DataLife Engine > bAzNet > Netty 2008 fəaliyyətdədir...
Netty 2008 fəaliyyətdədir...Aprel 27. avtor: oxatan |
|
İşlərə görə o qədər də aktiv yazarlıq nümayiş etdirə bilmirəm. Bəlkə də çoxlarınız artıq bu yazını (məlumatı) oxuyub və ya görüblər ancaq mən bu yazını yeni əldə edə bildim. Netty`nin yeni press relizidir. Yenə inkişafdan və uğurlardan bəhs olunur.
NETTY 2008 Milli İnternet Mükafatı müsabiqəsində iştirak etmək üçün veb-saytların qeydiyyatı davam edir. NETTY 2008 müsabiqəsinin mükafatlandırma seremoniyası Ümumdünya İnformasiya Cəmiyyəti Gününə təsadüf edəcək. Cari ildə NETTY-nin təşkilat komitəsi iştirakçıların və jürinin qeydiyyat prosesinə daha çox vaxt ayırmışdır. Bununla əlaqədar olaraq, ilin əsas İnternet-tədbirində iştirak etmək arzusunda olanların www.netty.az saytında qeydiyytadan keçmək üçün hələ də imkanları var. Müsabiqənin qeydiyyat prosesi 28 aprel tarixinədək uzadılmışdır. 28 aprel – 7 may tarixləri arasında virtual jürinin səsverməsi keçiriləcək. Virtual jürinin seçiminə əsaslanaraq, 8 may tarixində NETTY akademiyası səsverməyə başlayacaq. Səsvermənin nəticələri, bütün mükafat nominatlarının iştirakı ilə, NETTY 2008 Milli İnternet Mükafatının yekun seremoniyası zaman elan ediləcəklər. Mükafatlandırma seremoniyası 17 may tarixinə, yəni Ümumdünya İnformasiya Cəmiyyəti Gününə salınmışdır. Müsabiqənin təşkilatçıları inanırlar ki, sözügedən tədbir bu peşə bayramının qeyd edilməsi üçün əla bir imkan olacaq. NETTY 2008 müsabiqəsinin Təşkilat Komitəsinin sədri Ruslan Novruzovun sözlərinə görə, hazırkı müsabiqə bütün ümidləri doğrultmaqdadır. “Müsabiqədə bir çox yenilikçi layihələr, bəzən də ölkəmiz üçün unikal olan layihələr iştirak edir. Hər il bu müsabiqə vasitəsi ilə biz bir çox ideyalar haqqında məlumatlar alırıq, və onların təcrübi tətbiqini görürük. 2008-ci ildə dövlət dilində olan saytların sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Bunula belə, biz sevinirik ki bu cür resursların nəinki sayı, məhz keyfiyyəti də çox yüksəlmişdir. Bütün bu təmayüllər ölkəmizin İnternet inkişafındakı irəliləyişini və regional liderliyini bir daha nümayiş etdirir”. NETTY-nin bədii rəhbəri Vyaçeslav Sapunov deyir ki: “Bu ana qədər müsabiqədə iştirak etmək üçün 260-dan çox Azərbaycan saytları buraxılmışdır, və onların sayı artmaqdadır. Hər nominasiya üzrə kifayət qədər maraqlı layihələr mövcuddur və virtual jüri və akademiklərin seçim etməsi bir o qədər də asan olmayacaq”. Qeyd etmək lazımdır ki, cari ildə Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və Idman Nazirliyi sözügedən tədbirin keçirilməsinə təşkilati dəstək göstərmişlər. Tədbirin baş sponsoru ənənə üzrə ölkənin aparıcı telekommunikasiya operatoru olan AzEuroTel şirkətidir, rəsmi tərəfdaşi - HP korporasiyası, sponsorları – İntrans, Gigatech, Renley şirkətləridir; informasiya dəstəyini www.e-azerbaijan.info, ITMagazine və Internet News qəzeti həyata keçirəcəklər. Fikirlər və şərhlərsə sizlikdir. |