DataLife Engine > CızmaQara > Özünüzü "işə salın"! (və ya Motivasiya)
Özünüzü "işə salın"! (və ya Motivasiya)Aprel 18. avtor: oxatan |
|
Əvvəla sonra səhv anlaşılmalar olmasın deyə bu "işə salmaq" məsələsinə
toxunum. Bunu 2 cür başa düşmək olar. Birincidə "özünü işə salmaq",
yəni özünü cəncələ salmaq
(el arasında buna - özünü zibilə salmaq da
deyirlər), ikincisi "özünü işə salmaq", yəni loru dildə desək özünü
"xoddamaq", motivə etmək mənasında başa düşmək olar.
Adama motivə hər sahədə lazım olur. Hərdən həvəsdən düşürsən və işini axıra çatdırmağa stimul filan qalmır. Belə anda motivasiya lazım olur. Motivasiya - insanı fəaliyyətə həvəsləndirən, onun fəaliyyətinin sərhəd və formalarını müəyyən edən, müəyyən məqsədlərin nail olmasına yönələn bu fəaliyyətə istiqamət verən daxili və xarici hərəkətverici qüvvələrin məcmusudur. Tərifindən də göründüyü kimi bu çox qəliz və uzun uzadı bir məsələdir. Amma vacib məsələ olduğundan Oxatanda toxunmaq istədim. Əgər sizin işiniz Azərbaycanda və xüsusən də İKT ilə və ən nəhayət Aznetlə bağlıdırsa bu motivasiya məsələsi tez-tez lazımınız olacaq. Üstəlik ona görə lazım olacaq ki, ətrafdakılar sizi motivə etmək əvəzinə deyəcək ki, bir gəlirli sahə tap bu nədi? Kimə lazımdı? Ona görə ümid qalır ancaq özünüzə. Özünüz özünüzü motivə etməli olursunuz. Bu vaxt özünüzü inandırmada kömək üçün və işləməyə motivə üçün bir-iki kəlmə söz tapdım və dedim bəlkə nə vaxtsa sizə də lazım olar.
P.S.: Ola bilsin tərcümə zamanı nəsə qrammatk xətaya yol vermişəm, üzürlü hesab edin, çünki bu mənim ixtisasıma aid deyil. |