DataLife Engine > bAzNet > Runet məktublarının 90%-i spamdır
Runet məktublarının 90%-i spamdırAprel 19. avtor: oXchu |
|
Bu gün ANS`in saytında belə başlıqda xəbər gördüm. Xəbərin tam məzmununu buyurun oxuyun.
Spam-məktublarının mövzusu eynidir – dərmanlar, müalicə xidmətləri və istirahətin müxtəlif növləri. “Kasperski Laboratoriyası” şirkətinin hesabatına əsasən, Rusiya internetində elekron məktub trafikinin ümumi həcmində spamın payı ötən ay 90.7 faizə çatıb. Qeyd edək ki, bu rəqəmlər orta göstəricini ifadə edir, başqa günlərdə isə bu rəqəm daha çox olardı. Məsələn, martın 1-də fərqli bir rekord müəyyən olunub – spamın miqdarı 97.8 faiz səviyyəsinə çatıb. Ən aşağı göstərici isə martın 27-də müəyyən olunub – 83.5%. Mart spamının özəlliklərindən biri isə, qrafik-qoşmalı spam məktublarının artması olub. Ötən ay bu rəqəm 28% təşkil edib. Spam-məktublarının mövzusu eynidir – dərmanlar, müalicə xidmətləri, istirahətin müxtəlif növləri. Həmçinin ucuz İsveçrə saatlarının və bahalı mobil telefonlarının satılma təklifləri miqdarının artımı müşahidə olunub. |