Oxatan.com > Mənə nə? > İnterneti dəyişən gənclər...

İnterneti dəyişən gənclər...


Aprel 13. Разместил: Sadig
Bu günlərdə internet marketinq bloglarının birində interneti dəyişən 10 gənc haqqında yazı dərc olunmuşdu ( niyə olunub yox olunmuşdu yazmışam? çünki müəllif sonra tapıb ki, layihələrdən birinin təsisçisinin adını səhv yazıb.. ona görə bu dəfə 9 ilə tanış olun. Biri də harda olsa gəlib çıxar). İstədim həmin yazını məndə Oxatanda yerləşdirim. Düzdür onların işlərini hamınız yəqin ki, tanıyırsınız. Amma şəxsən mən bu yazıya qədər onları üzdən tanımırdım. Əslində Aznet üçündə belə bir siyahı tərtib etmək olar. Bəzi problemləri çıxsaq... amma həmin adamların şəkillərin tapmaq çətin olacaq. ( bu barədə fikirləşib "ox"lu bir yazı yazmaq lazımdır)

1.Larry Page və Sergey Brin
Oxatan

Təbii ki, siyahıya Google`dan başlamamaq haqsızlıq olar. Artıq demək olar ki, Larry Page və Sergey Brin`nin qaraj hekayəsini hamı bilir. Bu işə onlar 1998-ci ildə 24 yaşında olarkən başlayıblar.

2. Mark Zuckerberg

Oxatan
Həmin bu cavan oğlan məşhur Facebook`un yaradıcısıdır. Yəqin o 19 yaşında dünyada ikinci sosial şəbəkəni (Myspace`dən sonra) yaradanda və Harvard universitetindən qovulmaq bahasına gələn layihəsinə başlayanda bəlkə də heç uğuru belə tez əldə edəcəyini fikirləşmirmiş.

3.Chad Hurley və Steve Chen

Oxatan
Bu uşaqlar isə YouTube`un yaradıcılarıdır. Bu işə onlar 2005-də girişiblər. Onda Chad 28 yaşında Steve isə 27 yaşında imişlər

4.Jerry Yang və David Filo
Oxatan
Bu cavanlar isə son vaxtlar internet aləminin aldığı ən həyacan verici 44 miilyard dollarlıq təklifin obyektləridir. Onlar Yahoonun yaradıcılarıdır. Onlar 1995-ci ildə bu işə başlayanda Jerry 26 yaşında David isə 28 yaşında imiş.

5. Matt Mullenweg

Oxatan
Növbəti yeri WordPress blog sisteminin yaradıcısı Matt tutur. O interneti dəyişəcək addımı 2005-ci ildə 19 yaşında olanda atıb.

6.Pierre Omidyar

Oxatan
Həmin bu adam 1995-ci ildə 28 yaşında çatanda ağıına eBay kimi bir fikir gəlib və onu həyata keçirib. Beləcə dünyanın ilk və ən populyar internet mağazası yaranıb.

7.Blake Ross

Oxatan
Bu Blake isə Mozillanı yazıb. Həmin o Mozilla ki, tez bir zamanda populyarlaşıb İnternet explorer`ə baş ağrısı olub. Üstəlik o bu işi cəmi 19 yaşı olanda 2003-cü ildə görüb.

8.Kevin Rose

Oxatan
Kevin isə Digg`i tapan oğlandır. O, bu işə baş qoşanda təxminən 2004-cü il olarmış. Onda onun 27 yaşı varmış.


9.Gottfrid Svartholm

Oxatan
Gottfrid isə "The Pirate Bay" layihəsinin təşkilatçısıdır. O bu işi 2004-cü ildə 24 yaşında görüb. Saytda istifadəçilər bir-birilə fayl paylaşırlar. Üzvlük sistemi share ratio kimi yox, hamıya açıq torrent tracker formasında olan sayta qarşı bir çox ölkələrdən məhkəmə işləri qaldırılıb. Daima saytın bağlanması üçün olunan müraciətlərə görə sayt özünə beynəlxalq sularda ölkə satın almaq fikrini belə düşünüb. Sayt haqqında son məlumatlardan düzü xəbərim yoxdu. Amma bu "pirat" istədiyi ölkəni ala bilsə saytın əsas ideyası olan "Pirat Körfəzi" həqiqətə çevriləcək.

P.S.: Əslində bu siyahıda 6-cı yerdə Myspace`in yaradıcısı olmalı idi. Amma onun haqqında olan informasiyanın düzgünlüyü şübhə altında olduğu üçün, yəni layihənin əslində kim tərəfindən həyata keçirildiyi haqqında dəqiq informasiya tapa bilmədiyim üçün onu siyahıdan çıxarmalı oldum. Amma bu heçdə Myspace`in interneti dəyişən saytlar siyahısında olmadığını göstərmir.