Aprel 18
CızmaQara : Özünüzü "işə salın"! (və ya Motivasiya)
Əvvəla sonra səhv anlaşılmalar olmasın deyə bu "işə salmaq" məsələsinə
toxunum. Bunu 2 cür başa düşmək olar. Birincidə "özünü işə salmaq",
yəni özünü cəncələ salmaq
(el arasında buna - özünü zibilə salmaq da
deyirlər), ikincisi "özünü işə salmaq", yəni loru dildə desək özünü
"xoddamaq", motivə etmək mənasında başa düşmək olar.
Adama motivə hər sahədə lazım olur. Hərdən həvəsdən düşürsən və işini axıra çatdırmağa stimul filan qalmır. Belə anda motivasiya lazım olur. Motivasiya - insanı fəaliyyətə həvəsləndirən, onun fəaliyyətinin sərhəd və formalarını müəyyən edən, müəyyən məqsədlərin nail olmasına yönələn bu fəaliyyətə istiqamət verən daxili və xarici hərəkətverici qüvvələrin məcmusudur.
Tərifindən də göründüyü kimi bu çox qəliz və uzun uzadı bir məsələdir. Amma vacib məsələ olduğundan Oxatanda toxunmaq istədim. Əgər sizin işiniz Azərbaycanda və xüsusən də İKT ilə və ən nəhayət Aznetlə bağlıdırsa bu motivasiya məsələsi tez-tez lazımınız olacaq. Üstəlik ona görə lazım olacaq ki, ətrafdakılar sizi motivə etmək əvəzinə deyəcək ki, bir gəlirli sahə tap bu nədi? Kimə lazımdı? Ona görə ümid qalır ancaq özünüzə. Özünüz özünüzü motivə etməli olursunuz. Bu vaxt özünüzü inandırmada kömək üçün və işləməyə motivə üçün bir-iki kəlmə söz tapdım və dedim bəlkə nə vaxtsa sizə də lazım olar.
P.S.: Ola bilsin tərcümə zamanı nəsə qrammatk xətaya yol vermişəm, üzürlü hesab edin, çünki bu mənim ixtisasıma aid deyil.

- Həyat o zaman gözəldir ki, onu özün yaradırsan. Sofi Marso
- Əgər siz tutduğunuz mövqedən məmnun deyilsinizsə - dəyişin onu. Siz ki, ağac deyilsiniz. Cim Ron
- Problemləri onları yaranmasına imkan verən düşüncə tərzi və ağılla həll etmək mümkün deyil. Albert Eynşteyn
- Hər bir arzu onu həyata keçirə biləcək güclə biryerdə yaranır. Riçard Bax
- Heç nəyə və heç kimə sənin əvəzinə qərar verməyə imkan vermə. Karpos Kasteneda
- Hər insana gün ərzində həyatını dəyişmək üçün 10-a yaxın şans verilir. Uğur o kəslərindir ki, bu imkanları yerində dəyərləndirir. A.Morua
- Mümkündürmü insan ona gələcəkdə nə lazım olduğunu dəqiq desin, əgər o indi doğurdan nə istədiyini bilmirsə? F.Laroşfuko
- Həyat "şaxta baba" deyil ki, o sizə nəyisə hədiyyə etsin. ( professionalların aforizmi)
P.S.: Ola bilsin tərcümə zamanı nəsə qrammatk xətaya yol vermişəm, üzürlü hesab edin, çünki bu mənim ixtisasıma aid deyil.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.