətini eBay səlahiyyətlilərinə bildirib. Hətta satın almaq gerçəkləşməsə belə birgə əməkdaşlığa da razı olduqlarını deyiblər. Hərçənd Google`un
Google talk kimi bir servisi də var. Satın almadan sonra bu servisin nə yerdə qalacağı isə hələki aydın deyil. Əgər iki tərəf arasında sövdələşmə baş tutsa ilkin ehtimala görə Google 4 ilə 6 milyard dollarından keçməli olacaq. Əlbəttə bu ilkin və şərti rəqəmlərdir. Ancaq şəriklik halında skype`ın qiyməti necə olacağı o qədərdə məlum deyil.
Aprel 04
Sosial şəbəkələrdən xəbər.
Artıq tez-tez haqqında xəbərlər eşitdiyimiz sosial şəbəkələr son zamanlarda ən reytinqli internet saytlarından olmağa başlayıblar. Dünyada gedərək artan sosial şəbəkələrlə birlikdə, illərdir mövcud olanlar isə daimi yeniliklər edərək öz istifadəçilərini artırmağa çalışırlar. Əlbəttə istifadəçi artımı maddi vəziyyətin yaxşılaşmağına işarədir. Gedərək öz papulyarlığını artıran Facebook artıq maddi vəziyyətini daha da yaxşılaşdırmağa doğru gedir. Beləki, Hutchison Whampoa telekommunikasiya şirkətinin rəhbəri Li Ka-Şinq, Facebook sosial şəbəkəsinə 40 milyon dollar sərmayə qoyubdu. Sözü gedən sahibkar bundan əvvəldə 60 milyon dollarlıq yatirim etmişdi. Onun yatırımı cəmi 100 milyon dollardır və bunun artacağını deyir.
Sosial şəbəkə bazarında lider olan MySpace isə yeni xidmət istifadəyə vermək niyyətindədirlər. Bunu şirkətin nümayəndələri qeyd edib. Onların dediyinə görə ödənişli online musiqi xidməti yaratmaq niyyətləri var. Bu xidmət, musiqiyə aid - konsert biletlərindən tutmuş musiqi fayllarınadək hər şeyi satmaq üçün nəzərdə tutulub. MySpace bu işdə Vivendi SA’s Universal Music Group, Sony BMG Music Entertainment və Warner Music Group Corp şirkətləri ilə birgə işləyəcək. Gəlirli işdir. Bir müddət əvvəldə Facebook Mars ilə əməkdaşlığa başlamışdı.
Bir digər xəbər isə Murat Aktihanoğlu adlı bir türk yaratdığı Unype.com adlı sistemdir. Sistem açıldığı 7 həftə ərzində 11.000`dən artıq üzvə çatıbdı. Fikrimcə bu kifayət qədər yüksək göstəricidir. Sistemin əsas məqsədi isə Google Maps, Google Earth, MS Virtual Earth (PC, Mac, Linux, iPhone, Android, RIM) və digər sistemlər vasitəsilə bir çox sosial şəbəkələrdə olan dostlarınızın yerini sizə göstərməkdir. Hələki Facebook, Bebo, Orkut, Ning, Hi5, MySpace, Twitter kimi sistemlərdəki üzvlər haqqında məlumat əldə etmək olur. Ancaq bunun dahada artacağı bildirilir. Proyektə Yahoonun istifadəçi təcrübələri üzrə rəhbəri Michael Hoch# məsləhətçilik edir.