DataLife Engine > bAzNet > Şəbəkənin 68% sosial şəbəkələrdə qeyd olunub

Şəbəkənin 68% sosial şəbəkələrdə qeyd olunub


Aprel 15. avtor: oXchu
RelevantView və eVOC Insights şirkətləri dünyada şəbəkələrin populyarlığını araşdıran yeni nəşr dərc edib. Araşdırmaların nəticəsi olaraq, məlum olub ki, bu gün dünyada şəbəkə istifadəçilərinin 68%-i sosial şəbəkədən qeydiyyatdan keçiblər. Gələn il onların sayı 80%-ə çatacaq.
MySpace-in daha çox funksiya təklif etməsinə baxmayaraq, sorğuda iştirak edən istifadəçilər Facebook sosial şəbəkəsini daha təhlükəsiz olduğunu hesab edirlər. Soruşulanların 71%-i Facebook istifadəsinin daha asan olduğunu bildirərkən, MySpace haqda eyni fikri 54% söyləyib. 13 yaşdan 19 yaşa dək istifadəçilər arasında Facebook-a 51%, MySpace isə 36% insan üstünlük verir. 30 yaşdan 39 yaşa dək istifadəçilər arasında 34% MySpace-i, 16% isə Facebook-u seçirlər.