Oxatan.com > bAzNet > Telefon kataloqları
Telefon kataloqlarıAprel 10. Ðàçìåñòèë: Shaig M |
|
Bu dəfə qarşıma çıxan telefon kataloqlarını sizə tanıtmaq istərdim. Bu
kataloqlar mobil telefonlar haqqında olanlardır. Saytlardan birini e-mailimə gələn reklamdan görmüşəm, digərini isə xəbər
saytlarından birində görmüşəm. Mən elədə telefon həvəskarı deyiləm,
ancaq ölkəmizin mobil telefon istifadəsində hər adam başına düşən mobil
telefon göstəricisinə görə dünyada öndə getdiyini nəzərə alsaq faydalı
saytlar demək olar. Xeyli istifadəçi cəlb eliyə bilərlər. Bu iki saytın
əsas olaraq oxşarlıqlarına baxmayaraq bir sıra fərqli yönləri də var.
Əvvəl başlayaq Fokstelekomdan.
Kataloqda mobil telefonlar kateqoriyalar üzrə yerləşdirilib.
Qeydiyyatdan keçib öz istəyinizə və büdcənizə uyğun telefonları
axtarırsınız. Göstəriciləri ilə tanış olursunuz və telefonu sifariş
edirsiniz. Qeydiyyatdan keçəndən sonra imkanlarınızın nə dərəcədə
artacağı barədə bir söz deyə bilmərəm, bunu yoxlamadım. Ancaq
maraqlananlar bu imkandan da faydalana bilərlər. Burada telefonlar
yalnız yeniləridir. Siz telefonla bərabər nömrədə seçə bilərsiniz
kataloqdan. Ancaq yalnız bir mobil operatorun nömrələridir. Firma haqqında ətraflı yerindən oxuya bilərsiniz. Sayt üç dildə fəaliyyət göstərir, əsas kontent dili isə rus dilidir.
Növbəti sayt isə Azmob.info`dur. Bunun dogərindən fərqli cəhəti isə kontenti istifadəçilərin yaratmasıdır. Bir növ mobil telefonların həm kataloqu həmdə, istifadəçilərin elanlarını yerləşdirdiyi səhifə. Burada həm yeni, həm istifadə olunmuş telefonlar əldə etmək mümkündür. Qeydiyyat olduqdan sonra artıq siz telefonun markasına, modelinə uyğun olaraq öz elanınızı yerləşdirə bilər və ya sizə lazım olan telefonu axtarıb əldə edə bilərsiniz. Fikrimcə həm elan yerləşdirmək xarakterli olmağı, üstəlikdə yeni telefonlarla birgə işlənmiş telefon əldə etmək ( və ya satmaq ) imkanı olmağı saytın üstünlüyü saymaq olar. Sayt haqqında ətraflı yerindən oxuya bilərsiniz. Sayt iki dildə fəaliyyət göstərir, kontent dili isə yəqinki istifadəçi seçimindən asılı olaraq müxtəlif ola bilər. Fikirləşdimki, fərqli kontentlərə malik saytlar haqqında eşitmək, hər gün açılan eyni tipli saytlar haqqında eşitməkdən daha faydalı olar. P.S. ola bilərki saytlar xeyli müddətdirki fəaliyyətdədirlər ancaq yazımın əvvəlində də bildirdiyim kimi, mobil telefonlara az marağımın olmasından daha əvvəl bu haqda araşdırmamışam. Sadəcə qarşıma yeni çıxdıqları üçün onlar haqqında bir - iki kəlmə yazmaq istədim. |