Oxatan.com » bAzNet » Telefon kataloqları

Aprel 10

bAzNet : Telefon kataloqları

Ustune dinqildat.

Bu dəfə qarşıma çıxan telefon kataloqlarını sizə tanıtmaq istərdim. Bu kataloqlar mobil telefonlar haqqında olanlardır. Saytlardan birini e-mailimə gələn reklamdan görmüşəm, digərini isə xəbər saytlarından birində görmüşəm. Mən elədə telefon həvəskarı deyiləm, ancaq ölkəmizin mobil telefon istifadəsində hər adam başına düşən mobil telefon göstəricisinə görə dünyada öndə getdiyini nəzərə alsaq  faydalı saytlar demək olar. Xeyli istifadəçi cəlb eliyə bilərlər. Bu iki saytın əsas olaraq oxşarlıqlarına baxmayaraq bir sıra fərqli yönləri də var. Əvvəl başlayaq Fokstelekomdan. Kataloqda mobil telefonlar kateqoriyalar üzrə yerləşdirilib. Qeydiyyatdan keçib öz istəyinizə və büdcənizə uyğun telefonları axtarırsınız. Göstəriciləri ilə tanış olursunuz və telefonu sifariş edirsiniz. Qeydiyyatdan keçəndən sonra imkanlarınızın nə dərəcədə artacağı barədə bir söz deyə bilmərəm, bunu yoxlamadım. Ancaq maraqlananlar bu imkandan da faydalana bilərlər. Burada telefonlar yalnız yeniləridir. Siz telefonla bərabər nömrədə seçə bilərsiniz kataloqdan. Ancaq yalnız bir mobil operatorun nömrələridir. Firma haqqında ətraflı yerindən oxuya bilərsiniz. Sayt üç dildə fəaliyyət göstərir, əsas kontent dili isə rus dilidir.
Növbəti sayt isə Azmob.info`dur. Bunun dogərindən fərqli cəhəti isə kontenti istifadəçilərin yaratmasıdır. Bir növ mobil telefonların həm kataloqu həmdə, istifadəçilərin elanlarını yerləşdirdiyi səhifə. Burada həm yeni, həm istifadə olunmuş telefonlar əldə etmək mümkündür. Qeydiyyat olduqdan sonra artıq siz telefonun markasına, modelinə uyğun olaraq öz elanınızı yerləşdirə bilər və ya sizə lazım olan telefonu axtarıb əldə edə bilərsiniz. Fikrimcə həm elan yerləşdirmək xarakterli olmağı, üstəlikdə yeni telefonlarla birgə işlənmiş telefon əldə etmək ( və ya satmaq ) imkanı olmağı saytın üstünlüyü saymaq olar. Sayt haqqında ətraflı yerindən oxuya bilərsiniz. Sayt iki dildə fəaliyyət göstərir, kontent dili isə yəqinki istifadəçi seçimindən asılı olaraq müxtəlif ola bilər.
Fikirləşdimki, fərqli kontentlərə malik saytlar haqqında eşitmək, hər gün açılan eyni tipli saytlar haqqında eşitməkdən daha faydalı olar.

P.S. ola bilərki saytlar xeyli müddətdirki fəaliyyətdədirlər ancaq yazımın əvvəlində də bildirdiyim kimi, mobil telefonlara az marağımın olmasından daha əvvəl bu haqda araşdırmamışam. Sadəcə qarşıma yeni çıxdıqları üçün onlar haqqında bir - iki kəlmə yazmaq istədim.


Subscribe      Qaynaq - Oxatan.

Tags: mobil telefon telephone kataloq catalog azmob fokstelekom .az .info

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Mobiland.az
  • ilk10.com Web Directory
  • Statistika sistemlərimiz
  • Opera yenə Google ilə
  • Yeni formatda MiniBar
  • #1 yazdı: AzeriFire




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Təşəkkür, bunları nəzərdən qaçırmışam. Deməli mən gecikmişəm. Düzü elə bilirdim yenilik edəcəm. smile
    sitat gətir    

    #2 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: AzeriFire
    Təşəkkür, bunları nəzərdən qaçırmışam. Deməli mən gecikmişəm. Düzü elə bilirdim yenilik edəcəm.


    Fikrimcə siz isə yüksək texniki tərtibatla yenilik edə bilərsiniz. Ya da kataloqa əlavə başqa funksiyalar artırmaqla.

    Qeyd etdiyiniz proyektdə isə uğurlar. İşiniz ərsəyə gəldikdən sonra açılış xəbərini Oxatanda da yazarıq
    sitat gətir    

    #3 yazdı: AzeriFire




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Təşəkkür. Sadəcə təkəm. Amma, tamamlağa yaxınam scripti. Allah qoysa, xəbərdar edəcəm. Uğurlar sizə də.
    sitat gətir    

    #4 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: AzeriFire
    Uğurlar sizə də.


    Təşəkkürlər. Müsbət amal uğrunda zəhmət çəkən hər kəsə uğur olsun =).
    sitat gətir    

    #5 yazdı: AzeriFire




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Sitat: oXchu
    Qeyd etdiyiniz proyektdə isə uğurlar. İşiniz ərsəyə gəldikdən sonra açılış xəbərini Oxatanda da yazarıq


    İşim hazırdır.Beta versiyada olsa artıq istifadəyə vermişəm. Ətraflı burada yazmışam. Yoxlayın, qiymət verin, görün necə alınıb.
    sitat gətir    

    #6 yazdı: oXchu




    Qrup: Admin
    Qeydiyyat: 6.02.2008
    Sitat: AzeriFire

    İşim hazırdır.Beta versiyada olsa artıq istifadəyə vermişəm.


    İşinizdə bir daha uğurlar. Qısa zamana bu haqda bir məqalə yazacam...
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: