DataLife Engine > bAzNet > ABŞ-dakı maliyyə böhranına baxmayaraq "Google"-un gəlirləri artıb
ABŞ-dakı maliyyə böhranına baxmayaraq "Google"-un gəlirləri artıbAprel 21. avtor: Sadig |
|
Son günlərdə tənbəllikdən ancaq yerli mətbuatı izləyirəm. Elə bu dəfəki xəbəri də yenə ANS`dən atmışam. Görək nə deyirlər:
Bu ilin birinci rübündə Amerikanın Google şirkəti 823 milyon avro gəlir əldə edib ki, bunun da 51 faizi məhz xaricdən əldə olunub. Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google gəlirlərini artırıb. Bu vəziyyət, şirkət səhmdarlarının narahtlığına son qoyub. Bu ilin birinci rübü ərzində ABŞ-ın sözügedən internet şirkəti 832 milyon avro gəlir əldə edib. Bu isə şirkətin ötən ilin üç rübündə əldə etdiyi gəlirdən də çoxdur. Google-un satışı 42 faiz artıb. Bu xəbərin yayılmasından sonra birjalarda şirkətin səhmlərində 17 faizlik artım qeydə alınıb. Məsləhətçi Nielsen qurupunun məlumatına görə, ötən il quqlun dünya bazarında hissəsi 56.3 faiz təşkit edib. Onun ən yaxın rəqibi Yahoo-nun payı isə cəmi 21. 5 faiz olub. Buna qədər isə, ekspertlər ABŞ-ın iqtisadiyyatındakı probelələrin Google`un əsas gəlirlərindən olan reklam bizensinə mənfi təsir edəcəyindən ehtiyatlanırdılar. Amma, Google ABŞ-ın iqtisadi itkilərini uğurla kompensasiya edə bildi. Bu dövrdə Google-un 51 faizlik gəliri məhz xaricdən gəlib. Buna görə də, indi sözügedən şirkət xarici bazarlarda xüsusilə də Asiyadakı mövqeyini daha da gücləndirməyə çalışır. Bundan başqa: ÑÅÎ Google: Yahoo ilə əməkdaşlıq etmək xoşumuza gəldi. Google şirkətinin icraçı direktoru Erik Şmidt aprelin 17-də bildirib ki, Yahoo şirkəti ilə reklam axtarışı sahəsində əməkdaşlığın sınaq müddəti uğurlu keçib. Lakin Google rəhbəri, Yahoo şirkəti ilə işgüzar-əmakdaşlığa dair dəyərli razılaşma haqda danışıqların hansı səviyyədə olması və şirkətlər arasında yeni sazişin nə zaman olacağı barədə danışmaqdan imtina edib. Şmidt – “Yahoo ilə işbirliyindən məmnunuq və bundan xoşumuz gəlir” deyə qeyd edib. Həmçinin ÑÅÎ Google, Yahoo şirkətinin fəaliyyətini şərh etməkdən imtina edib. Buna səbəb isə Yahoo şirkətini əldə etməyə çalışan Microsofta mane olmaqdır. |