Oxatan.com » bAzNet » Qısa-qısa...

Aprel 12

bAzNet : Qısa-qısa...

Ustune dinqildat.

Bu dəfə bir-iki qısa məlumatı yazmaq istədim. Birincisi müəllif hüquqları ilə bağlı olan məsələdir. Aznet`də də daim bu məsələ ilə bağlı problemlər yaşanır. Bizdə hələki bu parlamentdə müzakirə mövzusu deyil. Amma Avropa parlamenti (MEP) son toplantısında bu məsələyə də toxunub. Bütün üzvlərin iştirakı ilə olan yığıncaqda səsə qoyulan internetdə fayl-paylaşım sistemlərinin müəllif hüquqlarını pozub pozmaması ilə bağlı olub. Səsvermədə fayl paylaşımı müəllif hüquqları pozuntusudurmu, fikrinə 314 səs əlyehinə və 297 səs leyhinə olmaq üzrə münasibət bildiriblər.
Birdə Google haqqında gəzən şaiyələr var. Deyilənə görə Google Second Life kimi bir virtual aləm yaratmağı planlaşdırır. Bu işdə onlar Arizona universiteti ilə birlikdə işləyəcəklər. Düzü hələ bu məlumatın doğruluğu sual altındadır amma məncə fərz eləmək olar ki, əgər google nəsə buna oxşar bir iş görsə hərhalda Second Life`dan daha əhatəli olar. Deyilənə görə yaradılması nəzərdə tutulan "virtual dünyada" google indiki servislərinə də yer verəcək. Düzü hələ başa düşmək çətindir ki, bu virtual dünya bir növ online oyun olacaq, yoxsa sosial şəbəkəyə bənzər bir şey olacaq yoxsa hamısı biryerdə qarışıq birşey olacaq odur ki, gözləməli olacağıq.


Subscribe      Qaynaq - Oxatan.

Tags: google second life qanun file upload rights qanun

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • İnternetdə real balıqçılıq
  • Google Valve`ni də almaq istəyir?
  • İnterneti dəyişən gənclər...
  • Google`dan yeni xəbərlər.
  • İT Sosial şəbəkə açıblar





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: