Aprel 15
bAzNet : Blog sistemi
İnternet saytlarımızdan birindəki Google reklamında öz saytınızı yaradın deyə bir reklam gördüm. Daxil olanda baxdımki Azersayt.com deyə bir yermiş. Artıq kifayət qədər çox istifadəçisi və papulyarlığı olan Azeriblog
var idi milli blog sistemlərindən. Bu da növbəti blog sistemi oldu.
Saytın açıqlamasında aşağıdakı imkanları olduğu yazılıbdır: Pulsuz domain adı: (http://adiniz.azersayt.com)
Üç müxtəlif domain adından eyni servisə bağlantı:
http://adiniz.azersayt.com
http://azersayt.com/adiniz
http://azweblog.com/adiniz
http://azblogger.net/adiniz
Limitsiz host və trafik
Saytlard sayğac sistemi
Yazılarda açar sözlər və geniş axtarış sistemi
Saytlar arasında avto keçid sistemi
Saytda şəkil host etmək
Saytda video host etmək
Saytda mahnı host etmək
İki sistemlə işləyən söhbət otaqları:
- Azersayt-ın əsas səhifəsində yalnız qeydiyyatlı istifadəçilər üçün,
- Hər bir saytın daxilində ziyarətçilər üçün özəl chat sistemi. Bu systemin bütün saytlar arasında bağlantısı var.
Forum imkanları
Aylıq yazı və bölmə arxivləri
Saytlar üçün RSS xəbər xidməti
Saytlar üçün gözəl dizayn seçimi
Saytda rahatlıqla yazı və material yerləşdirmə imkanı
Qrup blog imkanı (bir neçə istifadəçi üçün bir sayt)
Şərh yazma və istifadəçilər üçün məlumat lövhəsi
Saytda keyfiyyətli axtarış sistemi
24 saat Azərbaycan, Türk, Fars və İngilis dillərində online pulsuz texniki yardim.
Saytdan istifadə edən bir-iki üzvün bloguna baxdım, dizaynları bir o qədərdə xoş təsir bağışlamadı. Bilmədim zövqlü şablon seçməyiblər ondandır ya seçim imkanları elədə geniş deyil ondandır. Saytın ümumi görünüşünün qara fon üzərində olmağı isə daha bir mənfi halıdır. Ancaq sayt bir növ tək blog sistemi yox həmdə sosiallaşmış blog sistemi təsirini bağışladı. Əgər bu yönümlü inkişaf etsə daha çox uğurlu olar fikrimcə. Əlavə olaraq audio-video fayl paylaşımı olması da əlavə xidmətlər arasındadır. Ancaq saytın qara fonda olması heç nəsə xoş təsir bağışlamadı. Daha peşəkarca etməkdə olardı. Üstdəki "Azərbaycanın ən müasir və çox imkanlı blog sistemi" yazısının isə mütəmadı olaraq rəng dəyişməsi də fikrimcə lazımsızdır. Görək sayt nələrlə yadda qalacaq. İşlərində uğurlar olsun.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.



