DataLife Engine > bAzNet > Blog sistemi
Blog sistemiAprel 15. avtor: oXchu |
İnternet saytlarımızdan birindəki Google reklamında öz saytınızı yaradın deyə bir reklam gördüm. Daxil olanda baxdımki Azersayt.com deyə bir yermiş. Artıq kifayət qədər çox istifadəçisi və papulyarlığı olan Azeriblog
var idi milli blog sistemlərindən. Bu da növbəti blog sistemi oldu.
Saytın açıqlamasında aşağıdakı imkanları olduğu yazılıbdır: Pulsuz domain adı: (http://adiniz.azersayt.com) Üç müxtəlif domain adından eyni servisə bağlantı: http://adiniz.azersayt.com http://azersayt.com/adiniz http://azweblog.com/adiniz http://azblogger.net/adiniz Limitsiz host və trafik Saytlard sayğac sistemi Yazılarda açar sözlər və geniş axtarış sistemi Saytlar arasında avto keçid sistemi Saytda şəkil host etmək Saytda video host etmək Saytda mahnı host etmək İki sistemlə işləyən söhbət otaqları: - Azersayt-ın əsas səhifəsində yalnız qeydiyyatlı istifadəçilər üçün, - Hər bir saytın daxilində ziyarətçilər üçün özəl chat sistemi. Bu systemin bütün saytlar arasında bağlantısı var. Forum imkanları Aylıq yazı və bölmə arxivləri Saytlar üçün RSS xəbər xidməti Saytlar üçün gözəl dizayn seçimi Saytda rahatlıqla yazı və material yerləşdirmə imkanı Qrup blog imkanı (bir neçə istifadəçi üçün bir sayt) Şərh yazma və istifadəçilər üçün məlumat lövhəsi Saytda keyfiyyətli axtarış sistemi 24 saat Azərbaycan, Türk, Fars və İngilis dillərində online pulsuz texniki yardim. Saytdan istifadə edən bir-iki üzvün bloguna baxdım, dizaynları bir o qədərdə xoş təsir bağışlamadı. Bilmədim zövqlü şablon seçməyiblər ondandır ya seçim imkanları elədə geniş deyil ondandır. Saytın ümumi görünüşünün qara fon üzərində olmağı isə daha bir mənfi halıdır. Ancaq sayt bir növ tək blog sistemi yox həmdə sosiallaşmış blog sistemi təsirini bağışladı. Əgər bu yönümlü inkişaf etsə daha çox uğurlu olar fikrimcə. Əlavə olaraq audio-video fayl paylaşımı olması da əlavə xidmətlər arasındadır. Ancaq saytın qara fonda olması heç nəsə xoş təsir bağışlamadı. Daha peşəkarca etməkdə olardı. Üstdəki "Azərbaycanın ən müasir və çox imkanlı blog sistemi" yazısının isə mütəmadı olaraq rəng dəyişməsi də fikrimcə lazımsızdır. Görək sayt nələrlə yadda qalacaq. İşlərində uğurlar olsun. |